Icma.az
close
up
RU
Uşaq futbolunun inkişafı məktəbdən və məhəllədən başlayır Ceyhun Sultanov

Uşaq futbolunun inkişafı məktəbdən və məhəllədən başlayır Ceyhun Sultanov

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol təkcə bir oyun deyil, uşaqlar və yeniyetmələr üçün həm fiziki inkişafın, həm də sosial bacarıqların formalaşmasında mühüm vasitədir. Azərbaycanda da futbol sevgisi erkən yaşlardan başlayır. Bəs, bu sevginin sağlam şəkildə formalaşmasında hansı ünsürlər əsasdır? Bu sahədə hansı addımlar atılmalıdır?
Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran keçmiş futbol funksioneri Ceyhun Sultanov bildirib ki, bu sahənin inkişafına məktəblərdən başlamaq lazımdır: "İlk olaraq uşağın özünün istəyi olmalıdır. Məcburən hansısa uşağı bir sahəyə, yaxud futbola yönəltsən və uşağın istəyi olmazsa, istər valideyn tərəfindən, istər məktəb tərəfindən buna təkan vermək heç vaxt alınmıyacaq. Çünki bu birinci olaraq uşağın özündən asılıdır. Ondan sonra isə bu dəstəkləri etməyə ehtiyac olacaq. Əfsuslar olsun ki, məktəblərdə bu gün idmanla bağlı, futbolla bağlı elə bir aktivlik yoxdur. Çünki biz oynadığımız zamanlarda həmişə məktəblər arası çempionatlar keçirilirdi. Daha yaxşı uşaqları göz önünə çıxarmaq mümkün olurdu. Əfsuslar olsun ki,  bu günlərdə məktəblərdə idmana çox az vaxt ayrılır. Elə məktəblər var ki, heç idman zalı belə yoxdur. Ona görə də Təhsil Nazirliyi  bunun üzərində çalışsa daha yaxşı olar. Buna diqqət ayırmaq lazımdır. Çünki bütün futbolçular məktəbdən çıxır. Ona görə də məktəbdə olan idman zallarında idman dərslərinə çox vaxt ayırmaq lazımdır".

C.Sultanov bildirib ki, bu məsələdə uşağın istəyi  və həvəsi önəmlidir: "Bilirsiniz, uşağın idmana gətirilməsində ailənin təsiri hardasa var. Bir tərəfdən də düşünməliyik ki, uşağın hansı idman növünə istəyi var. Biz bu gün hansısa bir şahmat oynayan uşağı gətirib futbol oynada bilmərik. Ona görə valideyn uşağın istəyinə uyğun olaraq onu yönəltməlidir və ona dəstək verməlidir".

Ekspertin sözlərinə görə, uşaqların rahat oynaması üçün yaşayış yerlərinin həyətlərində boş ərazi tapmaq çətindir: "Uşaq futboluna marağın artırılması ilk olaraq həyətdən başlayır. Yaşadıqları ərazilərdə meydançalar olmalıdır, məhəllədə futbol oynamalıdırlar. Bununla yanaşı idman dərslərinə çox diqqət ayırılmalıdır. Bu hamısı zəncirvaridir. Bunları etməyənə qədər biz heç bir uşağı götürüb yetişdirə bilmərik. Uşağın futbol oynamağı bələkdən olmur ki... Uşaq böyüyə-böyüyə futbol oynamalıdır. Əgər bu gün küçələrdə meydançalar yoxdursa, deməli bunu artırmalıyıq. Əvvəllərlə indikinin arasında çox böyük fərq var. Əvvəllər hamı meydançalarda oynayırdı, bu gün isə o yoxdur. Ona görə bütün məhəllələrdə meydançalar salınmalıdır. İdman dərslərinə fikir verilməlidir. Məktəblərarası çempionatlar olmalıdır. Bunlar hamısı önəm daşıyır".

Əlisahib İbrahimli,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 May 2025 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri