Icma.az
close
up
RU
Uşaqda öskürək intensivdirsə, qızdırma varsa... Pediatr valideynlərin ən çox etdiyi xətalardan DANIŞDI

Uşaqda öskürək intensivdirsə, qızdırma varsa... Pediatr valideynlərin ən çox etdiyi xətalardan DANIŞDI

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son dövrlərdə Azərbaycanda mövsümi virus infeksiyalarının yayılma halları artıb. Bu xəstəliklər məktəb və bağça yaşlı uşaqlar arasında daha geniş yayılmaqdadır.

Virusun simptomları nələrdir və valideynlər uşaqlarını bu infeksiyalardan necə qoruya bilərlər? 

Redaktor.az-a açıqlama verən Azərbaycan Tibb Universitetinin dosenti, pediatr Nigar Bayramova bildirdi ki, qış aylarında uşaqların qapalı məkanlarda çox vaxt keçirməsi, qapalı məkanların havalandırılmaması ilə əlaqədar hər il olduğu kimi bu il də hava-damcı yolu ilə yayılan infeksiyalar sürətlə artmaqdadır.

"Bu infeksiyalar arasında influenza, HMPV (human metapnevmovirus), RSV (respirator sinsitial virus), parainfluenza, adenoviruslar və qədim bakteriya olan beta infeksiya dediyimiz bakterial infeksiyanın çox görülməsini müşahidə edirik. İnsanlar arasında HMPV əlaqədar yayılmış çoxsaylı təşviş hallarına açıqlama olaraq bildirmək istəyirəm ki, bu yeni bir infeksiya deyil, hər il görülən tənəffüs yollarının xəstəlikləri içində insan metapnemovirusuna da rast gəlinir. İnsan metapnevmovirusu uşaqlar, yaşlılar və immun müqaviməti aşağı olan şəxslər arasında ciddi xəstəliklərə səbəb olan virusdur, insandan insana asqırma, öskürmə və təmas vasitəsilə yoluxur. Virus infeksiyaları müxtəlif yaş qrupu uşaqlar arasında fərqli klinik əlamətlərlə özünü verir. Hava-damcı yolu ilə yoluxan virus infeksiyaları yüksək hərarət, öskürək, burun tənəffüsünün çətinləşməsi, halsızlıq, iştahanın itməsi, qarında ağrı, ishal, burundan ifrazatın gəlməsi, qulaq ağrısı və tənəffüsün çətinləşməsi kimi əlamətlərlə özünü biruzə verir. Xalq arasında bəzən bu kimi infeksiyalar soyuqdəymə və yaxud qrip deyə adlandırılır, çünki  çoxsaylı virus infeksiyaları bənzər soyuqdəymə kimi əlamətlərlə müşahidə oluna bilir. Lakin unutmamalıyıq ki, 5 yaşa qədər peyvəndsiz uşaqlar arasında ağciyər infeksiyaları ağır xəstəxana yatışlarına, hətta ölümə də səbəb ola bilirlər. HMPV və qrip virusu hər yaşda rast gəlinsə də, 6 aya qədər körpələr, yaşlılar və immun sistemi zəif olan insanlar (xronik xəstələr, steroid müalicəsi alanlar, astmalı xəstələr) arasında şiddətli simptomlarla daha sıx görülür", - deyə həkim qeyd etdi.

Nigar Bayramova uşaqları xəstəliklərdən qorumaq üçün valideynlərə tövsiyələr də verdi:

"Virus infeksiyalarının yayılmasının qarşısını almaq üçün qapalı məkanların (evlərin, bağçaların, məktəblərin) hava təmizliyinə xüsusi diqqət edilməli, əllərin tez-tez sabunla yuyulması, sıx toxunulan səthlərin təmizlənməsi, insanların çox olduğu məkanlarda çox vaxt keçirməmələri vacibdir. Valideynlərə uşaqlarının maye tələbatını keyfiyyətli su ilə ödəmələrini, vitaminlərlə zəngin meyvə-tərəvəz qəbulunu, virus infeksiyasının əlamətləri görüldükdə isə pediatrla məsləhətləşərək vaxtında diaqnozun qoyulması və göstəriş olan hallarda həkim təyinatı ilə virus əleyhinə preparatların başlanmasını tövsiyyə edərdik. Valideynlərin ən çox etdiyi xətalardan biri uşaqlarda yüksək hərarət olduğu zaman dərhal apteklərdən antibiotiklər və müxtəlif öskürək siropları, qrip əleyhinə dərmanlar almağa çalışmalarıdır. Unutmayaq, antibiotiklər qızdırma salan preparatlar deyillər. Əgər uşaqda öskürək intensivdirsə, gecə öskürəyi varsa, burun tənəffüsünün çətinləşməsi 10 gündən çox davam edirsə və ya 3 gündən daha çox davam edən qızdırma varsa, mövcud virus infeksiyası hər hansı fəsadla ağırlaşmış ola bilər. Belə bir hallarda həkim göstərişi ilə zəruri müalicə təyin olunmalıdır".

Bənövşə HƏSƏN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri