Icma.az
close
up
RU
USAİD in təhlükəli və dağidici siyasətinin sonu mütləq gəlməli idi

USAİD in təhlükəli və dağidici siyasətinin sonu mütləq gəlməli idi

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılmış təşkilat olsa da, bunu yalnız zahiri forma adlandırmaq olardı. Məsələnin pərdəarxası məqamları əslində başqa idi. Bu qurum yardım adı altında mümkün olan bütün çirkinliyə əl atmağa nail oldu. Xarici siyasət yürüdən müxtəlif dövlətlərin işlərinə qarışmaq, vətəndaş qarşıdurması, qeyri-sabit mühit yaratmaq, onları çevriliş və xaos təhlükəsi ilə üz-üzə qoymaq və s. Daxili əməl və niyyətini ötr-basdır etməsi üçün müxtəlif regionlarda layihələr gerçəkləşdirməsi də ona qeyri-qanuni əməllərini gizləmək üçün lazım olurdu. USAID-in Ermənistana göstərdiyi rəğbət, bu ölkəyə dəfələrlə maliyyə yardımları ayırması, buna əks olaraq isə Azərbaycana qarşı sərgilədiyi radikal mövqe, əsassız iddialarla çıxış etmələri, erməni havadarlığından nəşət tapmış mövqenin göstərisici kimi ancaq təəssüf doğura bilərdi. Bu mənada, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin hər məsələdə olduğu kimi, burada da qətiyyətli mövqeyi, ayıq-sayıq davranışı bu gün həm də uzaqgörən bir siyasətin çalarları kimi təqdir olunmalıdır. Ona görə də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması ilin başlanğıcı üçün sevindirici xəbər sayıla bilər. Sevinmək amilini öz ölkəmiz, Azərbaycana münasibətlə bağlı səsləndirmirəm. Nədən ki, Azərbaycan ötən ilin fevralından USAID ilə müqavilənin müddətini uzatmağı mənasız saymış, ondan imtina etmişdir. Bunu daha qlobal mənada, uğur adlandırmaq mümkündür. Çünki USAİDin səpdiyi şər toxumlarının arealı böyükdür, yaratdığı xaos və disharmoniya xalqlar, ölkələr arasında nifaq, təfriqə yaratmağa hesablanmış əməl göstəriciləridir. Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenarilərində USAID-in oynadığı rol yaxın və çağdaş tariximizin məşum səhifələrindəndir. Haqlı olaraq Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin USAID-in illik büdcəsinin 50-60 milyard dollar olan şəbəkəyə çevrildiyini bildirib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bu qurumun öz maliyyəsindən ancaq digər ölkələrdə təbriqə və xaos yaratmaq üçün istifadə etdiyini vurğulayıb. İlon Mask USAID-i “məhvə məhkum qurum” və “cinayətkar yuva” adlandırıb.

Bu gün bu təşkilata qarşı səslənən əsaslı ittihamlara nəzər yetirmək kifayətdir ki, hansı əməllərin daşıyıcısı olduğu görünsün: bioloji silahların hazırlanmasını maliyyələşdirmək, Əfqanıstanda narkotik məhsulların istehsalını maliyyələşdirmək, ciddi korrupsiyaya yol vermək, xalqların ənənəvi dəyərlərinə qarşı dağıdıcılıq faktoru, qəsbkar ölkələrin maliyyəsinə dəstək verməsi amili. Amma hər şeyin, xüsusilə şərin sonu mütləq gəlir. Artıq ABŞ Prezidenti Donald Tramp USAID rəhbərliyində ifrat radikalların olduğunu bildirib, Ağ Ev təşkilatı maliyyələşdirməkdən imtina edib.
Buna bir az da ilahi ədalət prizmasından baxmalıyıq. İllərlə Azərbaycanın haqq davasına qarşı tutduğu əks mövqe, düşmən ölkənin militarizasiyasına verdiyi dəstək, ölkəmizin dəyərlərinə, suverenliyinə etinasizlıq və s. hər biri bu qurumun əsl mahiyyətini göstərmək üçün yetərli amillərdir. USAID-in təhlükəli və dağıdıcı siyasətinin sonu mütləq gəlməli idi. Hazırda təşkilat yenidən qurulma prosesindədir. Ümid edirik ki, yenidən formalaşdırılacaq USAID olanlardan nəticə çıxarmağı bacaracaq, başqa xalqların dəyərlərinə, milli maraqlarına rəğbətlə yanaşmağa çalışacaqdır.

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri