Icma.az
close
up
RU
Uşaq tərbiyəsində 7 məqam

Uşaq tərbiyəsində 7 məqam

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Valideynlər, uşağın şəxsiyyətin formalaşdığı 3-4 yaşdan etibarən uşağın davranış və inkişafını yaxından izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrtəməyə başlamalıdırlar.

Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə və nə də cəmiyyətdə öyrədiləcək. Ona görə də, valideynlər gərək övladlarının bütün yaş dövründə xüsusi ilə qeyd edilən yaş dövrlərində övladlarının təlim və tərbiyiyəsinə xüsusi diqqət yetirsinlər. Bu dövrlədə valideynlər hansı nöqtələrə diqqət etməlidirlər.

1. Valideynlər uşağa yaxşı bir nümunə olmalıdırlar. Davamlı yalan danışan, küfr edən, uşaqlarının yanında insanların zəifliklərini və eyblərini açıqlayan valideynlərin uşaqlarının da bu davranışları sərgiləmələri təbii bir haldır. Bu səbəbdən ata və analar öz əziz övladlarının yanında çıxış edərkən, danışarkən diqqətli olmalıdırlar. Əgər istəyiriksə cəmiyyətə gözəl əxlaqi xüsusiyyətlərə sahib övlad təqdim edək, onda gərək gözəl sözlər danışaq.

2. Sevgiyə arxalanan bir tərbyə metodu olmalıdır. Uşağınıza dəyər verib sevginizi hiss etdirməniz onun sizə qucaq açmasına səbəb olacaq. O da sizi sevəcək və sizə məhəbbət göstərəcək. Verdiyinizi əmirləri sevərək yerinə yetirəcək. Yox əgər öz övladınıza əxlaqi dəyərləri qəzəb və kinə ilə öyrətməyə və ya deməyə çalışsanız? onda övladınız nəinki sizə qulaq asacaq, bəlkə sizdən intiqam alamağada çalışacaq.

3. Əxlaqi dəyərlər «qadağa zənciri» kimi təqdim edilməməlidir. Çünki bu cür yanaşma tərzi, uşağın əxlaqi dəyərlərə qarşı sərt reaksiya verməsinə səbəb olacaq. Valideynlər, məqbul və məntiqli izahlarla əxlaqi dəyərlərin lazımlılığını və bu dəyərlərə yiyələnməyin gündəlik həyatdakı əhəmiyyətini uşağa başa salmalıdırlar. Ümumiyyətlə təlim və tərbiyə məsələlərində zor tətbiq etmək düzgün metod deyil. Bu cür tərbiyə tərzi uşağın formalaşmasındakı mənfi təsirini həyatın bütün sahələrində özünü əks etdirir.

4. Ana və ata birlikdə hərəkət etməlidirlər. Atanın səhv tərbiyə metoduna ana düzəliş verməlidir. Və həmçinin ananın yanlış tərbiyə tərzinə ata düzəliş verməldir. Birlikdə övladın tərbiyəsində çalışmalıdırlar. Ata və ana tərbiyədə fərqli mövqeydən çıxış etməməlidirlər. Çünki, bu uşaqda çaşqınlıq yaradacaq.

5. Uşaqlar üçün yaxşı dostlar seçilməlidir. Pis dost və ya mühit uşağın əxlaqi inkişafının önündəki ən böyük maneələrdən biridir. Çünki ailənin uşağa qazandırmağa çalışdığı müsbət davranışlar pis yoldaşlarının təsiriylə aradan gedir. Ona görə də övladlarınız kimlərlə dostluq etməsinə xüsusi diqqət yetirin.

6. Uşağı öz başına buraxmayın. Uşaqların yanlış davranışlarını böyüdüb təlaşlanmaq səhv bir addım olsa da, səhvlərini ciddi qəbul etməmək də bir o qədər səhv addımdır. Uşağın etdiyi səhvlər düzəldilməzsə və xəbərdarlıq edilməzsə uşaq bunun normal bir davranış olduğunu düşünəcək və bu səhv addımları təkrarlamağa başlayacaq. Bu addımları nəinki evdə ailəsinə qarşı edəcək, hətta cəmiyyətdə dostalarına böyüklərə qarşı da edəcək. Çünki valideynlər vaxtında lazım olan xəbərdarlığı ona etməyiblər.

7. Uşağınızı kütləvi informasiya vasitələrinin xüsusilə internetin zərərlərinə qarşı qorumalısınız. İndiki vaxtda bir xəstəlik halına gələn «internet» və «televiziya əsarəti» də uşaqları əxlaqi bir çöküşə sürüməkdədir. Xüsusilə teleseriallarda uşaqlara nümunə olaraq təqdim edilən şəxslərin səviyyəsiz hərəkətləri, açıq-saçıq geyimi uşaqların şəxsiyyət kimi inkişafını mənfi təsir göstərməkdir. Bu cəhətdən övladınız bu vasitələrdən istifadəsini həmişə kontrol altda saxlayın.

Kayzen.az

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see419

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see374

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see333

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see294

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see285

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see249

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see234

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see228

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see211

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see206

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see196

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see190

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see178

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see173

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see173

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see152

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri