Icma.az
close
up
RU
Uşaq oyuncaqları dəyişir: “Labubu”ya maraq və artan tələbatın səbəbləri

Uşaq oyuncaqları dəyişir: “Labubu”ya maraq və artan tələbatın səbəbləri

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlərdə sosial şəbəkələrdə sürətlə yayılan "Labubu" adlı oyuncaq dünya miqyasında əsl fenomenə çevrilib. Bahalı qiyməti və qeyri-adi görünüşü ilə seçilən bu oyuncaqlar artıq Azərbaycanda da həvəskarlarının maraq dairəsinə düşüb.

"Labubu"nun qiymətləri sadə variantlar üçün 30-50 dollar arasında dəyişsə də, məhdud sayda istehsal olunan nadir modellər 1000 dollardan yuxarı qiymətlərlə satılır. Hətta 4 metrlik xüsusi nüsxənin 150 min dollara qədər alıcı tapdığı bildirilir. Bu oyuncağın görünüşü isə heç də birmənalı qarşılanmır.

Maraqlıdır ki, "Labubu" oyuncağı uşaqlara və böyüklərə psixoloji olaraq necə təsir edir?

Mövzu ilə bağlı sosioloq Nail Cəlil Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, oyuncaqlar uşaqların təfəükkürünün formalaşmasına əhəmiyyətli rola malikdir:

"İstənilən oyuncaqlar və əyləncə vasitələri uşaq psixologiyası ilə yanaşı, müxtəlif yaş kateqoriyasına aid olan insanların davranışına, şəxsiyyətinin formalaşması və təkminləşməsinə təsir göstərir. Fərqli görünüşlə cəlbedici olan bəzi oyuncaqlar heyrətlənmək, sosiallaşmaq və təxəyyülün formalaşması üçün vacibdir. Bu mənada dəbdə olan hər bir oyuncaq böyükləri və kiçikləri cəlb edir. "Labubu" da uşaqları təəccübləndirə bilir. Ona görə bu oyuncaq böyüklər üçün də maraqlıdır. Oyuncaın görünüşü isə bir qədər təsiredici, heyrətləndirici və ya qıcıqlandırıcı kimi qəbul olunur. Bu baxımdan "Labubu"nun müsbət və ya mənfi təsirə malik olduğunu söyləmək çətindir. Bunu zamana buraxmaq lazımdır. İstənilən halda "Labubu" onlayn oyunlardan uzaqlaşmaq və uşaqların internetdən asılılığının qarşısını almaq üçün yaxşı vasitə sayıla bilər".

İnternet əsrində yaşadığımızı qeyd edən sosioloq vurğulayıb ki, dünya ölkələrində dəbdə olan oyuncaqların ölkəmizə də gətirilməsi normaldır.

 "Sadəcə qiymətini nəzərə alsaq, "Labubu" orta və yüksək təbəqəli ailələr üçün daha əlçatandır. Çünki oyuncaqların daha məhdud sayda istehsal olunması satışın baha olmasına səbəb olur”.

Müsahibimiz qeyd edib ki, bütün hallarda sözügedən oyuncaqlar kütləvi şəkildə alınırsa, deməli, tələbat yüksəkdir. "Labubu" öz fərqliliyi ilə böyük marketinq kütləsini əhatə edir:

“Bu oyuncağın kütləvi yayılması keçici bir haldır. Digər əyləncə vasitələri kimi, müəyyən müddətdən sonra dəbdən düşəcək. Yeni cəzbedici oyuncaq hazırlanarsa, "Labubu"nun bazarı müəyyən mənada sönəcək".

Nail Cəlil: Yeni cəzbedici oyuncaq hazırlanarsa, "Labubu"nun bazarı müəyyən mənada sönəcək

Ümumiyyətlə, oyuncaqlar uşaqların tərbiyəsinin formalaşmasında hansı rola sahibdir?

N.Cəlilin fikrincə, valideynlər oyuncaq seçərkən diqqətli davranmalıdırlar. Hər valideyn tərəfindən bir büdcə formalaşdırılması aparılmalıdır. Çünki uşaqları oyuncaqlardan məhrum etmək düzgün olmaz:

"Bu gün Azərbaycanda uşağına 50-70 manatlıq oyuncaq ala bilən ailələrin sayı çox azdır. Ona görə də büdcə elə formalaşmalıdır ki, seçilən oyuncaq uşağın təfəkkürünün formalaşmasına təkan versin. Yaxşı olar ki, uşaq üçün oyuncaq seçərkən uşaq psixoloqu ilə məshələtləşmə aparılsın. Çünki oyuncaq seçərkən yaş psixologiyası nəzərə alınmalıdır”.

Sosioloq qeyd edib ki, bəzən düzgün seçilməyən oyuncaq uşağın formalaşmasına əks təsir göstərir. Dediyinə görə, elə valideynlər var ki, uşaq oyuncağı qırdığına görə övladını oyuncaqlardan məhrum edir. Bu isə doğru yanaşma deyil. Uşağı oyuncaqdan məhrum etmək onu inkişafdan məhrum etməkdir.

Onu da qeyd edək ki, artan tələbat fonunda "Labubu" istehsalçısının yarımillik mənfəəti 4,5 dəfə artıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 İyul 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri