Icma.az
close
up
RU
Uşaq Hüquqlarının Müdafiəsi Liqası “Müharibə uşaqların gözü ilə” adlı layihəsinə start verib FOTOLAR

Uşaq Hüquqlarının Müdafiəsi Liqası “Müharibə uşaqların gözü ilə” adlı layihəsinə start verib FOTOLAR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə keçirdiyi qrant müsabiqəsi çərçivəsində qalib gələn “Müharibə uşaqların gözü ilə” adlı layihəsini həyata keçirməyə başlayıb.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, 02.07.2025-ci il tarixində “Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyinin sədri Yusif Bəkirovun rəhbərliyi və birlik üzvlərinin iştirakı ilə 3 ay davam edəcək layihə çərçivəsində görüləcək işlər müzakirə olunub, icra planı təsdiqlənib və vəzifə bölgüsü aparılıb.

Qeyd edilib ki, layihə çərçivəsində 1993-cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində və Respublikamızın müxtəlif bölgələrində məktəblilər arasında keçirilmiş inşa müsabiqəsinə təqdim edilən, arxivləşdirilən inşalar əsasında “Qara Yanvar və işaqlar…” adlı kitab nəşr olunacaq.

Kitabda 1990-cı illərin məktəbliləri tərəfindən yazılmış, 20 Yanvar faciəsi zamanı gördüklərini, hiss etdiklərini və yaşadıqlarını əks etdirən inşalardan bir qismi toplanacaq, həmçinin XX əsr folklorunun bir hissəsi olan, məktəblilər tərəfindən qələmə alınan bayatılar, ağılar, şeirlər, hekayələr, esselər nəşrə əlavə olunacaq.

“Azərbaycan tarixi” dərsləri üçün əlavə vəsait ola biləcək kitab müasir məktəblilərə ötən əsrdə yaşamış həmyaşıdlarının dünyagörüşü, düşüncə tərzi, vətənpərvərlik hissi, yaşadıqları tarixi məhz xatirələrdən oxumaqla, Vətənimizin təkrar müstəqilliyinə qovuşduğu dövrün hansı qanlı-qadalı hadisələrdən keçdiyini təsəvvür etmək imkanı qazandıracaq.

“Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyi 1990-cı ildən başlayaraq uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir, 11 may 2005-ci il tarixindən Dövlət qeydiyyatına alınıb. Azərbaycan Respublikası Uşaq Hüquqlarının Müdafiəsi Liqasının əsas məqsədi - uşaq hüquqlarının təşviq olunmasına yardım etmək, fəaliyyət istiqamətləri isə uşaq hüquqlarının qorunması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək, uşaq hüquqlarının qorunması sahəsində maarifləndirmə işləri aparmaq, müvafiq sahədə dövlət qurumlar ilə əməkdaşlıq etməkdir.

Təşkilat yarandığı gündən uşaq hüquqlarının müdafiəsi, ailə hüququ, gender münasibətləri məsələləri sahəsində maarifləndirmə işlərinin aparılması, uşaqlar arasında ekoloji biliklərin təşviqi istiqamətində bir çox əhəmiyyətli layihələr həyata keçirmiş və internet resurslar, nəşrlər hazırlayıb.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyul 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri