Icma.az
close
up
RU
USAİD in bağlanması ABŞ Azərbaycan münasibətlərindəki cığırların təmizlənməsi deməkdir ANALİZ

USAİD in bağlanması ABŞ Azərbaycan münasibətlərindəki cığırların təmizlənməsi deməkdir ANALİZ

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən baş ofisi ölkə administrasiyasının qərarı ilə bağlanıb.

Agentliyin loqosu Vaşinqtondakı Ronald Reyqan binasında yerləşən qərargahının önündən çıxarılıb.

Xatırladaq ki, keçən ilin sonlarında “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev bildirmişdi ki, Rusiya USAİD-i qadağa etməklə doğru iş görüb:

“Zənnimcə, Tramp onu qadağan edə bilər. Mən düşündüyümü deyirəm, o, ümumiyyətlə, sıradan çıxa bilər. Bax, onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq”, - Prezident deyib


Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova "Sherg.az"a deyib ki, ABŞ Prezidenti Donald Tramp hələ seçki kampaniyası zamanı ciddi struktural təşkilatı dəyişiklik edəcəyi və ayrılmış xarici yardımların auditini aparacağı planını dəfələrlə bildirirdi:


"O, USAİD-i də tənqid edir və bildirirdi ki, agentlik ABŞ vergi ödəyicilərinin vəsaitlərini bütün dünyada ölkənin maraqlarına xidmət etməyən layihələrə xərcləyir. Tramp administrasiyasının məqsədi odur ki, xərclər "Birinci Amerika" xarici siyasətinə uyğun bölüşdürülməni təmin etmək üçün nəzərdən keçirilsin. Budur, USAID-in ən gülməli xərclərinin siyahısı dərc edildi. Tənqidi və ya özləri kimi qərəzli yanaşacağımızı sanmadan məlumatı heç yerdən deyil, elə Ağ Evin saytından bildirək ki, “USAID  faktiki olaraq kök salmış bürokratların gülünc və bir çox hallarda zərərli layihələrinə külli miqdarda pul köçürdü, onilliklər ərzində vergi ödəyiciləri ilə hesablaşa bilmədi”. Həmçinin agentlik yüz minlərlə dolları müəyyən edilmiş terror təşkilatları ilə əlaqəli olaraq qeyri-kommersiya təşkilatı işlər üçün sərf edib. 

Donald Trampdan başqa onun federal xərclərin və proqramların azaldılmasını həyata keçirən milyarder İlon Mask da söylədi ki, USAİD-in işi “inanılmaz dərəcədə siyasi baxımdan qərəzlidir” və “düzəldilə bilməz”".


Politoloq əlavə edib ki, dövlətimizin bu təşkilata yanaşması cənab Prezident İlham Əliyevin fikirlərindən bəlli olur:

"Heç bir tərəf, qurum, aktor cəmiyyətimizi kirli məqsədləri üçün istifadə edə bilməz. Mahiyyəti sırf qərəz, birtərəfli, haqsız yanaşmadır. Məhz dövlətləri, cəmiyyətləri pulla ələ almaq yolunu tutaraq bu vasitə ilə də onların boynuna nəzarət, diktə ipi dolamağa çalışan, qarşılarında borcluya, boyundurağa çevirməyə cəhd edən istənilən aktorun, təsisatın çöküşü yalnız müsbət dəyərləndirilməlidir. Ümumiyyətlə USAİD-in bağlanması ABŞ-Azərbaycan münasibətlərinə vurulmağa cəhd edilən maneələrdən birinin aradan qaldırılması da olduğundan bu, cığırların təmizlənməsi deməkdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri