Icma.az
close
up
RU
USAİD bitməyən cinayətlər ANALİZ

USAİD bitməyən cinayətlər ANALİZ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

USAİD formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasının tabeçiliyində idi. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunur(du). Maliyyə vəsaitinin həcminə görə dünyanın ən öndə gedən təşkilatıdır, desək, yanılmarıq. Rəqəmlərə diqqət edək: 2024-cü maliyyə ilində USAİD layihələri üçün 36 milyar dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib. Bu, az qala orta səviyyəli dövlətin illik büdcəsindən 10 dəfə çoxdur. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib.

USAİD-in indiyə qədər dövlət maraqları altında həyata keçirdiyi layihələri Amerikaya fayda verib-vermədiyi bir yana, bu ölkənin dünyanın müxtəlif guşələrində mənafeyinə və hüququna xeyli dərəcədə zərər vurub. USAİD-in Azərbaycanda həyata keçirdiyi layihələr məhdud sayda müəyyən qrup insanlara fayda vermiş olsa da, nəticə etibarilə Amerikanın dövlət reytinqini və nüfuzunu xeyli dərəcədə zədələyib. Çox yaxşı olardı ki, USAİD-in bağlanması barədə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan qalxan səslərlə yanaşı, Amerikada hakimiyyətin özü də bu təşkilatın birdəfəlik qapadılması barədə qərar versin. Belə görünür ki, USAİD-in ziyanlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan kimi donor ölkələrlə bərabər Amerika hakimiyyətinin özünündə münasibəti tam şəkildə üst-üstə düşür.

USAİD-in fəliyyətinin müvəqqəti olaraq dayandırılması, Samanta Pouer kimi fiqurların təşkilatın rəhbərliyindən uzaqlaşdırılması Amerikanın dövlət mənafeyinin çərçivələrində atılmış addım olaraq diqqəti cəlb edir. Eyni zamanda Amerikanın müxtəlif ölkələrlə münasibətində bu təşkilatın oynadığı ziyanlı rolu müəyyən qədər sığortalamaq və dayandırmaq gedişi kimi qəbul oluna bilər. USAİD-in fəaliyyəti bərpa olunduqdan sonra onun yeni dövrdə fəaliyyətinin necə olacağı düşündürücüdür. Azərbaycan heç vaxt beynəlxalq və donor təşkilatlarla əməkdaşlıqdan qaçmayıb, amma donor təşkilatları təmsil etdikləri ölkənin mənafeləri ilə barəbər, gəldikləri ölkənin milli-mənəvi dəyərlərinə, eyni zamanda inkişaf modellərinə hörmətlə yanaşmağı öyrənməlidirlər.

USAİD-in imkanlarından Avropa Birliyi institutlarının “qidalandığı” yeni xəbər deyil. Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyinin proqramlarının dondurulduğunu elan etməsindən sonra Avropa İttifaqı xarici yardım xərclərinə yenidən baxacağını planlaşdırması da bu əlaqələrdən xəbər verir. Aİ öz strateji maraqlarını təmin etmək üçün xarici yardımı yenidən strukturlaşdırmağa, o cümlədən həmfikir ölkələrlə ittifaqları gücləndirməyə, xammala çıxışı təmin etməyə və miqrant axınının qarşısını almağa çalışır. Birləşmiş Ştatlar Aİ və onun üzv dövlətlərinin inkişaf və humanitar proqramlarına 72 milyard dollar ayırıb ki, bunun da 40 milyardı USAID vasitəsilə həyata keçirilib. İnaqurasiyadan sonra ABŞ prezidenti Donald Tramp bütün xarici yardım proqramlarını yenidən təftiş etmək məqsədilə USAİD-in fəaliyyətini 90 gün müddətinə dayandırılması barədə sərəncam imzalayıb. Ağ Ev USAID-də sui-istifadələrin siyahısını açıqlayıb:

- Vyetnamda elektriklə işləyən avtomobillərə 2,5 milyon dollar;
- Serbiyanın iş yerində və biznes icmalarında bərabərliyi və inklüzivliyi təşviq etmək üçün 1,5 milyon dollar;
- Misirdə turizmin maliyyələşdirilməsinə 6 milyon dollar;
- Suriyadakı əl-Qaidə ilə əlaqəli yaraqlılara göndərilən yüz minlərlə quru yemək;
- Talibanın xeyrinə olan Əfqanıstanda misli görünməmiş xaşxaş becərilməsi və heroin istehsalını dəstəkləmək üçün istifadə olunan suvarma kanallarını, təsərrüfat avadanlıqlarını və hətta gübrələri maliyyələşdirmək üçün yüz milyonlarla dollar;
- Qvatemalada cinsiyyətin dəyişdirilməsi və "LGBT fəallığı" üçün 2 milyon dollar;
- Kolumbiyada "transgender operası" üçün 47 min dollar;
- Peruda "transgender komiksi" üçün 32 min dollar;
- İrlandiyada "DEI musical"in səhnələşdirilməsi üçün 70.000 dollar.

Və Tramp USAİD-in yüzə yaxın əməkdaşını məcburi məzuniyyətə göndərib, İlon Mask isə USAID-i cinayət təşkilatı adlandırıb. Slovakiyanın Baş naziri Robert Fiko ABŞ-ın yeni yaradılmış Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska müraciət edərək, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ləğvi ideyasına görə təşəkkür edib. Eyni zamanda, hökumət başçısı Maskdan Slovakiyanın qeyri-hökumət təşkilatlarına Agentlik tərəfindən verilən subsidiyalar və qrantlar barədə məlumat verməsini xahiş edib. Aydın olub ki, USAID bu təşkilatlara “nisbətən qısa müddət ərzində” bir neçə milyon dollar məbləğində qrant dəstəyi verib.

USAID dünyanın fərqli bölgələrində “yardım layihələri” həyata keçirən əsas təşkilat kimi tanınsa da, əslində media və vətəndaş cəmiyyətinin ayrı-ayrı nümayəndələrini maliyyələşdirməklə onları dövlət idarəçiliyinə qarşı qərəzli fəaliyyət göstərən birilərinə çevirib. USAID-in Azərbaycandakı fəaliyyəti də məhz milli düşüncənin hədəf alınması, ayrı-seçkiliyin təşviqi və uğurlu diplomatik addımların ləkələnməsi kampaniyasına çevrilmişdi. Prezident İlham Əliyevin zaman-zaman xəbərdarlıqları da olmuşdu. USAID-in maliyyə vəsaiti hesabına anti-Azərbaycan kampaniyası aparan “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi media qurumlarının əsl mahiyyəti artıq hər kəsə bəllidir. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün bərpası və yaradılan yeni reallıqlarla barışmaq istəməyən mərkəzlərin ortaq şəbəkəsinə çevrilmiş bu media subyektləri cəmiyyətdə qeyri-sabitliyi təşviq edəcək yalan məlumatların tirajlanması ilə bağlı təlimatları da USAID agentlərindən almışdılar. Əlbəttə, onların qərəzli fəaliyyəti dövlət qurumlarının nəzarətində olduğundan hədəflərinə heç vaxt çata bilmədilər.

Dünya USAİD-ə qarşı

USAİD ilə problemlər Trampın demək olar ki, bütün xarici yardım proqramlarını dondurmaq əmrindən sonra yaranıb. Fərman bir çoxu işçilərini ixtisar etmək və ya fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalan beynəlxalq yardım təşkilatlarını sarsıdıb. Maliyyələşdirmənin dayandırılması ABŞ-ın ərzaq yardımının paylanmasından və agentliyin səhiyyə, iqlimə davamlılıq və təhsil sahəsində səylərindən asılı olan bütün dünyada milyonlarla insanın rifahına təsir göstərib. Dövlət Departamenti həmişə USAID-in siyasətini müəyyən edib və istiqamətləndirib. Bununla belə, agentlik əhəmiyyətli struktur və inzibati muxtariyyətə malikdir. ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə USAID-in rəhbəri Samanta Pauer hətta Milli Təhlükəsizlik Şurasında da yer tutmuşdu.

Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, ictimai rəyə təsir imkanları qazanmağa və bu rıçaqlardan təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etməyə, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib. USAİD-in ifşası zamanı üzə çıxan faktlar bununla bitmir.

USAİD-in dünya üzrə maliyyələşdirdiyi nüfuzlu medialar: (2024-cü il)
- The New York Times” (3,1 mln.dollar),
- “Politico” (8 mln. dollar),
- “Associated Press” (19 mln.dollar),
- BBC (2,6 mln.funt),
- Reuters (9 mln.dollar),
- Frans-Press (447 min dollar)

Ümumilikdə 700-dən artıq media orqanı, 300-ə yaxın media sahəsində çalışan QHT və 6 mindən çox jurnalist maliyyələşdirilib. Fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb. Yalnız Ukraynada medianın 90 faizi USAİD tərəfindən maliyyələşdirilirmiş. 2024-cü ildə USAİD Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib. Bütün bu fitnəkar əməllər “azad mətbuat”, “söz azadlığı” adı altında törədilib. Ayrılan pul vəsaitləri ayrı-ayrı şəxslərin maraqları naminə xərclənib, təxribatçı fəaliyyətə sərf olunub. Ölkəmizdə guya “müstəqil mətbuat” təsis edənlərin əsl iç üzü açılanda çoxları təəccüblənib. Bu gün artıq ifşa olunan həmin “media” strukturlarının “feyk” xəbərlər istehsalçısı olduqları üzə çıxıb. Bir müddət əvvəl xəbər verildiyi kimi, USAİD-in ələ aldığı “Turan” agentliyinin yaydığı dezinformasiya səbəbindən Azərbaycan beynəlxalq skandalla üz-üzə qalacaqmış. Əlbəttə, bu, məsuliyyətsizlik, peşə etikasından xəbərsizlik, bir az da dərinə getsək, xalqa, dövlətə xəyanətdir. “Müstəqil media” “Turan”la məhdudlaşmır, “Meydan TV”, “Abzaz”, “Toplum TV” və s. şər yuvaları da cəmiyyətimizə neqativ mövqe sərgiləməkdədirlər.

Məsələ burasındadır ki, beynəlxalq təşkilatların hesabatlarının qərəzli hazırlanması artıq ənənə şəklini alıb. Bəlli ölkələr hədəfə alınır, hər nə olursa olsun nəticədə həmin təşkilatlar öz bildikləri rəyi verirlər. Qərəzli hesabatların hazırlanmasında əsas günahkarlar da bəllidir, onlar USAİD kimi qərbyönümlü təşkilatların maliyyələşdirdiyi qurumlardır. Demokratiyadan danışan qərblilərin hesabatlarında həqiqətin zərrə qədər də olmamasının əsas səbəbi də məsələyə qərəzli yanaşma, hesabatın öz maraqlarına uyğun əvvəlcədən hazırlanmasıdır. Ermənistanda keçirilən seçkilərdə namizədlərə qarşı terror həyata keçirilir, seçkilərin gedişatında cəngəllik qanunları tətbiq edilir, seçki qutularına kənar müdaxilələr olur, amma xarici müşahidəçilər tərəfindən qanun pozuntularının heç biri qeydə alınmır, əvəzində nəticələrin demokratik prinsiplərə uyğun olduğu barədə rəylər verilir. Azərbaycanda isə seçkilər bütün standartlara uyğun keçirilsə də, nəticələrə zərrə qədər də təsiri olmayan kiçik bir “insident”i qeydə alan xarici müşahidəçilər az qala bütün seçkilərin nəticələrinin ləğv olunmasını tələb edirlər. Yəni ikili standartlar.

V.VƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Fevral 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclərimizi müasir elmi trendlərlə tanış etmək çox vacibdir”

11 İyun 2026 21:09see424

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see284

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see238

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see216

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see209

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see207

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see201

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see197

Azərbaycanda yeni bankın yaradılması TƏKLİFİ Faizlər daha əlçatan olacaq

11 İyun 2026 16:24see187

Vuçiç istefa verəcək: “Sizə xəbər verəcəyəm”

11 İyun 2026 13:32see185

Vuçiç Baş nazir olmaq istəyir

11 İyun 2026 03:08see179

Makrona gələ bilməyəcəyini dedi

12 İyun 2026 01:11see175

DÇ 2026 nın açılış mərasimi baş tutdu VİDEO

12 İyun 2026 01:07see172

Qeydiyyat yoxdursa, vətəndaş da yoxdur: “Qara biznes”ə qapı açılıb

11 İyun 2026 17:00see170

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see166

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see165

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see165

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

11 İyun 2026 23:21see159

Son zənglə bağlı valideynlərə çağırış edildi

11 İyun 2026 13:29see159

Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər

11 İyun 2026 02:44see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri