Icma.az
close
up
RU
Uşaq və gənclərin fiziki mənəvi inkişafı necə həyata keçirilir? ŞƏRH KONKRET

Uşaq və gənclərin fiziki mənəvi inkişafı necə həyata keçirilir? ŞƏRH KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir. Əlbəttə, hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsili də önəmli yer tutur. Bütün bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.

Hər bir cəmiyyətin və dövlətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu baxımdan, gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaşlar kimi yetişməsi və digər vacib amillər, onların gələcəkdə cəmiyyətə inteqrasiyasına böyük təsir göstərir. Müstəqillik əldə edildiyi ilk gündən etibarən dövlətimiz bu sahəyə xüsusi diqqət ayırır. Son illərdə bu diqqət daha da güclənib. Yeni məktəblərin inşası, mövcud təhsil müəssisələrinin təmiri, idman infrastrukturlarının yenilənməsi və olimpiya komplekslərinin yaradılması bu istiqamətdə atılmış addımlardan yalnız bir neçəsidir.

Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdən bu vaxta qədər gənclər siyasətinə xüsusi önəm verililir. Qeyd edək ki, bu, heç də təsadüfi deyil. “Gənclər bizim gələcəyimizdir”, kəlamı ilə Ulu Öndər Heydər Əliyev məhz gənclər siyasətinin ön planda olduğunu tam zamanında diqqətə çatdırıb. Elə Ümummilli Liderin bu kəlamını rəhbər tutaraq, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən ölkəmizdə gənclər siyasətinə xüsusi diqqət göstərilməyə başlanıldığını yaxşı xatırlayırıq. Yaxşı xatırlayırıq ki, məhz müstəqilliyimizin bərpasından sonra Ulu Öndər uşaq və gənclərin fiziki və mənəvi inkişafına nə dərəcədə həssas yanaşıb, nə dərəcədə xüsusi diqqət ayırıb. Artıq biz həmin o həssas yanaşmanın, həmin o diqqətin məntiqi nəticəsini görməkdəyik və gəncliyimizlə qürur duymağımız təsdiq edir ki, gənclər siyasətinin təməli dahi rəhbərimiz Heydər Əliyev tərəfindən çox böyük uğurla qoyulub. Bu gün biz cəsarətlə deyə bilərik ki, gənclər siyasətinin əsas istiqamətləri məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib. Hazırda həmin ənənə, eyni şəkildə yanaşma, həmin siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Ölkəmizdə uşaqlara, gənclərə dövlət qayğısının yüksək səviyyədə olduğunu təkzib etmək mümkün deyil. Dövlətimizin qayğısını uşaq və gənclərimiz hər zaman hiss edirlər. Bu qayğının daha da gücləndirilməsi istiqamətində görülən işləri də müşahidə edirik. Məsələn, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində atılan addımlar da diqqətdən yayınan deyil. Məhz bu addımların atılması üçün dövlət rəhbərimizin sərəncamlar imzalaması haqqında da bilirik və əminik ki, bu istiqamətdə davamlı olaraq mühüm işlər görülməkdədir. Üşaq və gənclərin fiziki və mənəvi inkişafı naminə Azərbaycanda ardıcıl olaraq, mühüm addımların atılması, görülən işlər, hətta əldə olunan nəticələr bir daha təsdiq edir və əminlik yaradır ki, sözügedən sahə, məhz gənclər siyasəti ölkəmiz üçün əsas prioritetlərdən hesab olunur, öz aktuallığını qoruyur.

Uşaqların və gənclərin inkişafına yalnız məktəbdəki qiymətlər və ya idmandakı uğurlar prizmasından baxmaq dar çərçivədir.

Bu barədə KONKRET.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, yeniyetməlik dövrü həm fiziki dəyişikliklərlə, həm də psixoloji sarsıntılarla müşayiət olunur.

Onun sözlərinə görə, gənclər bu mərhələdə tez-tez kimlik böhranı yaşayır, bədənlərini qəbul etməkdə çətinlik çəkirlər:

“Əgər bu dövrdə psixoloji dəstək göstərilməsə, özünə inam azalır, sosial münasibətlərdə gərginliklər yaranır”.

Mütəxəssis vurğulayıb ki, uşaqların və gənclərin mənəvi inkişafında ailə və məktəb mühüm rol oynayır. Sağlam psixoloji mühitin mövcud olduğu ailələrdə uşaqlar düzgün dəyərlərə əsaslanaraq böyüyür. Məktəb isə təkcə bilik verilən yer deyil, həm də sosiallaşma və dəyərlərin mənimsənildiyi mühümdür.
Rövşən Nəcəfov rəqəmsal dünyanın yaratdığı risklərə də diqqət çəkib:

“Elm adı ilə yayılan əsassız məlumatlar, saxta psixoloji metodlar və sosial şəbəkələrdə peşəkar hazırlığı olmayan şəxslərin verdiyi məsləhətlər gənclərin psixoloji sabitliyinə mənfi təsir göstərir. Buna görə də sorğulamaq və tənqidi düşünmək hər bir gəncin əsas bacarıqlarından biri olmalıdır”.

Psixoloq hesab edir ki, hər hansı fiziki və ya psixoloji narahatlıq yarandıqda onu gizlətmək əvəzinə, vaxtında mütəxəssisə müraciət etmək vacibdir. Çünki psixoloji dəstək alan gənc həm öz bədənini, həm də daxili dünyasını daha rahat qəbul edir.

“Mənəviyyat yalnız dini çərçivələrlə məhdudlaşmır. Bu, daxili harmoniya axtarışı, etik prinsiplərə bağlılıq və bütöv şəxsiyyətin formalaşması deməkdir. Sağlam bədən, psixoloji dayanıqlılıq və mənəvi dəyərlər birlikdə inkişaf etməlidir. Balans düzgün qurulduqda uşaq və gənc həm cəmiyyətə faydalı olur, həm də daxili gücünü qoruyaraq irəli gedir”, – deyə Rövşən Nəcəfov vurğulayıb.

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see312

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see271

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see226

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see170

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see146

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri