Icma.az
close
up
RU
Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar?

Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar?

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar? İlk sözü nə vaxt deməlidirlər? İkisözlü, üçsözlü cümlələrə keçid hansı yaş dövrlərinə təsadüf edir?
Bu suallar demək olar ki, bütün anaları düşündürür. Xüsusilə də, yeni ana olmuş qadınlar təcrübəsiz olduqları üçün uşaqlarını başqaları ilə müqayisə edərək, yersiz həyəcanlara yol verirlər.
Elə isə bu həyəcanları aradan qaldırmaq üçün uşaqlarda dilin əsas inkişaf mərhələlərini nəzərdən keçirək:
0-6 ay
Bu dövr daha çox “qığıldama” dövrü kimi məlumdur. Belə ki, bu dövrdə uşaqlar tam sözləri yox, müəyyən hecaları ifadə etməyə çalışırlar.
6-12 ay
Bu dövrdə uşaqlar əsasən hecaları birləşdirməyə çalışırlar. Ətrafda eşitdikləri səsləri təqlid edirlər. Daha çox “ata”, “ana” kimi təkhecalı sözləri ifadə edə bilirlər.
12-18 ay
Artıq sadə və ikisözlü cümlələr qura bilirlər. Məsələn, “Ana gəl”, “Ata al” və s. kimi. Uşaqların bu dövrdəki söz xəzinələri təqribən 5-25 söz arasındadır.
18-24 ay
Bu dövrdə ikisözlü cümlələrin sayı artır və uşaqların söz xəzinələri 25-dən 50-yə qalxır. Artıq onların dedikləri sözləri başa düşmək də çətin deyil.
24-36 ay
Bu dövrdə uşaqlar tərkibində iki və ikidən çox söz olan cümlələr qurmağa başlayırlar. Sözlərdəki hecaların sayı da nisbətən çoxdur. Söz xəzinələri isə orta hesabla 1000-ə yaxındır.
3-5 yaş
“Mən”li cümlələr qurmağa başlayırlar. 5 və daha çox sözlü cümlələr qururlar. Çoxlu suallar verirlər. 5 yaşa doğru söz ehtiyatları təqribən 2000-ə çatır.
Hər uşaq eyni deyil
Bu məsələdə bir şeyi də unutmaq olmaz ki, dilin inkişaf sürəti hər uşaqdan asılı olaraq dəyişir. Ona görə də, yuxarıda göstərilənlər əsasən uşaqlarda dilin inkişafının ümumi mərhələlərini ifadə edir. Əgər yuxarıdakı siyahı ilə uşağınız arasında kiçik fərqlər varsa, bu heç də qorxulu deyil. Yox, əgər fərqlər gözlə görüləcək qədər böyükdürsə, bir mütəxəssislə məsləhətləşməyə ehtiyac var.
Aygün Vəliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 Fevral 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri