Icma.az
close
up
RU
USAİD in bağlanması Əli Kərimlini ağır duruma salıb ANALİZ

USAİD in bağlanması Əli Kərimlini ağır duruma salıb ANALİZ

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan tarixinin ən qürurlu və şərəfəli dövrünü yaşayır. Torpaqlarımızın erməni işğalından azad edilməsi ilə müstəqil Azərbaycan dünyaya ən qüdrətli və yenilməz dövlət olduğunu nümayiş etdirdi. Həm də təsdiq olundu ki, Azərbaycan xalqı müasir dövrün ən mübariz və öz dəyərlərinə sahib çıxmağı, onu qoruyub saxlayaraq inkişaf etdirməyi bacaran xalqdır. Təəssüflər olsun ki, içimizdə elə məkrli məxluqlar var ki, böyük uğurlarımıza, möhtəşəm qələbələrimizə kölgə salmağa, ləkələr yaxmağa cəhdlər göstərirlər. Onların sırasında AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavatın keçmiş və indiki başqanları İsa Qəmbər və Arif Hacılı daha iyrənc fəaliyyət yolu tuturlar. Onlar ölkəmizin istənilən uğuruna, qazanılan nailiyyətinə qarşı qısqanclıqla yanaşırlar. Hər vəchlə çalışırlar ki, əldə olunan uğurlara qarşı ləkə yaxsınlar.

Əli Kərimli cəbhəçilər tərəfindən sərt şəkildə qınanıldı

Diqqətçəkən məqam ondan ibarətdir ki, bəzən dağıdıcı ünsürlərin xalqın milli maraqlarına qarşı qarayaxma kampaniyası aparması ətraflarında hərlənən trollar tərəfindən də xoş qarşılanmır. Məsələn, AXCP-nin Nizami rayon şöbəsinin üzvü Şakir Vəliyev sosial şəbəkə hesabında Ə.Kərimlinin suverenliyimizin bərpa olunmasına qısqanclıqla yanaşmasını ona olan kənar təsirlərlə əlaqələndirir. Cəbhəçi Jalə Xuduyeva isə Ə.Kərimlini xalqın sevincinə şərik olmamaqda qınayıb. Bir qədər əvvəl AXCP funksioneri Sahib Kərimli sosial şəbəkə hesabında Əli Kərimlini sərt şəkildə tənqid etmiş, onu qorxaqlıqda qınamışdır: “Siyasi partiya ictimai institutdur. Onun sədri hakimiyyət uğrunda mübarizədə qalib gəlməyə bilər, amma ictimai institut cəmiyyət və dövlət üçün, heç olmasa faydalı kadrlar hazırlamalıdır. Təkcə siyasi məhbus və siyasi satqından başqa heç nə yetişdirməyən AXCP və lideri Əli Kərimli kimə nə faydası ola bilər?”

S.Kərimli paylaşdığı statusunda onu da qeyd edir ki, hazırkı mərhələdə AXCP-nin konkret əməli fəaliyyəti yoxdur, yalnız ağlaşma, giley var: “Sonda da xalqa minnət qoymaq ki, hamılıqla meydana çıxmasanız heç nə düzələn deyil. Əli Kərimli, o meydana bir dəfə də özün çıx, o həbsə bir dəfə də özün gir. Get bölgələrə, şəhid dəfnlərində iştirak elə, Rusiya səfirliyinin qarşısına çıx. Sosial şəbəkəni, youtube kanallarını ağlama divarına çevirib, dələduz kahinlər kimi "ibadətlə" məşğul olmağa nə var ki”.

Müxalifət düşərgəsində yeni parçalanma gözlənilir

Görünən fakt ondan ibarətdir ki, cəmiyyətin hər bir üzvü, müxalifətdə olmağından asılı olmayaraq Ə.Kərimlinin, Cəmil Həsənlinin, İsa Qəmbərin, Arif Hacılının və digərlərinin fəaliyyətlərinə qarşı öz etirazlarını bildirirlər. Bu isə dağıdıcı müxalif başbilənlərlə trollar arasında ciddi qarşıdurmanın yaşandığını göstərir. Hətta deyilənlərə və yazılanlara görə, bəzi cəbhəçilər Ə.Kərimli ilə siyasi yol getməyin mümkün olmadığını bəyan edərək, partiyadan istefa verməyə hazırlaşırlar. Vəziyyətin gərginliyini dərinləşdirən amillərdən bir də Ə.Kərimlinin Fuad Qəhrəmanlı vasitəsi ilə sosial şəbəkələrdə qara-qura işlər həyata keçirən trolların maaşlarını verməmələridir. Çimnaz adlı AXCP trol şəbəkəsinin üzvü paylaşdığı statusunda üstüörtülü şəkildə qeyd edib ki, partiyanın maraqlarına uyğun çalışdığı üç aylıq zəhmətinə rəhbərlik tərəfindən qiymət verilməməsi onda təəssüf hiss yaradıb. Mahir Məmmədzadə adlı cəbhəçi isə narazılığını açıq formada ifadə edib: “Şəxsi mesencerimə gələn tapşırıqları vicdanla yerinə yetirmişəm. Ancaq Fuad bəy bizə çatmalı olan qonorarımızı gecikdirir, Əli bəy isə bizimlə görüşməyi özünə sığışdırmır. Bizə göstərilən hörmətsizliyə dözmək istəyində deyilik” .

M.Məmmədzadənin hədəsi onu deməyə əsas verir ki, AXCP-də növbəti qarşıdurmanın baş verəcəyi gözlənilir. Çünki narazı cəbhəçilər növbəti dəfə Ə.Kərimlinin onların haqqını yeməyi həzm etmək fikrində deyillər. Qısa müddət aylıq ödənişlər həyata keçirilməsə, o zaman AXCP yenidən parçalanacaq.

USAİD-in bağlanması AXCP-də gərginliyi dərinləşdirib

Söz yox ki, Əli Kərimlinin trollarına aylıq məvacibləri ödəməkdə çətinlik çəkməsinin səbəbləri var. Başlıca səbəbi ABŞ-nin yeni prezidenti Donald Trampın bir sıra maliyyə fondlarının, xüsusilə də daim maliyyə yardımları aldıqları USAİD-in bağlanması qərarıdır. Nəzərə almaq lazımdır ki, Ə.Kərimli və C.Həsənli açıq şəkildə USAİD-lə, eləcə də SOROS Fondu ilə əməkdaşlıq etdiklərini bəyan edirdilər. Yəni əlaqələrini gizlətməyə zərurət duymurdular. Bu da cəmiyyətin onların kiminlə və hansı formada əlaqələr qurduqlarını bilmələri ilə bağlı idi. “Milli Şura”nın sədri Cəmil Həsənlinin müsahibələrinin birində “hər ay Soros fondundan 200 ABŞ dollar məvacib almışam”,- deyə bildirməsi münasibətlərin açıq formada qurulduğunu göstərir. Söz yox ki, C.Soros nə dəli, nə də ki gic deyil. Deyilənə görə, qırmızı turp kimidir, yerə vursan yer dağılar. Bu baxımdan pullarını mənasız yerə Əli Kərimli, Cəmil Həsənli kimilərə paylamaz. Deməli, səbəb var: “Əl əli yuyar, əl də üzü yuyar” məsəlinə uyğun olaraq hər iki tərəf bir-birindən mənfəət əldə etməyə çalışırlar. Sorosun məkrli niyyəti Azərbaycanda gərginlik yaratmaqdır. Dağıdıcı müxaliflərin isə istəkləri pul qazanmaqdır. Tərəflərin əməkdaşlığı da bir-birinin maraqlarını təmin etməyə hesablanıb. Lakin “sən saydığını say, gör, Tramp nə sayır”. D.Tramp prezidentlik səlahiyyətlərinin icrasına başladığı ilk günlərdə bir əmrlə C.Sorosu yurdsuz, Ə.Kərimli və C.Həsənli kimiləri isə M.Məmmədov, Çimnaz kimi trolların yanında üzüqara qoydu. İndi də Ə.Kərimli vəziyyətdən çıxmaq üçün yeni şəbəkələr axtarışındadırlar. AXCP-nin trolları isə gözləmək fikrində deyillər. Qısa müddət ərzində 3 aylıq məvaciblər ödənilməsə AXCP parçalanmaya məruz qalacaq. Bu halda artıq C.Soros da ona kömək edə bilməyəcək.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:740
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri