Icma.az
close
up
RU
Uşaq nə vaxt danışmağa başlamalıdır

Uşaq nə vaxt danışmağa başlamalıdır

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1 yaşında olan uşaq təxminən 10 sadə söz deməyə bacarmalıdır (məsələn, ana, ata, nənə, baba, bəbə, ver, tut və s.) və təxminən 20 əşyanın və hərəkətin adını bilməlidir (top, kukla, "soska", gəzmək, çimmək və s.).

Uşaq öz adını bilməli, ona müraciət olunan nitqi başa düşməli və ona reaksiya verməlidir. Məsələn, böyüklər "kukla (top, maşın və s.) hanı?" dedikdə, uşaq bu əşyalara tərəf baxmalıdır, böyüklər "əlini ver" dedikdə, uşaq ona əlini uzatmalıdır və s. (digər hərəkətlər də ola bilər).

2 yaşında olan uşaq artıq qısa cümlələri qurmalıdır, danışıqda əvəzliklərdən (mən, o, sən), sifətlərdən (uzun, böyük, balaca, gözəl və s.) istifadə etməlidir. Bu yaşda olan uşaq fəal şəkildə ən azı 50 söz istifadə etməlidir (mütəxəssislər bu yaşda olan uşaqda 100 sözə qədər eşitmək istəyirlər).

2,5 yaşına qədər uşaq "uşaq dilində" danışa bilər - məsələn, "çim-çim" (çimmək), "am-am" (it), "bə-bə" (uşaq) və s. Daha sonra uşağın nitqi tədricən böyüklərin nitqinə bənzəməyə başlamalıdır. Əgər 3 yaşlı uşaq "uşaq dilində" danışmağa davam edirsə, mütləq həkimə müraciət edin.    
3 yaşında olan uşaq artıq cümlələri düzgün qurmalı, 200-300 söz istifadə etməli, suallar verməyə, şeirlər və qisa nağıllar ("Qoğal", "Turp nağılı" və s.) danışmağa bacarmalıdır, cümlələrdə fəal şəkildə əvəzliklərdən, sifətlərdən və zərflərdən (çox, az, tez və s.) istifadə etməlidir.

Saglamolun.az baby.ru saytına istinadla bildirir ki, əgər 3 yaşlı uşağın nitqinin inkişafını qiymətləndirmək istəyirsinizsə, onu uşağa tanış olmayan insanın yanında danışdırın. Əgər yad insan uşağın nitqinin 75%-ni (əksər hissəsini) başa düşürsə, uşaq sərbəst şəkildə dialoqda iştirak edirsə, bu o deməkdir ki, uşağın nitqi normal inkişaf edir.  

Təbii ki, sadaladığımız bütün bu normalar nisbidir. Əgər sizin uşağınız 1 yaşında 10 deyil, 7 söz deyirsə, narahat olmağa dəyməz. Lakin əgər ləngim daha ciddidirsə (aşağıda bu haqda məlumat var), mütləq vaxt itirmədən mütəxəssislərə müraciət edin.

Nitqin inkişafında uşağın cinsi də böyük rol oynayır. Belə ki, qızlar oğlanlarla müqayisədə daha tez və fəal danışmağa başlayır. Bu oğlanların bəzi fizioloji xüsusiyyətləri ilə izah olunur.

Lakin oğlan uşaqlarının valideynlərini bu heç də lazım olandan artıq arxayın etməməlidir. Məsələ burasındadır ki, nitq inkişafının problemləri ilə oğlanlar qızlarla müqayisədə daha tez-tez üzləşir. Məsələn, kəkəlləyən uşaqların arasında oğlanlar qızlardan 2 dəfə çoxdur. Dizartriyası (uşağın nitqi ətrafdakılar tərəfindən başa düşülmür) olan uşaqların arasında oğlanların sayı qızlarla müqayisədə 3 dəfə çoxdur.

Bu səbəbdən əgər uşağınızın nitqi ləngiyirsə, mütlər defektoloqa və nevropatoloqa müraciət edin. Bir çox valideynlər fikirləşir ki, nitq problemləri ilə loqoped məşğul olur. Lakin bu yalnız qismən belədir. Loqoped danışan uşağın nitqində olan bəzi problemlərin həlli ilə (kəkəlləmə, "r", "l", "ş", "j" səslərin düzgün tələffüzü və s.) məşğul olur və adətən loqopedlər uşaqlarla 4-5 yaşından başlayaraq məşğul olmağa başlayır.

Defektoloqlar məhz nitq inkişafının pozulmaları olan uşaqlarla 2 yaşından başlayaraq məşğul olur və məhz defektoloqlar xüsusi metodikaların köməyi ilə uşağın yaddaşını, diqqətini, təfəkkürünü, nitqini inkişaf edirlər.

Nə zaman uşaqda nitqin inkişafının ləngiməsindən şübhələnmək olar?

- 4 aylıq uşaq gülümsəmir, ona mürciət etdikdə heç bir reaksiya vermir.

- 8-9 aylıq uşaq hecaları təkrarlamağa çalışmır (ba-ba-ba, ma-ma-ma və s.), az səslər çıxardır.

- 1,5 yaşlı uşaq "ana", "ver", "nənə" və s. kimi sadə sözləri demir, adi cümlələri ("kukla hanı?", "ana hanı?" və s.) başa düşmür, öz adına reaksiya vermir.

- 2 yaşında olan uşaq yalnız bir neçə söz istifadə edir və yeni sözləri öyrənməyə cəhd etmir.

- 2,5 yaşında olan uşaq adi cümlələri (məsələn, "ana, su ver" , "mən yemək istəyirəm" və s.) qurmağa bacarmır, ətrafda olan əşyaların və bədən özvlərin adlarını bilmir, onları göstərmir, adi xahişi yerinə yetirə bilmir ("kukla gətir", "top gətir", "əlini ver" və s.), 20 sözdən az istifadə edir.

- 3 yaşlı uşağın nitqini hətta valideynləri çətinliklə başa düşür, uşaq həddən artıq tez və ya əksinə çox asta-asta danışır, sözləri çox uzadır.

- 3 yaşlı uşaq əsasən cizgi filmlərin qərhrəmanlarının cümlələri ilə danışır, özü sərbəst çəkildə cümlələri qurmur.

Beləliklə, əgər siz uşağınızda nitq inkişafının ləngiməsi simptomlarını görürsünüzsə, mütləq defektoloqa və nevropatoloqa müraciət edin. İlk növbədə belə uşaqların eşitmə qabiliyyəti yoxlanılmalıdır. Eşidməyən və ya pis eşidən uşağın nitqində də ciddi problemlər olacaq.

Daha sonra lazım olduqda həkim uşağı digər müayinələrə (neyrosonoqrafiya, MRT və s.) göndərə bilər. Pozulmanın səbəbi təyin olunduqda, uşağa xüsusi müalicə təyin olunur. Müalicə ilə yanaşı uşaqla defektoloq məşğul olur.

Bəzi hallarda valideynlər həkimlərə çox gec müraciət edir və bunu irsiyyətlə izah edir (məsələn, "uşağın yaxın qohumları arasında gec danışanlar çoxdur, ona görə də biz tələsmirdik, gözləyirdik, nə vaxt özü danışacaq"). Lakin bu səhv fikirdir. Əksinə əgər yaxın qohumlarınız arasında bu pozulma varsa, bu o deməkdir ki, sizin uşağınızda da buna genetik meyillilik var. Nəsldən nəslə bu pozulma daha ağır formaları ala bilər. Beləliklə, irsiyyatda nitq inkişafının pozulmaları olan uşağın valideynləri daha diqqətli olmalı və bu pozulmaların ilk simptomlarında (gözləmədən!) həkimlərə müraciət etməlidir. Bu pozulmaların müalicəsi nə qədər tez başlayarsa, nəticə də bir o qədər yaxşı olacaq.

Əgər 6 yaşında olan uşağın nitqi, demək olar, inkişaf etməyibsə, onu danışmağa öyrətmək ehtimalı 0,2% təşkil edir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri