Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Uşaq tərbiyəsində edilən 5 səhv PSİXOLOQ YANAŞMASI

Uşaq tərbiyəsində edilən 5 səhv PSİXOLOQ YANAŞMASI

Icma.az bildirir, Saglamolun portalına istinadən.

İnsan hər yaşda yeni bir şey öyrənir və kəşf edir. Uşaqların həyatı öyrənmə prosesində xüsusilə, ilk illər, şəxsiyyətin inkişafı baxımından çox vacibdir.

Bu dövrdə valideynlərin bilmədən etdiyi kiçik bir səhv, ömrü boyu övladının şəxsiyyətinə və həyatına mənfi təsir göstərə bilir. Psixoloq Günel Qurbanova bizimlə söhbətində uşaq tərbiyəsində edilən 5 səhv addım haqqında məlumat verir. Əziz analar, övladınızın şəxsiyyətində tərbiyə vaxtı mənfi fəsadlar yaranmasını istəmirsinizsə, psixoloqun məsləhət bildiyi aşağıdakı 5 addımı nəzərdən keçirin:

1) Uşağı bütün məsuliyyətlərdən azad etmək

Gencaile.az bildirir ki, 2-3 yaşlarından etibarən, uşaqlar müəyyən tapşırıqları yerinə yetirə biləcək potensiala sahib olurlar. Valideynlər isə "o hələ balacadır" düşüncəsinə əsaslanaraq, uşağa heç nə tapşırmırlar. Belə uşaqlar böyüyür, məktəbə gedir və heç bir şəxsi tələbatını özü yerinə yetirə bilmir. Beləliklə də, həm valideyn özü daha çox yüklənmiş olur, həm də uşaq öz ehtiyaclarını ödəyə bilmədiyi üçün daim kimdənsə asılı vəziyyətə düşür, hətta yaşıdları tərəfindən lağ obyektinə çevrilir.

2) Hər istədiyini ona təqdim etmək

Bəzi ailələrdə intizam olmur və uşağın hər dediyi yerinə yetirilir. Başqa  bir sözlə, ailə daxilində "uşaqların idarəetməsi" olur. Bu tip uşaqlar eqoistcəsinə hərəkətlər edir, məsuliyyət hissi ya zəif olur, ya da ümumiyyətlə olmur, dostluq münasibətləri qurmaqda çətinlik çəkir (çünki, paylaşmağı bacarmır), yaşıdları ilə ünsiyyətdə problemlər yaşayırlar. Beləliklə, uşaq özünə bir yaşam məqsədi formalaşdıra bilmədiyindən, sevinc hissini duya bilmir və doyumsuz olur. Həmçinin nizam-intizam duyğusuna sahib ola bilmədiyindən, qaydaların olduğu yerdə özünü narahat hiss edir və onlara tabe olmaqda çətinlik yaşayır.

3) Başqalarının yanında tənqid etmək

Bir şəxsiyyət olaraq təsəvvür edin ki, həyat yoldaşınız sizdə olan bəyənmədiyi xüsusiyyətlərinizi dilə gətirir və bunu sizdən başqa bir çox insan da eşidir. Özünüzü necə hiss edərsiniz? Hansı hissləri yaşayırsınızsa, övladınıza da eynisini etdiyiniz zaman, o da həmin hissləri yaşayır. Uşaqlarınızın səhvlərini istər cəmiyyət içində, istərsə də təklikdə olanda davamlı olaraq dilə gətirməyi azaltmalısınız. Davamlı tənqid edilmək uşaqlarda ikrah hissi oyadır. Siz onun hər zaman yanında ola bilməzsiniz. Ona görə də, yanınızda olduğu zamanlarda ona səhv etmə imkanı verin və həqiqətən də müdaxilənin vacib olduğunu düşündüyünüz məqamlarda sadəcə, dəstək olun. Əmin ola bilərsiniz ki, o, özü səhv edərək və ya səhv etmə təhlükəsinin öhdəsindən özü gələrək daha yaxşı öyrənəcək. Öz səhvlərini və doğrularını dərk edərək hərəkət etməsi, övladınızda özünəinamı  inkişaf etdirəcək. Ciddi məsələləri isə övladınızla təklikdə müzakirə edin. Təklikdə ona verəcəyiniz informasiyalar, əmin olun, daha təsirli olacaqdır.

4) Söz verdiyiniz halda, sözünüzü tutmamaq

Uşaqlar davranışlarının çoxunu ana və atasını model alaraq edir. Valideyn uşağa kiçik yalanlar deməyin problem olmayacağını düşünərək, çətinliyə düşdükdə, ona nəyi isə söz verib sonra onları yerinə yetirmirsə, uşağın öyrəndiyi budur: "Hər söz yerinə yetirilməyə bilər. Deməli, mənim də valideynlərimə və ya digər insanlara verəcəyim sözləri yerinə yetirməyimə ehtiyac yoxdur". Uşaqlarınıza necə davranmalı olduğunu demək, onların davranışında o zaman dəyişiklik yaradar ki, siz də həmin davranışları edirsiniz. Yəni onlarda dəyişmək istədiyiniz davranışları əvvəlcə özünüzdə dəyişməlisiniz.

5) "Olmaz" sözü ilə "etməməlisən" sözünü qarışdırmaq

Psixologiya sahəsindəki tədqiqatlara əsasən, uşağa "olmaz" sözünü demək, onda günahkarlıq, sərhədlənmək və ya əksinə, qarşı çıxma, aqressiya yaradır. Bunu bilən valideynlər, uşağa heç nə barəsində sərhəd qoya bilmirlər. Düşünürlər ki, əgər desəm, uşağa pis təsir edə bilər. Lakin unutmamalıyıq ki, valideyn düzgün istiqamətləndirməzsə, uşaq düzgün yolu tapana qədər ciddi problemlər yaşaya bilər. Məsələn, "çox oynadın, vaxt öldürürsən, 2 alacaqsan dur dərsini oxu" demək yerinə, "bu gün çox oynayıbsan, indi isə gəl birlikdə dərslərinlə məşğul olaq" deyə bilərsiniz. Beləliklə, siz, övladınızla dostluq qurarkən valideynlik statusunuzdan da çıxmamış olacaqsınız.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 03:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri