Icma.az
close
up
RU
Uşaq sakit, sözəbaxandırsa, özü də təkcə oynayırsa...

Uşaq sakit, sözəbaxandırsa, özü də təkcə oynayırsa...

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Mütəxəssis deyir ki, valideynlər diqqətli olmalı, uşaqlarla bir şəxsiyyət kimi davranmalıdırlar.

Saglamolun.az Kaspi.az-a istinadən yazını təqdim edir.

"Uşaqlar bizim gələcəyimizdir" ifadəsini işlətməyən, eşitməyən yoxdur. Bəs yaxşı, bu cümlənin mahiyyətini tam mənası ilə anlayıb, buna əməl edib uşaqları qoruyan nə qədər insan var? Gələcəyimizin yaxşı olması üçün bu günün uşaqlarını qorumaq, onların təlim-tərbiyəsi ilə məşğul olmaq ən vacib şərtlərdən biridir. Amma çox təəssüf ki, günümüzdə övladının hərəkətlərini, başqa uşaqlarla davranışını düzgün qiymətləndirə bilməyən valideynlər də var. 0-3 yaş arasında uşaqların demək olar ki, əksəriyyəti eyni inkişaf yolu keçir. Lakin 3 yaşdan sonrakı dövrdə hər uşağın özünəməxsus xüsusiyyətləri formalaşır və açıq şəkildə özünü büruzə verir.

Bəzi uşaqlar çox aktiv olur, danışmağa, çoxlu suallar verməyə, dünyanı öz üsulları ilə kəşf etməyə çalışırlar. Hətta, həddindən artıq aktiv olan, bir yerdə dayanmayan uşaqlar olur ki, bəzən valideynlər bundan şikayətlənərək həkimə və ya uşaq psixoloquna müraciət edir. Amma elə uşaqlar da var ki, həddindən artıq sakit olurlar. Həmyaşıdları ilə oynamır, əlaqəyə girmir, heç nəyə reaksiya vermirlər. Dindirməsən, dinməz, "ağzı var, dili yox" fikrinə uyğun gəlir və çox təəssüf ki, valideynlər bunu müsbət hal kimi qiymətləndirirlər. Hətta, uşaqları dəcəl olan valideynlər övladlarına həmin sakit uşaqları nümunə kimi təqdim edirlər. Lakin bu məsələnin bir əmması var. Belə ki, Amerika Sosial Həyat Dərnəyi ailədəki sözəbaxan, həddən artıq nümunəvi uşaqların da narahatlıq doğuran məqamlarının olduğunu açıqlayıb. Dərnək psixoloqları araşdırma zamanı aydınlaşdırıblar ki, əslində, uşağa xas olan dəcəllik, bəzən ziyankarlıq, hansısa balacada yoxdursa, bu, həm də onun psixologiyasındakı bəzi pozğunluqdan xəbər verir. Yəni həddən ziyadə sakit uşaq gələcəkdə təhlükəli bir cani, psixopat, qatil ola bilər. Alimlər təbii olmayan hər şeyin gələcəkdə fəsad törədə biləcəyini qeyd edirlər. Sakit, nümunəvi uşaq isə heç də təbii sayılmır. Demək ki, həddən artıq sakit olan uşaqlarda da müəyyən problemlər var. Biz də mövzunun aktuallığını nəzərə alaraq ekspertlərlə uşaqlardakı həddən artıq sakitliyin səbəbini və bu kimi hallarda valideynlərin nə etməli olduqlarını öyrənməyə çalışdıq.

Psixoloq Rövşən Uğur qeyd etdi ki, hər araşdırmaya da güvənmək olmaz. Psixoloqun fikrincə, neçə uşaq arasında, hansı ərazidə, hansı formada, hansı yaş qruplarının əsas götürülməsi ilə aparıldığını, həmin uşaqların necə və hansı ailələrdən seçildiyini bildikdən sonra araşdırmanın nəticəsi barədə şərh vermək olar: "Yəni istənilən araşdırmanın hansı şəraitdə və hansı şərtlər altında aparılması vacibdir. Yoxsa istənilən araşdırmanın nəticələrinə güvənmək düzgün deyil. Lakin bir uşaq həqiqətən qaynayıb-qarışmırsa, sakitdirsə, içinə qapalıdırsa, onunla maraqlanmaq və səbəbini öyrənməyə çalışmaq lazımdır. Uşaqlar iki cür - introvert və ekstrovert olur. İntrovert uşaqla ekstrovertin davranışları, insanlarla ünsiyyətləri arasında müəyyən fərqlər müşahidə edilir. Ekstrovert uşaqlar tam rahat şəkildə ünsiyyətə girir və həmyaşıdları ilə qaynayıb-qarışa bilir. Həmin uşaqlar sanki həyata 1-0 öndə başlayırlar. Amma introvert uşaqların adaptasiya mərhələsi bir az çətin və mərhələli keçir. Bu uşaqların az dostu olur, amma dostluqları daha möhkəm və uzunmüddətli olur. Ekstrovertlərdə isə dostlar tez-tez dəyişə bilir. Yəni onlar hər insanla ünsiyyətə girə bilib, dostluq qururlar".

Psixoloq deyir ki, ekstrovert və introvert məsələsini bir kənara qoysaq, bu zaman yerdə qalır travma məsələsi: "Yəni uşağın susqunluğu, sakitliyi əgər genetik faktorla əlaqəli deyilsə, demək ki, uşaq travma alıb. Uşaq həm ailədən, həm də getdiyi bağçadan, məktəbdən, ünsiyyətdə olduğu hər hansı bir insandan travma ala bilər. Araşdırma zamanı bu tip uşaqların ailə basqısı ilə üzləşdiyinin şahidi oluruq. Ailə həddən artıq tələbkar olur. Yəni uşaq yalnız ailəsinin istəklərini qarşılayır. Nəticə etibarı ilə bütün bu tələblər, istəklər uşaq üçün yük halına çevrilir. Uşağın ilk olaraq ailə, sonra da ətrafla ünsiyyəti kəsilir. Sadəcə, nümunəvi uşaq olmaq üçün ailənin istəklərini yerinə yetirir və uşaqda "yaxşı olduğum, onların dediklərini etdiyim üçün ailəm məni sevir" fikri formalaşır. Beləcə, sakit, özünə qapanan olur".

"Bundan başqa, fiziki zorakılığa məruz qalan, etdiyi səhvə görə cəzalandırılan uşaqlarda da bu hal müşahidə edilir" deyən Rövşən bəy bildirdi ki, bu kimi hallar uşaqda "mən bacarıqsızam, uğursuz biriyəm" kimi düşüncələr formalaşdırır. Bu da həyatının növbəti mərhələlərinə, şəxsiyyət kimi formalaşmasına mənfi təsir edir. İstər şəxsi həyatında, istər iş həyatında özünə yer tapa bilmir. Ona görə də, valideynlər uşaqlara qarşı çox basqı etməsinlər, xüsusilə də şiddətdən uzaq olsunlar. Övladlarına kiçik işlər tapşırıb, onların məsuliyyət hissini duymasına kömək etsinlər. Bəzən görürük ki, böyüklər uşaqlara "polis gəlib səni aparacaq, həkim gəlib iynə vuracaq" tipli ifadələr işlədirlər ki, bu da yanlışdır. Bunun zarafatla deyildiyini bilirik. Sadəcə, uşaqlarda mücərrəd təfəkkür inkişaf etmədiyi üçün bunun zarafat, ya həqiqət olduğunu ayıra bilmirlər və bu, onlarda travma, qorxu yaradır. Bu da uşağın qapalı, ünsiyyətdən uzaq olmasına gətirib çıxardır. Ona görə, valideynlər diqqətli olmalı, uşaqlarla bir şəxsiyyət kimi davranmalıdırlar. Əgər özləri öhdəsindən gələ bilməsələr, mütəxəssisə müraciət etsinlər".

Sosioloq Cavid İmamoğlu qeyd etdi ki, sakitlik, hər uşaqda müxtəlif səbəblərdən ola bilər: "Uşaq inkişafı üzrə mütəxəssislər düşünürlər ki, uşağın hər yaş dövrünə uyğun emosional inkişaf dinamikası var və bütün valideynlər, müəllimlər, psixoloqlar, yəni uşağın inkişafında rolu olan hər kəs bu dinamikanı bilməlidirlər. Təəssüf ki, ölkəmizdə bu sahədə təlimlərin keçirilməsi, təbliğat və maarifləndirmə işi aşağı səviyyədə olduğu üçün valideynlər əksər hallarda uşaqların yaşına uyğun emosional inkişafını düzgün qiymətləndirə bilmirlər. Onlar düşünürlər ki, uşaq sakitdirsə, özü  təkcə oynayırsa və xüsusi bir aqressiya halı yoxdursa, deməli, hər şey qaydasındadır. Əslində isə həmin uşaq zorakılığa məruz qalmış ola bilər. Belə uşaqlarda çəkingənlik, qorxaqlıq, özünəqapalılıq, kəkələmə, dırnaqlarını yemə kimi emosional hərəkətlər yaranır. Valideynlər daim uşaqlarını müşahidə etməlidirlər. Əgər uşaqda bu hallardan hansısa biri varsa, mütləq psixoloqa müraciət etməlidirlər. Düzdür, bu məsələyə fərdi yanaşmaq lazımdır. Sakitlik hər uşaqda müxtəlif səbəblərdən ola bilər. Ancaq istənilən halda, valideynlər övladlarının tərbiyəsi və ya psixoloji vəziyyəti baxımından, həmişə mütəxəssisin köməyinə ehtiyac duyurlar".

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 04 Noyabr 2024 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri