Icma.az
close
up
RU
Uşaqlar bizdən nə öyrənirlər? Pərvanə BAYRAMQIZI yazır

Uşaqlar bizdən nə öyrənirlər? Pərvanə BAYRAMQIZI yazır

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bilənlər bilir, bilməyənlər – şəxsi maşından, taksidən istifadə edənlər üçün izah edirəm; avtobusda iki cərcə oturacaq var. Orta hissə minib-düşərkən istifadə edilən "dəhliz" kimi düşünülsə də, bizim ölkədə orda da sərnişin dayanır. Özü də bir-birini əzişdirəcək vəiyyətdə dururlar. Bu darısqal yerdə ayaqüstə uzaq yol gedərkən yaranan mənzərəni köhnə mətnlərdə təsvir etdiyimdən təkrarlamaq istəmirəm. Sıxlıq olduğundan adam tərpənməyə cəhd etmir, əvvəldən necə durursa, axıradək həmin vəziyyətdə qalır. Düşəndə əl-ayağını birtəhər dartıb çıxarsan da, çantanı kimin ayaqlarının altından sürüyəcəyini bilmirsən. Nə isə, belə çətin şəraitdə ayağımın birinə birtəhər yer eləyib dayanmışdım. Sağ tərəfdəki oturacaqda əyləşən balaca məktəbli qız soldakı oturacaqdakının əlindən tutmuşdu. Təsəvvür edə bilirsiniz? "Bənövşə" oyunundakı kimi bənd qurmuşdular. Bu mənə mane olurdu. Dönə bilmirəm ki, azca yuxarı keçib heç olmasa əyri qalan belimi düzəldim. Susdum, dözdüm, səbir elədim, tab gətirdim, etiraz etmədim və s. Yəni sakitliyi qoruyacaq hər şeyi sınaqdan keçirdim. Əminəm ki, yerimdə hansı qadın, lap elə kişi olsaydı bu çətinliyə axıradək dözməzdi. Susmağıma ən birinci təmkinim səbəb idi. Hansı vəziyyət olsa, səbrim özünü ortaya atır. Bu dəfə hövsələdən iki-üç dəfə böyük olan hiss – dözüm də ona qoşulmuşdu.

Mənə elə gəlirdi, o ya bacısının, ya da məktəb yoldaşınln əlindən tutub. Əl-ələ tutub getməkləri xoş təsir bağışladı. Elə bildim, avtobusda hər kəs əl-ələ verib birlik yaradıb "Yallı" gedir, şənlənir. Bu istəyi, mehribanlığı pozmağa qıymadım. Gözəl hiss idi, qızcığaz kiməsə bağlıdır, kimisə çox istəyir, kiminsə əlindən tutub dinclik tapıb. "Qolunu çək" deməyə ürəyim yol vermədi, amma əyri durmaqdan qıc olmuşdum. Bu vəziyyət uzun yolda tıxacda iki saata yaxın davam etdi. Dözə-dözə Respublika İncəsənət Gimnaziyasının qarşısına çatdıq, qız ayağa qalxıb  düşməyə hazırlaşdı. Nisbətən yer seyrəldi, istədim dönüb məktəblinin əlindən tutduğu qıza da xoş sözlər deyib həmişə mehriban olmaqlarını tövsiyə edim, gördüm ki, qız anasının əlindən tutubmuş. Adətən, yollarda uşaqlarına qışqıran, vuran, qarğayan analar gördüyümdən budəfəki mənzərə məni təsirləndirdi. Ananın səbri, sevgisi xoşuma gəldi, amma bir az da təəccübləndim. Bu qədər yolu, uzun tıxac dəqiqələrində rahat əyləşib çəkdiyim zülmü seyr edən ana balasına "əlimi burax heç olmasa xala qəddini düzəltsin" deməyib. Belə məqamda öz anamın necə rəftar edəcəyini düşündüm. Ağlım kəsəndən indiyədək anam başqaları üçün özü də əziyyətə qatlaşıb bizim də dincliyimizi pozub. Əgər sözügedən ana-balanın yerində biz olsaydıq, anam məni danlayacaqdı ki, əl tutmaq vaxtı deyil, camaatı narahat edirik. Üstəlik özü də ayağa duracaqdı, məni də yol boyu ayaqüstə aparıb yerimizi camaata verəcək, "Bizdən zərər yoxdur," –  deyəcəkdi – "adamlar rahat olsunlar".

Bir ananın yanındakı qadına “oğluma tapşırmışam, avtobusda qızlara yer vermə, qoy cəhənnəm olsunlar” dediyini eşitmişəm. Təsəvvür edək ki, qızlara da anaları başqa şeylər təlqin edirlər. Məsələn, "özünü düşün, dincliyini pozma" və s. Uşaqların eqoistliklə böyüdülməsi onların gələcəkdə bir insan kimi bir-birinə qənim kəsilmələrinə səbəb olacağını valideynlər, görəsən, niyə nəzərə almırlar?
Uşaqları xudbin böyütmək cəmiyyət üçün zərərlidir. Böyüyəndə təkcə özlərini sevirlər, onlarda millət, birlik anlayışı olmur. Milli təəssübkeşliyi olmayanların bu cür yetişməsinə səbəbkar valideynlərdir.

Uşaqlar bizdən nə öyrənirlər? Onları hansı cəmiyyətə ötürürük? Bu cəmiyyət kimlərdən ibarətdir?

Ölkədə baş verən hadisələri, tənqid etdiyimiz bütün qüsurları uşaqların yanında danışmırıqmı?

Məmurlara, həkimlərə, müəllimlərə onların yanında həqarət yağdırmırıqmı?

Fəhləyə uşağımızın yanında yuxarıdan-aşağı baxmırıqmı? Kasıbı adam yerinə qoymadığımızı övladlarımız görmürmü? Başqalarının haqqını tapdayıb hər şeyin yaxşısını özümüz üçün edəndə balamız humanistmi böyüyüyəcək? 

Məktəbli qızın yaşıdının alnına yazdığı pis sözü uşaqlar böyüklərdən eşitməyiblərmi? 

Uşaqları günahlandırıb cəzalandırmazdan qabaq özümüzə nəzər yetirək. Bilirsiniz, bünövrə anlayışı var, hər şey ona söykənir.
Uşaq böyüyüb Əhməd (ailəsini qətlə yetirən cinayətkar) olanadək valideyn, qohum-qonşu, məktəb, cəmiyyət içindən keçir və hərədən bir xüsusiyyət mənimsəyir. Məktəbli qız isə "siçan olmamış çuval dibi yırtır". Bu cür məktəblinin sayı üç-dörd olsa belə çoxdur. Lap çox...
Uşaqların həyatındakı acı reallıqlardan biri də "Qayğısız uşaqlıq illəri" deyib hissə qapılmaqdır. Necə yəni qayğısız? Heç bilirsiniz, uşaqların nə qədər qayğıları var?

Döyülərək xörək yemək, "yat dedim sənə" qışqırtısı ilə yuxuya getmək, təpinə-təpinə çimizdirilmək, oyuncağı  sındırdığı üçün əllərinə vurulan çubuqlar qayğıdan da ağırdır. Bunlar azmış kimi atasından,  babasından qorxan anasının halını duymaq, üstəlik çox sevdiyi nənəsinin də anasını incitməsi qoyur ki onlar uşaqlıqlarını yaşasınlar?

Bu travmalar uşağı anasına sarılıb: "ana, böyüyəndə səni bunların əlindən xilas edəcəm" deməyə məcbur edir. Bu arzuyla böyüyən uşaq necə uşaqlıq illəri yaşaya bilər?

Ağrıların içində yaşının tələbindən irəli gələn həvəslə qonşu uşaqlarla bir az "gizlənqaç", bir az "qaçdı-tutdu", "top-top" və s. oynayan uşaqlara qayğısız deyirsiniz. Çoxu oynamağa top da tapmır. Uşaq var ki, heç əylənməyə də imkanı olmur. Valideynləri ilə bərabər fiziki əməyə qatlaşdığından vaxtından tez böyüyür. Beş-on mədəni, mütaliəli (imkanlı ailələr bir yana) ailənin övladlarının həyat tərzini çoxluğun adına yazmayaq. 

Düşüncəli, yüksək mənəvi keyfiyyətlərə malik olan yaxşı insanların missiyası uşaqları xilas etməkdir. Bu da ayrı-ayrı fərdlərin işi deyil. Gərək dövlət səviyyəsində vacib işlər görülsün.

Canavar yuvasında böyüdülən uşaqları xilas edək. Psixikası pozulan uşaqlarla sağlam gələcək qurmaq çətindir. Vaxtında tədbir görməliyik. Birlikdə.

Bağçalarda uşaq tərbiyəsinə ciddi fikir verilməlidir, bu birinci yerdədir, amma aqressiv, təkəbbürlü valideynlərin özlərilə də maarifləndirici iş birliyi qurmaq vacibdir. Məncə, bu, gənc ailələrdə yaxşı nəticə verər. Gələcəyə normal cəmiyyətlə getmək üçün bunu mütləq etməliyik. Başına müsibətlər gətirilən uşaqlardan danışmağa heyim yoxdur. Adamın ürəyi parçalanır. Son günlər saytlarda uşaqlarla bağlı yayılan xəbərlər ilk deyil. Axırıncı olmasına isə nail ola bilərik. Maarifləndirməklə, kitabla, savadlı, ayıq valideynlə...

Yaxşı nümunə olaq balalarımıza. Onları təkcə özümüün deyil, xalqın övladı kimi böyüdək. Onlar bizdən insanları sevməyi öyrənsinlər. Uşaq dünyalarını korlamayaq ki, böyüyüb dünyamızı dağıtmasınlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri