Icma.az
close
up
RU
Uşaqlar üçün yol hərəkəti qaydaları mövzusunda verilişlər hazırlanıb VİDEO

Uşaqlar üçün yol hərəkəti qaydaları mövzusunda verilişlər hazırlanıb VİDEO

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi “Qafqaz” televiziyasında uşaqlar üçün yol hərəkəti qaydaları mövzusunda televiziya verilişləri çəkərək yayımlayıb.

“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqlar üçün təhlükəsiz yol” layihəsinə yekun vurub.

Layihənin əsas məqsədi məktəblilər arasında yol hərəkəti qaydalarının təbliği ilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılmasıdır. Layihə çərçivəsində şimal bölgəsini (Quba, Qusar, Xaçmaz, Xudat, Siyəzən və Şabran rayonlarını) əhatə edən Qafqaz TV-də yol hərəkəti qaydalarının təbliği üzrə 4 televiziya verilişi çəkilərək, Qafqaz televiziyasında və televiziyanın “Youtube” kanalında yayımlanmışdır. Videoların sosial şəbəkələrdə yayımlanması ilə video-yazıya gələcəkdə davamlı çatım təmin ediləcək.

Layihə eksperti, yol hərəkəti qaydaları üzrə ixtisaslaşmış və 20 illik müəllimlik təcrübəsinə malik Bəxtiyar Əmirli verilişlərdə uşaqlara yol kənarı ilə hərəkət edərkən, velosiped sürərkən, ictimai nəqliyyat vasitələrindən istifadə edərkən bilməli və riayət etməli olduqları qaydalar və yol hərəkət nişanları haqqında ətraflı məlumat verib. Verilişlərdə həmçinin valideynlər üçün uşaqların daşınması ilə bağlı qaydalar, uşaqlara valideynlər tərəfindən izzah ediməli məqamlar vurğulanıb.

Bu təşəbbüs nəticəsində hazırlanmış televiziya verilişlərinin gənclərdə yol hərəkəti qaydalarına riayət olunmanı davranış olaraq müsbətə doğru dəyişəcək və gələcəkdə uşaqların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin sayının azaldılmasına öz töhfəsini verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 Dekabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri