Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Böyüklərlə yaşıd uşaqlar Pərvanə BAYRAMQIZI yazır

Böyüklərlə yaşıd uşaqlar Pərvanə BAYRAMQIZI yazır

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Uşaqların fiziki cəhətdən böyümələri üçün illərin keçməsi gözlənilsə də onlar çox vaxt, hətta bir günün içində belə böyüklərlə eyni yaşda ola bilirlər. Boyca yox, qəlbcə, düşüncə ilə, dərd daşımaqla...

Mənlə yaşıdlarım kəndimizə gələn hər şəhid xəbərinin ağır təəssüratı altında böyüdük. Tanıdıqlarımız vətən uğrunda həlak olduqca biz də şəhid-şəhid boy atdıq.

 “Böyüməyimizə” səbəb olan şəhid Azər İsayevin haqqında çoxdan yazmaq istəyirdim. Bakıda mətni dəfələrlə başladım, amma hiss etdim ki, nəsə çatmır, hansı hisssə yazmağa mane olur. Əlimi saxladım. Geriyə – ilk dəfə şəhid sözü eşitdiyim uşaqlıq illərinə qayıtmaq çətindir. İlk ağrının, ilk travmanın zədəsi hələ çəkilməyib. Otuz il sürən müharibə qoymadı yaralarımız sağala. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda doxsanıncı illərdə gedən döyüşlərdə, sonu qələbə ilə bitən 2020-ci ilin qırx dörd günlük müharibəsində itirdiyimiz şəhidlərimizi unutmadıq, unutmarıq. 
2020-ci ilin sentyabrın 27-si olmasaydı, axırımızın necə olacağını Allah bilirdi.

1992-ci ildən – Azər İsayevin şəhid olduğu payızdan illər keçib, amma həmin günü elə bu gün imiş kimi xatırlayıram. Bakıda yaza bilmədiyim mətn bu gün böyüdüyüm kənddə– Alnabatda öz-özünə yazılır.  Demək, kəndimizin ilk şəhidindən yazmaq üçün onun böyüdüyü məkanda olmaq lazımmış...
Bax elə burda idim – geniş həyətimizin dəmir darvazasının ağzında. Yoldan böyük bir maşın ağır-ağır keçmişdi. Böyüklər qüssəli idilər, kəndə xəbər yayılmışdı: Əlinin oğlu şəhid olub?

–    Hansı oğlu?

Xudaya! Suala bax! Amma... neynəyəsən seçimi artıq tanrı etmişdi. 

–    Son beşiyi – Azər.

Məndən on yaş böyük idi. Səkkiz yaşlı məktəbliyə on səkkiz yaşlı şəhidin yarımçıq həyatına göz yaşı tökmək qismət olmuşdu. Həmişə xatırlayıram, həyət-bacada oynayırdıq, hərdən yoldan ötürdü. Şeir yazdığını, rəsm çəkdiyini bilirdik. Böyüklərin sanballı saydıqları nümunəvi gənclərdən idi. Ömür boyu gənc qaldı... ömür boyu... olmayan fiziki ömrü boyu... Şəhid ömrü isə əbədidir. 

Sakit, heç kəslə işi olmayan, həmişə düşünə-düşünə gəzən Əli babanın ən kiçik övladı idi. Özündən böyük qardaş-bacılarının əzizləyib sevdikləri Azər şəhid olandan sonra da vüqarlı ata təmkinini pozmadı. Susdu. Dərdini içində çəkdi. Yenə düşünə-düşünə addımladı. Hamı yeriyirdi, amma heç kəs o cür yerimirdi. Əli baba yeriyəndə adamın ağlına ancaq “düşünür ”feili gəlirdi. Tələsmirdi, qaçmırdı. Çatacağı yerə səbirlə gedirdi. Üzdə soyuqqanlı görünürdü, amma bilirdik ki, sinəsində dağ daşıyır. Həmin dağı yerə qoymayacağını, son günlərinədək daşıyacağını şəhid atası kimi ona verilən imtiyazdan imtina etməklə bildirdi. Atam Əli babanın bu cəhətini həmişə təqdir edirdi, dünyasını dəyişənədək ona rəğbətini ifadə etdi.

Biz Söhbət ananın da ah-naləsini eşitmədik. O da fəryadı ilə heç kəsi ağlatmadı. Dözümlü valideyn kənd camaatını heyrətə saldı. Adamlar təkcə Azər üçün deyil, həm də onun ata-anası üçün göz yaşı axıtdılar. Bilirdilər ki, dərdlərini bağırlarına basıb oxşaya-oxşaya yaşayırlar. 

Biz Ağdərə adlı rayonumuzun olduğunu da Azərin şəhid olduğunu eşidəndə öyrənmişdik. Qazaxıstanın Karaqanda vilayətinin adını da onun ölümündən sonra eşitdik. Orda hərbi xidmət keçdiyini, tankçı olduğunu və digər məlumatları onu itirəndən sonra bildik. Valideyləri Azərin üzünü doyunca görmədilər. Cəbhədən-cəbhəyə yollanan oğul 1992-ci il oktyabr ayında sonuncu mənzilində – Gədəbəyin Şəhidlər xiyabanında “dinclik tapdı”. İllərdir, torpaqda uyuyur. Nə bilir ki, artıq anasını, bacısını, dağ boyda atasını itirib.

 Əvvəl əsgər yoldaşı olan oğulların çoxu indi şəhid yoldaşıdırlar. Şəhidlər xiyabanındakı şəkil oğlanlar əmr gözləyirmiş kimi dayanıblar. Sevilirlər, xalq onlara təzim edir. Hamısı əzizdir, ata-anası olanlar da kimsəsizlər də. 

Azər İsayevin qardaşları üçün də bütün şəhidlər müqəddəsdir. O qardaşlar ki, vaxtilə onları bizə nümunə göstəriblər.  Həmin illərdə yaxşı oxumağın, təhsil almağın faydasını əyani göstərmək üçün bizə Azərin böyük qardaşlarını – Natiq müəllimi, İlqar Türkoğlunu tanıtmışdılar. Onlar bizim üçün el-obamızın sayılıb-seçilən ziyalıları, uşaqlıq illərimizi xatırladan xətri əziz insanlardırlar. Kəndə hər gəlişlərində nənəm uzaqdan görüb bizə onların haqqında xoş sözlər danışırdı. Şüurumuza hopmuşdu ki, Natiq müəllim, İlqar müəllim kimi olmaq təhsil almaq, ölkənin ictimai-siyasi həyatında mövqe nümayiş etdirmək deməkdir. Uşaqlar bu cür insanları görə-görə böyüyəndə özləri üçün istiqamət seçməkləri asanlaşır. 

Bizi bir də qardaş itkisi doğmalaşdırıb. Azər İsayevin yaşına çatanda mən də özümdən kiçik qardaşımı itirdim. 

Yaşıdlarımızdan böyüyənlər də oldu, böyüməyənlər də... 

Xatirələrini özümüzlə birgə illərdir daşıyırıq. 

Tez böyüdük... heç bir uşağa vaxtından əvvəl böyümək qismət olmasın. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Avqust 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri