Icma.az
close
up
RU
Uşaq Amerikada doğulsun, vətəndaşlıq alsın Əslində məqsəd heç də...

Uşaq Amerikada doğulsun, vətəndaşlıq alsın Əslində məqsəd heç də...

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

 Prezident Donald Tramp doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsinin məhdudlaşdırılması haqqında fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin hüquq müdafiə təşkilatları Trampın bu fərmanı ilə bağlı Nyu-Hempşir ştatının məhkəməsinə müraciət ediblər. İttifaqın rəhbəri Entoni Romero qeyd edib ki, ABŞ-də doğulan uşaqlara vətəndaşlıq verilməsindən imtina təkcə konstitusiyaya zidd deyil, həm də ölkə dəyərlərindən ağılsızca və amansız imtinadır.

Elə ölkəmizdə də övladının xarici vətəndaşlığına görə dünya ölkələrinə üz tutanların sayı az deyil.

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əksər valideynlər övladının gələcəyinin daha yaxşı təminatı üçün xarici ölkə seçiminə üstünlük verirlər.

Onun sözlərinə görə, dünyanın təxminən 30-35 ölkəsində uşağa doğulduğu ölkənin vətəndaşlığı avtomatik şəkildə verilir. Bundan sonra həmin uşaq ölkənin öz vətəndaşları üçün verdiyi bütün imtiyazlardan istifadə etmək hüququna malik olur:

"Bəzi hallarda uşağın valideynləri də övladının hesabına həmin imtiyazları ala bilirlər. Azərbaycanda da maddi imkanı yaxşı olan, xüsusən də həkimlər və şou-biznes insanlarının əskəriyyəti sırf vətəndaşlığa görə uşağını Amerikada dünyaya gətirməyə üstünlük verirlər. Əslində məqsəd Amerikada yaşamaq üçün deyil, sadəcə uşağın gələcək həyatı üçündür. Yəni, uşaq gələcəkdə Amerikada təhsil almaq və yaşamaq hüququna sahib olsun”.

Lalə Mehralı:  Valideyn öz bildiyi qədəriylə övladının gələcəyini qurmağa çalışır

Müsahibimiz deyir ki, bu baxımdan həmin valideynləri qınamaq düzgün olmaz. Onun sözlərinə görə, baxmayaraq ki, əcnəbi üçün xarici ölkədə övlad dünyaya gətirmək baha başa gəlir. Valideyn öz bildiyi qədəriylə övladının gələcəyini qurmağa çalışır.

Sosioloq qeyd edib ki, Trampın qərarı ölkəyə qeyri-qanuni yollarla daxil olanların və miqrantların övlad dünyaya gətirəndən sonra ölkənin imtiyazlarından istifadəsinin qarşısını almaq üçündür.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Yanvar 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri