Uşaq evlərində yaşayan gənclərin iştirakı ilə motivasiya görüşü təşkil olunub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Uşaq evi sosial xidmət müəssisələrinin gənc sakinləri üçün motivasiya xarakterli görüş keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2 Fevral - Gənclər Gününə həsr olunan tədbirin məqsədi gənclərin şəxsi inkişafına dəstək göstərmək, onların öz potensiallarına inamını artırmaq və gələcək hədəflərinin formalaşmasına töhfə vermək olub.
Tədbirin spikerləri TEDx Azərbaycan platformasının 2025-ci il üzrə çıxışçıları olan, aparıcı və musiqiçi Yusif Qasımov və insan resursları, təlim və inkişaf üzrə ekspert Füsun Bağırlı öz həyat təcrübələrini gənclərlə bölüşüblər. İştirakçılara ötürülən fikirlərdə qarşıya çıxan çətinliklərin düzgün yanaşma və əzmlə aşılmasının mümkün olduğu vurğulanıb.
Çıxışçılar gənc yaşda uğur qazanmağın mümkünlüyü, bilik və davamlı əzmin həyatdakı rolu, eləcə də məqsədyönlü fəaliyyətin əhəmiyyəti barədə təqdimatlarla çıxış ediblər. Gənclərlə interaktiv formatda aparılan müzakirələr zamanı real həyat nümunələrindən bəhs edilib, şəxsi inkişaf mövzularına toxunulub.
Görüşün məqsədi həssas kateqoriyadan olan gənclərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası, həmçinin onların gələcək uğurlarının stimullaşdırılması və sağlam fərd kimi yetişdirilməsidir.
Görüşdə iştirakçıların sualları cavablandırılıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda agentliyin Uşaq evi sosial xidmət müəssisələrində ümumilikdə 120 valideyn himayəsindən məhrum olmuş gənc dövlət qayğısı ilə əhatə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 Yanvar 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















