Icma.az
close
up
RU
Uşaqlar oruc tuta bilər, zehin güclənir İlahiyyatçıdan AÇIQLAMA

Uşaqlar oruc tuta bilər, zehin güclənir İlahiyyatçıdan AÇIQLAMA

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Xəbər verdiyimiz kimi, martın  1-dən etibarən Ramazan ayı başlayıb. Azərbaycanda da inanclı insanlar 3 gündür oruc tuturlar. Müşahidələr göstərir ki, ölkəmizdə oruc tutanlar arasında şagirdlər də az deyil. Nəzərə alsaq ki, indi imtahan ərəfəsidir, oruc tutmağın buraxılış və blok imtahanlarına hazırlaşan şagirdlərin aktivliyinə necə təsir edəcəyi sual altındadır.

Maraqlıdır, şagirdlərin oruc tutmasında bir məhdudiyyət varmı? Ümumiyyətlə, neçə yaşdan etibarən oruc tutmaq olar?
 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında ilahiyyatçı Hacı Əli Rzazadə bildirib ki, şəriət qaydaları uşaqların oruc tutmasına müsbət yanaşır. 

Onun sözlərinə görə, yetkinlik yaşına çatmış hər bir şəxs oruc tuta bilər, çatmayanlar üçün isə bu, vacib deyil:

“Əgər şagird IV və ya V sinifdədirsə, onlar oruc tutmağa borcu deyil, önəmli olan təhsildir. Ənənəvi xürafatçılar iddia edir ki, qızlar 9, oğlanlar isə 15 yaşında yetkinlik yaşına çatır və yalnız həmin dövrdə oruc tutmağa başlaya bilərlər. Bu cür təbliğat aparırlar. Amma İslam dinində belə bir tələb yoxdur. Qızlar da, oğlanlar da 15 yaşından sonra oruc tuta bilərlər”.

 
İlahiyyatçı qeyd edib ki, ac qalmağın zehni gücləndirdiyi elmi cəhətdən də sübut olunub:

“Elm də sübut edir ki, insan ac qaldıqda onun zehnində güclü inkişaf baş verir, çox qida yemək insanın yaddaşını tənbəlləşdirir. Konkret olaraq "imtahana girən şagird oruc tuta bilər və ya bilməz" deyə bir meyar yoxdur. Əgər bir şəxs imtahanda, əsgərlikdə və hansısa digər çətin  şəraitdədirsə, oruc tutmaq, ac qalmaq ona ziyandırsa, özünü çox narahat hiss edirsə, oruc tutmaya bilər, bu kimi səbəblərdən orucunu pozsa, günah sayılmır”. 

Dinşünas Elşad Miri də mövzu ilə bağlı fikirlərini saytımızla bölüşüb. 

O bildirib ki, oruc tutmaq Allahın əmridir, istəyən tutar, istəməyən tutmaz:

“Oruc vaxtı insan imtahana gedir deyə, bunu pozmağın bir mənası varmı? Əksinə, bizə həmişə yemək yemədən imtahana getmək aşılanıb. Bu bir taktikadır və biz də həmişə ondan istifadə etmişik. Yenə də kimsə orucunu pozmaq istəyərsə, buna özü qərar verməlidir, heç kim qarışa bilməz”. 

E.Miri nəzərə çatıdırb ki, bir insan rəşiddirsə, ağlı başında, həyatı dərk edibsə, onun oruc tutması məqbuldur:

“Bu yaş dəyişib 9, 12 və ya 15 ola bilər. Bəzi müsəlman ölkələrində azyaşlılara əvvəlcə günortaya qədər oruc tutmaq tövsiyə olunur, növbəti dəfə onları günortadan sonra müddəti 1 saat artırmaqla orucluğa öyrəşdirməyə çalışırlar. Ümumilikdə, oruc tutmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur”.

Qeyd edək ki, martın 30-u Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə iki zona olmaqla 9 mart tarixində keçiriləcək.

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sfera.az
archiveBu xəbər 03 Mart 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri