Icma.az
close
up
RU
Uşağın ürəyində küy nəyin əlamətidir?

Uşağın ürəyində küy nəyin əlamətidir?

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Körpələri müayinə etdikdə pediatrlar fonendoskop vasitəsi ilə körpələrin ürəyinə qulaq asır.

Saglamolun.az bildirir ki, təcrübəli həkim bu sadə müayinə zamanı körpənin ürəyində ciddi pozulmaların olub-olmamasından şübhələnə bilər. Əgər ürəyin tonları aydın və təmizdirsə, bu o deməkdir ki, körpənin ürəyində heç bir problem yoxdur. Lakin bəzən həkim körpənin ürəyinə qulaq asdıqda burada küy eşidir. Belə küyün səbəbi bəzi hallarda anadangəlmə ürək qüsuru ola bilər. Daha dəqiq cavab almaq üçün pediatr körpəyə exokardioqrafiya (ürəyin USM-i) təyin edə bilər. Exokardioqrafiya zamanı ürəyin strukturları, damarları aydın görünür.

Dölün qan dövranı fərqlidir. Körpə doğulduqdan sonra onun qan dövranı yenidən qurulur. Ana bətnində olan körpə ağ ciyərləri ilə nəfəs almır. Döl ona lazım olan oksigeni  ananın qanından cift vasitəsilə alır. Döldə qan dövranı ağ ciyərdən keçmir, arterial axardan və açıq oval dəlikdən keçir. Arterial axar ağ ciyər arteriyanı və aortanı birləşdirir. Açıq oval dəlik isə ürəyin sağ və sol mədəçikləri arasında çəpərdə olan dəlikdir. Arterial axar və açıq oval dəlik döl üçün həyati vacibdir.

Uşaq dünyaya gəldikdən sonra özü nəfəs almağa başlayır, artıq onun ağ ciyəri fəaliyyət göstərir. Nəticədə arterial axar və açıq oval dəlik körpəyə artıq lazım olmur və onlar bağlanır.

Bu bağlanma prosesi müəyyən müddət çəkir ki, bu müddət ərzində körpənin ürəyində küy ola bilər. Bu fizioloji haldır.

Vaxtında doğulmuş sağlam uşaqlarda arterial axar həyatının 1-2-ci günün sonuna, bəzən 1 həftə ərzində bağlanır. Əgər arterial axar uşağın 3 ayına kimi bağlanmazsa, bu artıq anadangəlmə ürək qusuru sayılır. Lakin axarın ölçüsü kiçikdirsə, o, uşağın 1 yaşına özü-özündən kimi bağlana bilər. Əks halda açıq arterial axar cərrahi yolu ilə müalicə olunur.

Açıq oval dəlik uşaqların 50%-ndə 1 yaşına kimi qalır və 2-3 yaşına kimi tam bağlanır. Bəzən isə bu hal böyüklərdə də təyin olunur. Açıq oval dəlik anadangəlmə qüsur deyil, kiçik anomaliya sayılır və uşağın inkişafına təsir etmir. Açıq oval dəlik yalnız exokardioqrafiya zamanı təyin olunur. Uşağınızda bu hal təyin olunubsa, ciddi narahatmılıq üçün səbəb yoxdur. Lakin hər halda uşağı kardioloqa göstərin.

Ürəyin sol mədəçiyində əlavə xordalar (falşxorda) ola bilər. Falşxorda mədəçiyin daxilində olan nazik bağdır. Bu bağ ürəyin qarşı divarlarını birləşdirir. Mədəçiyin yığılması zamanı qan yüksək sürətlə xordaya dəyir və nəticədə xarakterli küy yaranır.

Uşaq böyüdükcə xorda özü-özündən yox ola bilər, lakin bu hər zaman baş vermir. Ürəkdə falşxordanın olması ürəyin kiçik anomaliyası sayılır və ürəyin fəaliyyətinə təsir etmir.

Bəzən uşağın ürəyində olan küy ürək xəstəlikləri ilə deyil, digər pozulmalarla bağlı olur. Bu pozulmalar arasında: ağır anemiya, qalxanvari vəzi xəstəlikləri, raxit, yüksək hərarət və s. Bu halda uşaqda digər simptomlar da müşahidə olunur və bu simptomlara əsaslanaraq həkim uşağa dəqiq diaqnoz qoyur.

Beləliklə, uşağın ürəyində küyün olması əksər hallarda heç bir ciddi pozulmaya işarə etmir və ürəyin böyüməsi və inkişafı ilə bağlı olur. Buna fizioloji küy deyilir. Lakin uşağın ürəyində küy aşkar olunduqda uşaq exokardoqrafiya müayinəsindən keçməlidir. Bu müayinə üsulu körpə üçün tam təhlükəsizdir və çox dəqiqdir.

Yekaterina Aksyonova, həkim-pediatr, tibbi elmlər namizədi, Moskva

9months.ru

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:475
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri