Icma.az
close
up
RU
USAID tarixə qovuşur: gizlinlər açılacaqmı?

USAID tarixə qovuşur: gizlinlər açılacaqmı?

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

ABŞ hökumətinin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı açıqlama verib.

Mask bildirib ki, USAID seçkilərə təsir göstərməkdə çox fəal iştirak edib. O, vurğulayıb ki, USAID seçkilərə təsir etmək üçün “şübhəli vasitələrdən” istifadə edib: “USAID-in gördüyü işlərin çoxu seçkilərə təsir etmək, yoxlamalara tab gətirməyən şübhəli üsullarla seçkilərə təsir etmək məqsədi daşıyırdı. İnvestisiya gəliri baxımından deyərdim ki, ümumiyyətlə, həmişə çox yaxşı olmayıb. Agentlik səriştəsiz və çox korrupsionerdir”.

O, təfərrüatları açıqlamayıb və söhbətin hansı ölkələrdən getdiyini bildirməyib.

Prezident İlham Əliyev hələ ötən ilin dekabrında “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Trampın USAID-i qadağan edə biləciyini qeyd etmişdi.

Xatırladaq ki, Tramp bu təşkilatın fəaliyyətini dayandırıb və mövzunun dünya mətbuatında müzakirəsi davam edir.

Millət vəkilləri, siyasi şərhçilər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.

“Şər yuvası daim fəaliyyət göstərə bilməzdi”

Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, bütün dünya ölkələrində destruktiv fəaliyyəti ilə tanınan USAID-in sonunun məhz belə olacağı bəlli idi: “Yəni, şər yuvası daim fəaliyyət göstərə bilməzdi. ABŞ-də 64 il əvvəl yaradılmış bu təşkilat “humanitar” devizi altında fəaliyyət göstərsə də, əslində rəngli inqilabların, müharibələrin və bir sıra qlobal “qara” planların həyata keçirilməsində aktiv rol oynayıb. Məsələ burasındadır ki, USAID-in əl qoyduğu bütün layihələrdə qarşıdurma, müharibə, münaqişə, bir sözlə, şərə söykənən hər şey var”.

A.Hüseynov diqqətə çatdırıb ki, bu təşkilat dünya xalqlarının bədbəxtliyi üzərində özünün xoşbəxtliyini qurmaq kimi çirkin planlara sahib olub: “Cənubi Qafqazda, eyni zamanda, Azərbaycanda da bu təşkilatın mənfur izləri görünməkdədir. Regionumuzda siyasi qalmaqallar, hakimiyyət əlehinə çıxışlar, itaətsizlik kimi neqativ işlərə bulaşan USAID-in fəaliyyətindən ölkəmizdə daim narazılıq olub. 2024-cü ilin dekabrında Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində USAID barədə tutarlı fikirlər söylədi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Əlbəttə, bu qədər haqlı narazılıqdan sonra təşkilat haqqında ciddi ölçü götürülməli idi və Tramp andiçmədən dərhal sonra USAID-in qadağan olunması barədə qərar qəbul etdi”.

“USAID-in daha dərin qatlarda olan cinayətləri üzə çıxacaq”

Deputat qeyd edib ki, bəli, USAID cinayətkar təşkilatdır və fəaliyyətinə xitam verilməli idi: “Bu təşkilatın fəaliyyətində qalmaqallı məqamlar, qanundankənar addımlar kifayət qədərdir. Diqqət edin, USAID 60 milyardlıq büdcə ilə dünyanın 100-dən çox ölkəsində “fəaliyyət” göstərsə də, onun işinə kənar müdaxilələrə ABŞ administrasiyası tərəfindən heç vaxt icazə verilməyib. Belə məlum olur ki, əslində USAID-in fəaliyyəti ABŞ Konqresindən, hətta Ağ Evdən koordinasiya edilib. USAID-in maliyyə dəstəyi ilə Azərbaycana qarşı saysız-hesabsız təxribatlar törədilib, Ermənistanın işğalçı siyasəti müdafiə edilib, işğala məruz qalan Azərbaycan haqsız duruma düşürülüb, beynəlxalq arenalardan, mötəbər tribunalardan ölkəmiz əlehinə iftiralar yağdırılıb. Bir məsələni xüsusi olaraq vurğulayım, Ermənistanda insan haqlarının, söz və mətbuat azadlığının, korrupsiya ilə mübarizənin acınacaqlı durumda olmasına, əksinə, Azərbaycanda bu sahədə bir sıra uğurlar əldə edilməsinə baxmayaraq düşmən ölkə hesabatlarda həmişə bizdən irəlidə olub. Bunun günahı bizdə yox, USAID-in maliyyə dəstəyi ilə bu sənədi hazırlayanlardadır”.

O həmçinin əlavə edib ki, USAID-in bizə qarşı neqativ addım atmasının bir səbəbi də Azərbaycanın müstəqil iqtisadi, sosial, humanitar və hərbi siyasət yürütməsidir: “Məhz USAID-in “5-ci kolon”ları vasitəsilə Azərbaycana iftiralar atılıb. Ukraynada “narıncı”, yəni “Maydan hərəkatı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenariləri də USAID-in otaqlarında hazırlanıb. “Politico” və “BBC” kimi tanınmış dünya mediasında Azərbaycana qarşı gedən kampaniyada da USAID-in əlinin olduğu kimsəyə sir deyil. Beləliklə, ABŞ-də hakimiyyətə gələn yeni komanda USAID-in fəaliyyətini haqlı olaraq dayandırıb. ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsinin rəhbəri İlon Mask təşkilata qarşı ağır ittihamlar səsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib, onu “cinayətkar təşkilat” adlandırıb. Proses davam edir, düşünürük ki, USAID-in daha dərin qatlarda olan cinayətləri üzə çıxacaq, kimin haqlı, kimin haqsız olduğu bəlli olacaq”.

“Tezliklə USAID-in tamamilə tarixə qovuşması qaçılmazdır”

Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, USAID-in əsl siması bəlli olduqca bu təşkilat başqa ölkələrdən qovulur: “Əslində belə bir təşkilatın fəaliyyətinə ehtiyac yoxdur. Tezliklə USAID-in tamamilə tarixə qovuşması qaçılmazdır. USAID və ona bənzər institutlar guya ehtiyacı olan digər ölkələrə köməklik göstərmək istəyir, inkişaflarına təkan verməyə çalışırlar, əslində isə USAID humanitar missiya adı altında siyasi təbliğatla məşğuldur. Bu təşkilatlar sadəcə müdaxilə funksiyası ilə fəaliyyət göstərirlər. USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirmək olub. USAID ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla dollar pul xərcləyir. Bu təşkilatın dəfələrlə Azərbaycana qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları”, Misir və Ukrayna inqilablarında rolu, Gürcüstanda destruktiv fəaliyyəti hər kəsə məlumdur”.

Deputat əlavə edib ki, USAID hər hansı bir ölkədə fəaliyyət göstərirsə, deməli, o, yerli əhalidən də könüllülər cəlb edir: “Bu insanlar da tədricən istər-istəməz təşkilatın təsiri altında fəaliyyətə başlayırlar. Bütün bunları nəzərə alan başqa dövlətlər də USAID-in fəaliyyətindən narazıdır. Düşünürəm ki, belə QHT-lər ciddi araşdırılıb, sonra fəaliyyətinə icazə verilməldir. USAID əvvəllər Azərbaycanda da fəaliyyət göstərirdi. Təşkilatın ölkəmizin daxili işlərinə kobud müdaxiləsi səbəbindən rəsmi Bakını onunla əlaqələri kəsdi və təbii ki, USAID Azərbaycanı tərk etdi”.

“USAID yerli rejimlərə, hakimiyyətlərə öz maraqlarına uyğun təsirlər göstərib”

Politoloq Elşad Mirbəşiroğlu qeyd edib ki, 1961-ci ildə ABŞ-də USAID yaradılanda onun fəaliyyəti ABŞ kəşfiyyat orqanları ilə əlaqələndirilmişdi: “Dəfələrlə USAID rəhbərləri etiraf ediblər ki, onlar ABŞ kəşfiyyat orqanları ilə əlaqəli şəkildə çalışırlar. Yəni bunu xatırlatmaqda məqsədim ondan ibarətdir ki, USAID müxtəlif ölkələrdə destruktiv fəaliyyətlə məşğul olub. Əsas fəaliyyət istiqaməti də ondan ibarət olub ki, öz nəzarəti altında müxtəlif qruplar formalaşdırılıb və lazım gələn anlarda həmin qruplarda yerli hakimiyyətlərə qarşı təzyiq aləti kimi istifadə edib. Bir sözlə, USAID təsir imkanlarına sahib olduğu ölkələrdə siyasi rejimlərə təsir etmək, onların fəaliyyətini istiqamətləndirmək hətta rejimləri dəyişmək kimi məqsədlər güdüb. USAID dünyanın 100-dən artıq ölkəsində ofisə sahibdir və 10 mindən artıq müxtəlif ölkələrdə işçiləri mövcuddur. Onlar əsasən də postsovet ölkələrində qeyri-hökumət təşkilatlarının və KİV orqanlarının maliyyələşdirilməsində xüsusi fəallıq nümayiş etdiriblər”.

O vurğulayıb ki, USAID bir qayda olaraq vətəndaş cəmiyyəti quruculuğu prosesinə dəstək adı və ya bəhanəsi altında öz nəzarətində olan qeyri-hökumət təşkilatlarının formalaşdırılmasına xüsusi diqqət ayırıb: “Məsələn, postsovet ölkələrində rəngli inqilablar bir qayda olaraq belə qeyri-hökumət təşkilatları vasitəsi ilə təşkil olunub. Gürcüstanda, Ukraynada, Qırğızıstanda və bir sıra ərəb ölkələrində məhz USAID öz nəzarəti altında qeyri-hökumət təşkilatları və KİV orqanlarını istifadə etməklə özlərinin təhlükəli məqsədlərinə çatıblar. Məsələn, Gürcüstanda 25 mindən artıq qeyri-hökumət təşkilatı birbaşa Qərbdən maliyyələşirdi. Bu mənada USAID-in rolunu xüsusi qeyd etmək lazımdır və bu qeyri-hökumət təşkilatında təmsil olunan insanlar da birbaşa onların sosial bazasını təşkil edirdi, onların təlimatları əsasında hərəkətlənirdi. Gürcüstanda günlərlə davam edən etiraz aksiyalarının təşkilatçısı da məhz USAID başda olmaqla, Qərb institutları idi...”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Fevral 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see239

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see232

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see225

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see222

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see222

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see220

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see218

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see218

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see212

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see200

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see196

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see194

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see194

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see191

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see185

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see184

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see184

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see181

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see178

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri