Uşaq pornosu yayan azərbaycanlı saxlandı
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Rusiyanın Sankt-Peterburq şəhərində 36 yaşlı miqrant sosial şəbəkələrdə uşaq pornosunu yaymaqda şübhəli bilinərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, polis Butlerov küçəsində Azərbaycan vətəndaşını saxlayıb. O, yetkinlik yaşına çatmayanların iştirakı ilə pornoqrafik materialların alveri maddəsi ilə cinayət törətməkdə şübhəli bilinir.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 242.1-ci maddəsinin 2-ci hissəsi (“İnternetdən istifadə edərək yetkinlik yaşına çatmayanların pornoqrafik təsvirləri olan materialların və ya əşyaların hazırlanması və yayılması”) ilə cinayət işi başlanıb. /Lent.az/
Baxış sayı:41
Bu xəbər 15 Noyabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















