Icma.az
close
up
RU
USAID in ən gülünc xərclərinin siyahısı açıqlanıb

USAID in ən gülünc xərclərinin siyahısı açıqlanıb

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, hazırda terror təşkilatlarına dəstək də daxil olmaqla xarici yardımlar ayırmış USAİD fəaliyyətinin yenidən təşkil olunması və onun maliyyə dəstəyinin nəzərdən keçirilməsi prosesini yaşayır.
“Onilliklər ərzində Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) vergi ödəyiciləri qarşısında hesabat verməyib, çünki o, demək olar ki, nəzarətsiz şəkildə oturuşmuş bürokratların gülünc və bir çox hallarda zərərli layihələrinə külli miqdarda pul köçürürdü”, - məlumatda deyilir.
Bu yardımlara hətta baş müfəttişin tədqiqatı nəticəsində müəyyənləşdirilmiş terror qruplaşmaları ilə əlaqəli qeyri-kommersiya təşkilatı üçün yüz minlərlə dollar, ABŞ-də və Rusiyada qadağan edilmiş Əl-Qaidə terror təşkilatı ilə əlaqəli suriyalı döyüşçülər üçün yemək də daxildir.
İlon Mask: “USAİD cinayətkar qurumdur” ABŞ-nin yeni administrasiyası xarici ölkələrdə transseksualların hüquqları ilə bağlı layihələrə dəstək üçün vəsait ayrılmasından da narazıdır. Məsələn, Kolumbiyada “transgender operası” üçün 47 min dollar, Peruda “transgender komiksləri” üçün 32 min dollar ayrılıb.
Ağ Evin bəyanatına görə, Amerika vergi ödəyicisinin yüz milyonlarla dollar pulu Əfqanıstanda suvarma kanallarının yaradılmasına və heroin istehsalında istifadə olunan gübrələrin alınmasına sərf olunub. Agentlik İrlandiyada qondarma müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətini təbliğ edən bir müzikl üçün də 70 min dollar ayırıb.
Bununla belə Ağ Ev administrasiyası öz iddiaslarını rəsmi dövlət satınalma məlumatları ilə dəstəkləmək əvəzinə, məktuba mühafizəkar mətbuatda dərc olunan nəşrlərə istinad edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp dəfələrlə USAİD-i tənqid edərək, qurumun amerikalı vergi ödəyicilərinin pullarını Amerikanın maraqlarına uyğun gəlməyən layihələrə xərclədiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Fevral 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri