Icma.az
close
up
RU
Uşaq tərbiyəsində 20 qızıl qayda...

Uşaq tərbiyəsində 20 qızıl qayda...

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Əslində, bu qaydaların sayını artırmaq da olar. Ancaq tərbiyənin bünövrəsini qoymaq üçün işə bu 20 qaydadan da başlamaq olar. Elə isə...
1. Ailə üzvləri arasındakı sevgi və səmimiyyəti uşaqlarınıza da hiss etdirin.
2. Uşaqlarınızın gözləri qarşısında mübahisə etməyin.
3. Uşaqlarınızın səhvlərini tənqid və ya istehza ilə qarşılamayın. Unutmayın, onlar da insandırlar.
4. Uşaqlarınızın bir-birilərini sərt davranmalarına imkan verməyin.
5. Əgər ortada bir günah varsa, günahkarı axtarın və ancaq günahkara cəza verin.
6. İstər cəza, istərsə də mükafat verərkən ədalətli olun.
7. Uşaqlarınıza sevməyi öyrədin. Bunun üçün ən yaxşı vasitələrdən biri həm də onları sevməkdir.
8. Onlarla böyük kimi davranın, ancaq böyüklərdən gözlədiklərinizi onlardan gözləməyin.
9. Səhvlərini saymaqdansa, vəzifələrini sayın.
10. Uşaqlara qəhrəmanlıq və mərdlik timsalı olan insanları nümunə göstərin.
11. İdmana və musiqiyə həvəsləndirin.
12. Uşaqlarınızın istədikləri yerə nəzarətsiz getməsinə icazə verməyin. Onlarla yaxından maraqlanın və sərt mövqe tutmamaq şərti ilə təşəbbüsü əldən buraxmayın.
13. Uşaqlarınızı hər səhvinə görə cəzalandırmayın. Bəzi kiçik səhvlərini görməməzliyə vurun. Səhvlərini səbirlə, təmkinlə izah etməyə çalışın.
14. Uşaqlarınız təmizliyə qarşı həssas olsun. Bunun üçün siz də onlara nümunə olun.
15. Uşaqlarınızı kiçik yaşlardan fantastik şeylərlə qorxutmayın (məsələn, xoxan, torbaçı və s.).
16. Verdiyi suallar sizə maraqlı olmasa da, onların öyrənmək həvəsini qırmayın. Suallara onların başa düşə biləcəkləri şəkildə cavab verin.
17. Unutmayın, onlar uşaqdırlar və hər hərəkətinizi yaddaşlarına qeyd edirlər.
18. Uşaqlarınız yaxşı bir iş gördükdə təqdır etməyi və ya hədiyyə verməyi unutmayın.
19. Təkcə təmizlikdə yox, səliqədə də onlara nümunə olun.
20. Uşaqlarınızın uşaqlığını yaşamasına imkan verin.
Aygün Vəliyeva 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Yanvar 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri