Icma.az
close
up
RU
USAID Azərbaycandan çıxarılır: İttihamlar çox ciddidir və mütləq araşdırılmalıdır

USAID Azərbaycandan çıxarılır: İttihamlar çox ciddidir və mütləq araşdırılmalıdır

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyətinin dayandırılması üçün ABŞ-yə bildiriş göndərib.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-a açıqlamasında deyib.

"USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib", - deyə A.Hacızadə bildirib.

Qeyd edək ki, USAID-in rəsmi səhifəsi hazırda fəaliyyət göstərmir. Tramp administrasiyası USAID-in müstəqil statusunun ləğv edilməsi və onun Dövlət Departamentinin strukturuna inteqrasiyasının mümkünlüyünü nəzərdən keçirir. Bu addım gerçəkləşsə, beynəlxalq yardımla bağlı proqramların idarəolunmasında agentliyin muxtariyyəti azalmış olacaq.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur:

"USAID-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAID) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, USAID-ə qarşı irəli sürülən ittihamlar çox ciddidir və mütləq araşdırılmalıdır:

"Qərbin xarici ölkələrdə həyata keçirdiyi rəngli inqilabların əsas maliyyə qaynağı olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) xoşagəlməz əməllərinin ifşa edilməsi, qurumun fəaliyyətindəki çox təhlükəli məqamların dünya ictimaiyyətinə çatdırılması gözlənilən idi. Çünki hələ illər öncə Azərbaycan rəhbərliyi USAID-in fəaliyyətindəki arzuolunmaz nüansları həm təşkilatın, həm də ABŞ rəhbərliyinin diqqətinə çatdırmışdı. Təəssüflər olsun ki, o zaman Bakının narahatlığına ciddi yanaşılmadı.

Azərbaycanın xəbərdarlıqlarına məhəl qoyulmadığı üçün ötən ilin fevralında hökumət USAID-lə müqavilənin müddətini uzatmadı. O zaman ölkəmizin bu qətiyyətli qərarı bir çox dairələr tərəfindən radikal addım kimi qiymətləndirildi. Üzərindən heç bir il keçmədi ki, Gürcüstan hökuməti eyni narahatlıqları ifadə etdi və ABŞ-də hakimiyyətə gələn yeni komanda USAID-in fəaliyyətini faktiki olaraq dayandırdı. Təşkilatın maliyyələşdirilməsi dayandırılıb, əvvəlki rəhbərlik oradan uzaqlaşdırılıb. İndi təşkilat yenidən qurulur. Biz ümid edirik ki, yenidən formalaşdırılacaq USAID əvvəlki səhvlərini təkrarlamayacaq, ölkələrin suverenliyinə, dəyərlərinə, milli maraqlarına hörmətlə yanaşacaq. Əgər belə olarsa, Azərbaycan dövləti USAID-lə əməkdaşlıq məsələlərinə yenidən baxa bilər".

Onun sözlərinə görə, ABŞ-nin dövlət israfçılığı və korrupsiya ilə mübarizə aparan DOGE qrupuna rəhbərlik edən İlon Mask USAID-i "məhvə məhkum qurum", "cinayətkar yuvası" adlandırıb:

"O, bir qədər də irəli gedərək, təşkilatı bioloji silahların hazırlanmasını, Əfqanıstanda narkotik məhsulların istehsalını maliyyələşdirməkdə ittiham edib. ABŞ Prezidenti Donald Tramp USAID-i korrupsiyalaşmış təşkilat adlandırıb. Qeyd edib ki, təşkilat görünməmiş saxtakarlıqla məşğul olub. Qəpik-quruşa layiq olmayan hər cür qrupa yüzmilyonlarla dollar xərclənib. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə iddia edir ki, USAID dünyanın 100-dən çox ölkəsində təmsil olunan və illik büdcəsi 50-60 milyard dollar olan kriminal şəbəkəyə çevrilib. Volodinə görə, USAID tərəfindən terrorçular və yaraqlılar, eləcə də ABŞ və Rusiyada qadağan olunmuş "Əl-Qaidə"yə yüzminlərlə dollar köçürüb. Bundan əlavə, agentlik xaşxaş yetişdirmək və heroin istehsal etmək üçün istifadə olunan avadanlıq və gübrələrə yüzmilyonlarla dollar xərcləyib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, USAID-in maliyyəsi xeyriyyə məqsədləri üçün deyil, bu və ya digər ölkədə, o cümlədən Gürcüstanda da konkret olaraq inqilablar təşkil etmək, iğtişaşlar yaratmaq və ölkədə sabitliyi pozmaq üçün istifadə edilib. Göründüyü kimi, ortada çox ağır ittihamlar var. USAID prinsiplərindən uzaqlaşaraq, xüsusilə də MDB məkanında rəngli inqilabları maliyyələşdirməklə məşğul olub. Ukraynada "narıncı", Gürcüstanda "məxməri", Qırğızıstanda isə "zanbaq" inqilablarının ssenarilərinin USAID-in ofisində hazırlanmasına heç kəsdə şübhə yoxdur.

Onlar eyni ssenarini Azərbaycanda da həyata keçirməyə cəhd göstərdilər, amma Azərbaycan xalqı təxribatlara, yalançı vədlərə uymadı, dövlətin, hakimiyyətin yanında oldu, ona birmənalı dəstəyini ifadə etdi.

USAID fəaliyyət göstərdiyi bütün ölkələrdə radikal qüvvələri dəstəkləyib, milli dəyərlərə hörmət göstərməyib. USAID-in Azərbaycandakı fəaliyyəti ölkəmizin milli maraqlarına cavab vermədiyi üçün onunla əməkdaşlığa xitam verildi. Onlar öz prinsiplərini, şərtlərini bizə qəbul etdirmək istəyirdilər. İndi məlum olur ki, USAID-in ölkələrə qarşı prinsipləri heç ABŞ-nin də maraqlarına uyğun olmayıb. Deməli, onlar hansısa kənar qüvvələrin təhlükəli planlarını ölkələrdə həyata keçirməklə məşğul olublar. Burada, həmçinin ciddi korrupsiya faktları var. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıq şəkildə qeyd edib ki, USAID Gürcüstanda seçkilərə kobud müdaxilə etməklə, radikal müxalifəti hökumətin üzərinə qaldırmaqla ABŞ ilə münasibətlərə xələl yetirir".

"USAID Azərbaycanda 34 il fəaliyyət göstərib. Lakin biz heç vaxt görmədik ki, təşkilat torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasına dair bəyanat yaysın, layihələr həyata keçirsin. USAID 1992-ci ildə Xocalıda baş vermiş soyqırımına səssiz qalıb, Ermənistanın Azərbaycana təcavüzünü pisləməyib, qaçqınların problemlərinin həllinə dəstək olmayıb, Qərbi azərbaycanlıların qayıdış hüquqlarına dair hər hansı tədbir keçirməyib. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu ərazi bütövlüyünü təmin edəndə USAID sözdə müharibə əleyhinə, əslində isə ordumuza, dövlətimizə qarşı güclü kampaniyaya start verdi, ermənilərin müdafiəsinə qalxdı. Təşkilat maliyyələşdirdiyi "novarçıları", media qurumlarını, söyüş müxalifətini dövlətin üzərinə qaldırdı. Onlar "Azərbaycan ərazi bütövlüyünü təmin edir" demək əvəzinə, "etnik təmizləmə" ifadəsini gündəmə gətirdilər. Onlar COP29 sammiti ərəfəsində də "insan hüquqları"ndan bayraq kimi istifadə edərək dövlətimizin üzərinə hücuma keçdilər, mötəbər tədbiri gözdən salmağa çalışdılar", - deyə müsahibimiz vurğulayıb.

Deputat əlavə edib ki, USAID bu günə qədər Azərbaycanda 450 milyon dollardan çox vəsait xərcləyib:

"Bu vəsaitlər hansı layihələrə xərclənib, kimlərə ayrılıb - bunlar araşdırılmalıdılr. Baş verən proseslər bir daha göstərdi ki, Azərbaycan dövlətinin USAID ilə bağlı qərarı olduqca düzgün və ədalətli olub. Bizdən sonra digər ölkələrin də oxşar addımlar atması Azərbaycan dövlət rəhbərliyinin uzaqgörənliyindən, güclü siyasi iradəsindən xəbər verir".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri