Icma.az
close
up
RU
Uşaq evindən milli komandaya Fotolar

Uşaq evindən milli komandaya Fotolar

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA-nın rəsmi saytında Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü Fidan Cəfərovanın həyat yolundan bəhs edən yazı yayımlanıb.

Axşam.az xəbər verir ki, QOL.az-ın yaydığı məlumata görə, məqalədə AFFA və Azərbaycanın Sosial Xidmətlər Agentliyinin birgə həyata keçirdiyi sosial layihədən söz açılıb. Bildirilib ki, layihənin məqsədi valideyn himayəsindən məhrum uşaqlara futbol vasitəsilə yeni imkanlar yaratmaq, onlarda özünəinamı artırmaq, dostluq münasibətlərini inkişaf etdirmək və idmana marağı təşviq etməkdir.

Hazırda Türkiyənin "Hakkarigücü Spor" klubunda çıxış edən milli üzvü Fidan Cəfərova uşaqlıq illərində futbolun onun üçün sadəcə idman növü olmadığını bildirib:

"Uşaq evində böyüyəndə bəzən xəyal qurmaq belə lüks kimi görünür. Futbol mənim ailəm oldu".

Futbolçu 9 yaşında Şəki Qarışıq Tipli Uşaq Evinə yerləşdirildiyini, daha sonra AFFA-nın dəstəyi ilə fəaliyyət göstərən "Marhal" qızlar klubunda məşqlərə başladığını deyib:

"Elə günlər olurdu ki, məşqə getməli olduğum üçün ağlayırdım. Amma dostum, Azərbaycanın gənclər millisinin üzvü Nahidə Məmmədova həmişə mənə dəstək olurdu. Məşqçilərim futbolu sevməyimə səbəb oldular. Futbol mənim həyat yoluma çevrildi".

11 yaşında U-15 millisinə dəvət alan Fidan sonradan bütün yaş qruplarını keçərək əsas yığmaya yüksəlib. O, futbolun həyatını tamamilə dəyişdiyini vurğulayıb:

"U-15 millisindən dəvət almağım hər şeyi dəyişdi. Ondan əvvəl gələcəyim haqqında çox düşünmürdüm. Uşaq evində böyüyəndə əsas diqqətin bu günə yönəlir, çünki sabahın necə olacağını bilmirsən. Futbol mənə məqsəd verdi. Bu gün futbol mənim ailəm, dostlarım və ən böyük dayağımdır. O, mənə özümə inanmağı öyrətdi".

Fidan Cəfərova valideyn himayəsindən məhrum uşaqlara da səslənərək onlara ümidlərini itirməməyi tövsiyə edib:

"Heç vaxt ümidinizi itirməyin. Futbol çoxlu qapılar açır. Sizə futbolun qızlar üçün olmadığını deyə bilərlər. Amma hər uğurlu hekayə yüzlərlə insan üçün yeni imkan yaradır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://axsam.az
archiveBu xəbər 27 İyul 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri