Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Uşaqlar arasında karateyə maraq: “Qızlar daha həvəslidir”

Uşaqlar arasında karateyə maraq: “Qızlar daha həvəslidir”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda karatenin tarixi 1970-ci illərin sonlarına, SSRİ dövründə bu idman növünə olan marağın artdığı vaxtlara təsadüf edir. İlk vaxtlar fərdi təşəbbüslər və qeyri-rəsmi məşqlərlə başlayan bu yol, 1980-ci illərin əvvəllərində qısa müddətli qadağalarla üzləşsə də, karate sənəti gizli şəkildə inkişafını davam etdirib. Müstəqillik illərində isə bu idman növü keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, 1994-cü ildə Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının yaradılması ilə institusional xarakter alınıb.

Azərbaycan karate məktəbi qısa müddətdə dünyada özünü təsdiq edərək "Qara pantera" ləqəbli Rafael Ağayev kimi əfsanəvi idmançılar yetişdirib. Beş qat dünya və on bir qat Avropa çempionu olan Ağayevin uğurları, habelə digər milli karateçilərin beynəlxalq arenalarda qazandıqları medallar ölkədə bu sahəyə olan marağı kütləviləşdirib. Karatenin 2020-ci il Tokio Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə Azərbaycan bu növdə gümüş medal qazanaraq öz tarixi nailiyyətlərini ən yüksək zirvəyə daşıyıb. Bu gün ölkəmiz həm peşəkar idmançıların hazırlığı, həm də irimiqyaslı beynəlxalq turnirlərin keçirilməsi baxımından dünyanın aparıcı karate mərkəzlərindən biri hesab olunur.

Azərbaycanda gənclər arasında karateyə olan kütləvi maraq həm milli idman ənənələrinə, həm də beynəlxalq arenada qazanılan silsilə qələbələrə əsaslanır. Bu idman növü gənclər üçün təkcə fiziki güc vasitəsi deyil, həm də intizam və özünənəzarət məktəbi kimi qəbul edilir. Xüsusilə son illərdə regionlarda yeni olimpiya komplekslərinin istifadəyə verilməsi və ixtisaslaşmış klubların sayının artması, karateni əlçatan edərək yeniyetmələr arasında populyarlığını zirvəyə daşımışdır. Rafael Ağayev kimi dünyaşöhrətli simaların yaratdığı uğur modeli gənc nəsil üçün əsas stimul rolunu oynayır və onları peşəkar karyeraya həvəsləndirir. Eyni zamanda, daxili çempionatların intensivliyi və uşaqlar üçün təşkil olunan kütləvi turnirlər, karatenin Azərbaycanda gənclər arasında yaşayan bir mədəniyyətə çevrilməsini təmin edir.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan tanınmış milli karateçi Asiman Qurbanlı bildirib ki, azərbaycanlı karateçilər hər zaman yüksək nəticələri ilə yadda qalıb:

“Karate idman növü hər zaman Azərbaycana çoxlu medallar gətirib. İlk Avropa oyunlarında karateçilərimiz 4 qızıl və 2 gümüş medal qazanmışdı. Həmçinin ölkəmizdə və İndoneziyada keçirilən İslam Həmrəylik oyunlarında, digər turnirlərdə yerli karateçilərin yüksək dərəcələri olub. Mənim özüm 2019-cu ildə Belarusun Minsk şəhərində keçirilən Avropa Oyunlarında qızıl, 2021-ci ildə Türkiyənin Konya şəhərində baş tutan İslam Həmrəylik Oyunlarında gümüş, həmin il Dubayda təşkil olunan Dünya Karate Çempionatında isə bürünc medal qazanmışam.

İdmanın yaxşı inkişafı üçün ilk növbədə həmin idman növünə diqqət ayırmaq lazımdır. Əvvəllər karateyə diqqət daha çox idi. Bu isə təbii olaraq, medalların sayına müsbət təsir göstərirdi. Azərbaycanlı idmançılar hər zaman Avropa və Dünya Çempionatlarından medallarla qayıdıb. Düzdü, bizdə yeganə Dünya çempionu Rafael Ağayevdir. Lakin gümüş və bürünc medal qazananlar xeyli çoxdur”.

II Avropa Oyunlarının qızıl medalçısı vurğulayıb ki, yeniyetmələr, xüsusən də qızlar arasında karateyə maraq xeyli yüksəkdir:

“Hazırda karateyə diqqət zəifləyib. Məsələn, cüdo və güləş kimi sahələr ölkəmizdə xeyli inkişaf edib və idmançıların sayı çoxdur. Bu 2 idman növünün hər ikisi olimpiyadada yer alır. Təəssüf ki, karate idman növü kimi olimpiya oyunlarında keçirilmir. Buna görə də, karateyə diqqət cüdo və güləşə nisbətən, azdır. Bu da bizim nəticəmizə təsir göstərir.

Karate xeyli maraqlı və faydalı idman növüdür. Eyni zamanda olduqca çətin və ağır sahədir. Mənim özümün xeyli yaxşı tələbələrim var. Ümid edirəm ki, xüsusən də şagirdim olan qız karateçilər indiki qızlardan zəif olmayacaq. Bir çox qızlarımızdan gələcəkdə xeyli medal gözləyirik. Fikrimcə, idman oğlanlardan daha çox məhz qızlarımıza lazımdır. İdman məşğul olmaq qızlarımıza həm cəmiyyətdə öz yerini tapmaq, həm də lazım gəldikdə özünü qorumaq üçün xeyli vacibdir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə ““Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Aprel 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri