Icma.az
close
up
RU
Balaxanıda gənclərin iştirakı ilə biomüxtəlifliyə həsr olunmuş tədbir təşkil edilib

Balaxanıda gənclərin iştirakı ilə biomüxtəlifliyə həsr olunmuş tədbir təşkil edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 may, AZƏRTAC

Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Balaxanı Ekoloji Mərkəzində və Botanika Bağında keçirilən tədbirdə uşaqlar və gənclər bir araya gələrək Azərbaycanın təbii sərvətlərinin qorunmasına olan bağlılıqlarını nümayiş etdiriblər. “Cool Kids Conserve!” (Təbiəti Qoruyan Uşaqlar) şüarı ilə baş tutan tədbir ilhamlandırıcı çıxışlar, interaktiv fəaliyyətlər və maarifləndirici sessiyalarla zəngin olub.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələr Ofisindən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında çıxış edən FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev biomüxtəlifliyin qorunmasında gənclərin roluna diqqət çəkib. “Bu tədbir bizi köklərimizə qaytarır və bu planetin gələcək sahiblərini, uşaqları bu işə cəlb edir”, - deyə o diqqətə çatdırıb.

FAO-nun baş texniki mütəxəssisi Peter Pechacek və layihə rəhbəri Aytən Şirinova layihənin uğurlarından danışaraq, daha güclü tərəfdaşlıqlar və geniş ictimai iştirakla irəliyə doğru planları açıqlayıblar. “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin direktoru Firuzə Sultan-zadə isə uşaqların təbiətə marağını və liderlik potensialını vurğulayıb.

FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat çıxışında Azərbaycanın biomüxtəlifliyi barədə danışaraq bildirib ki, ölkə Qafqaz regionunun bir hissəsi kimi unikal ekosistemlərə və zəngin bioloji irsə sahibdir. Dağlardan tutmuş Xəzər sahillərinə qədər uzanan müxtəlif landşaftlar Azərbaycanın mikroiqlim və yaşayış mühitlərinin genişliyini əks etdirir.

N.Hayat qeyd edib ki, bu təbii irs müxtəlif təzyiqlərlə üzləşir: torpağın qeyri-davamlı istifadəsi, qanunsuz ovçuluq, çirklənmə və iqlim dəyişikliyi ekosistemləri təhdid edir. Bu çağırışlara qarşı mühüm cavab tədbiri kimi ölkədə 10,3 faizlik ərazini əhatə edən geniş mühafizə olunan ərazilər şəbəkəsi formalaşdırılıb. Xüsusilə, Şirvan və Hirkan Milli parkları biomüxtəlifliyin həm zənginliyini, həm də qorunma zərurətini nümayiş etdirir. Şirvan Milli Parkındakı Qızılqaz gölü quşların miqrasiyası üçün vacib dayanacaqdır. Hirkan Milli Parkı isə UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim meşələri və Xanbulan gölü kimi mühüm su mənbələrini əhatə edir.

Nasar Hayat FAO ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə həyata keçirdiyi və Qlobal Ətraf Mühit Fondu tərəfindən maliyyələşdirilən layihənin əhəmiyyətini vurğulayaraq, mühafizə olunan ərazilərdə landşaft əsaslı, inteqrasiya olunmuş idarəetmə modellərinin qurulduğunu vurğulayıb.

Tədbirin praktiki hissəsində uşaqlar keramika ustad dərslərində iştirak ediblər, “eko-detektiv” oyunu oynayıblar və milli parklar haqqında sənədli film izləyiblər. Botanika Bağında isə biomüxtəliflik sərgiləri və simvolik ağacəkmə mərasimi keçirilib.

Builki tədbir FAO-nun 80 illik yubileyinə həsr olunan “365 Günlük Fəaliyyət” kampaniyasının tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un davamı olaraq, gənclərin qlobal ekoloji səslərinin daha geniş auditoriyalara çatdırılmasına xidmət edir. Tədbir bir daha göstərir ki, təbiətin qorunması yalnız siyasətçilərin və ekspertlərin deyil, gənclərin də işi olmalıdır. Uşaqlar sadəcə iştirakçı deyil, gələcəyin liderləridir. Hər bir kiçik addım, - ağac əkmək, öyrənmək, paylaşmaq, - böyük dəyişikliklərin başlanğıcı ola bilər.

FAO və Qlobal Ekoloji Fond tərəfindən dəstəklənən “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdarəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və Bakı Abadlıq Xidmətinin tərəfdaşlığı ilə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see176

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see160

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see134

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see132

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri