Uşağını itələyən şəxsə görə toyda dava saldı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən “Dan ulduzu” restoranında keçirilən toy məclisində dava salan şəxs hakim qarşısına çıxarılıb.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, xuliqanlıq hərəkətləri törətməkdə təqsirli bilinən 33 yaşlı Elnur hadisə zamanı sərxoş olub.
Elnur toy məclisində tanımadığı şəxsin onun 10 yaşlı uşağını itələdiyini görüb. Həmin şəxsi axtarmağa başlayıb. Tapa bilmədiyi üçün restoranda işləyən Asif adlı şəxsdən ona kamera görüntülərini göstərməsini istəyib. Asif bununla razılaşmayıb.
Qəzəblənən Elnur restoranda stulları və pəncərələrin şüşələrini yumruqla sındırıb. Onun istəyini yerinə yetirməyən Asifə isə yumruqla zərbə vurub.
Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayıb. Zərərçəkmiş tərəf Elnuru bağışlayıb. Elnur isə əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin hökmü ilə Elnur barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 28 Mart 2025 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















