Icma.az
close
up
RU
Uşaqlar və hüquqlar: zorakılığı necə dayandırmalı?

Uşaqlar və hüquqlar: zorakılığı necə dayandırmalı?

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

2000-ci ildə Ümumdünya Qadınlar Konfransı, beynəlxalq hökumətləri və Qeyri-Hökumət Təşkilatlarını, BMT-nin 19 və 34-cü maddələrinin icrasında daha fəal olmağa təşviq etmək məqsədilə 19 noyabrı Ümumdünya Uşaq Zorakılığının Qarşısının Alınması Günü elan etdi. Qeyd edək ki, bu iki maddədə hər bir uşağın hər cür zorakılığa (o cümlədən cinsi zorakılığa) məruz qalmadan yaşamaq hüququ olduğu və belə halların qarşısının alınmasının vacibliyi qeyd olunur. Bununla əlaqədar olaraq, 20 Noyabr Beynəlxalq Uşaq Hüquqları Günü ilə paralel olaraq hər il 19 noyabr bir çox ölkələrdə Ümumdünya Uşaq Zorakılığının Qarşısının Alınması Günü kimi qeyd olunur.

Uşaq istismarı nədir?

Uşaq istismarı uşaqla fiziki və ya psixoloji pis rəftar edilməsidir. Dünyanın bütün ölkələrinin qanunlarında və Cinayət Məcəllələrində uşaqlara qarşı pis rəftarın nə olduğunu, hansı halların cinayət məsuliyyəti yaratdığı müəyyən edilib.

Fiziki zorakılıq uşağa fiziki zərər verdikdə baş verir. Fiziki istismar xəsarətləri uşağı çimdikləmək, dişləmək, vurmaq, təpikləmək, yandırmaq, ağzını örtməklə boğmağa cəhd etmək, şiddətlə silkələmək və ya uşağın bədəninə hər hansı başqa yolla zərər vurmaqdır. Bu xəsarətlərdən bəziləri uşaq oynayarkən təsadüfən baş vermiş ola bilər. Bununla belə, yaraların yeri və zədələnmə tezliyi fiziki zorakılıqdan şübhələnməyə səbəb olmalıdır.

Hər il minlərlə uşağın valideynləri və ya yaxın qohumları tərəfindən fiziki zorakılığa məruz qaldığı təxmin edilir. Bu uşaqlar arasında ağır yaralananların, hətta həyatını itirənlərin də olduğu bildirilir. O da məlumdur ki, fiziki zorakılıq nəticəsində yaranan emosional travma fiziki yaralar qədər tez sağalmır. Psixo-emosional zərərin təsiri yeniyetməlik dövründə və ya daha sonralar fiziki zorakılığa məruz qalan bir çox uşağın öz övladlarına qarşı da eyni cür davraması zamanı meydana çıxır.

Təhqir, hədə, lağ – hamısı zorakılıqldır

Məişət zorakılığının şahidi olmaq belə, uşaqlara və onların gələcəyinə ciddi təsir edir. Bir çox valideynlər uşağın bu zorakılıqdan təsirlənməyəcəyini və ya uşaq zəkasının tezliklə unudacağını düşünür. Ancaq uşaqlar unutmurlar. Anasına zorakılıq edən atasını, özündən böyüyün kişiyə etdiyi zorakılığı yaddaşlarının bir küncündə mühavizə edirlər. Məlumdur ki, ailədaxili zorakılığa şahid olan uşaqlarda emosional və davranış pozğunluqları digər uşaqlara nisbətən daha yüksəkdir. Bu zorakılıq uşaqlara onların yaşından, cinsindən asılı olaraq fərqli təsir göstərir.

Zorakılığa məruz qalan uşağın ailəsində münaqişə, uğursuz evlilik və mənəvi zorakılığın olması, ögey ana və ya ata faktoru, ailə daxilində qərar qəbulu zamanı uşağın fikrinin soruşulmaması, ailənin yaşadığı maddi problemlərdən qaynaqlanan zorakılıqlar və fiziki cəzalar onu gələcəkdə zorakılıq tətbiq edən biri olmağa sürükləyir.

Uşaqlara edilən bir zorakılıq növü də psixolojidir. Uşağı aramsız danlamaq, təhqir etmək, hədələmək, günahlandırmaq, uşaqdan incimək, uşaq yoxmuş kimi davranmaq, uşağı ələ salmaq psixo-emosional zorakılıqdır.

İnsanlığın sonu – cinsi istismar

Uşaqların cinsi istismarının cəmiyyət tərəfindən qəbul edilməsi çətin olduğu üçün onu müəyyən etmək və aşkara çıxarmaq da çox vaxt çətin olur, buna görə də təəssüf ki, çox vaxt bu hal gizli qalır. Uşaqlara qarşı cinsi istismar əvvəllər tamamilə yad insanlar tərəfindən törədilirdi. Lakin fəciəvi haldır ki, indi cinsi istismara məruz qalanlar arasında ana, ata, ögey ana, ögey ata, qardaş, qohum, müəllim, qonşusunun və s yaxın adamın istismarına məruz qalanlar çoxluq təşkil edir. Cinsi zorakılığa daha çox boşanma, zorakılıq, alkoqol və narkotik maddə istifadəsi olan ailələrdə rast gəlinir.

Heç bir uşaq psixoloji cəhətdən cinsi zorakılıqla mübarizə aparmağa hazır ola bilməz. Hətta iki-üç yaşlı uşaq belə bu hadisənin nə olduğunu anlamasa belə, sonrakı həyatında bu hadisədən mənfi təsirlənəcək. Beş və daha yuxarı yaşda olan uşaqların zorakılıq edəni tanıdıqları halda çaşqınlıq yaşamaları normaldır. Onlar cinsi qısnama edən şəxsi tanıdıqları halda ona sevgi bəslədikləri üçün təcavüzü heç kimə demirlər. Bəzən də qorxu hissi ilə bunu gizlədirlər. Uşaqlıq, cinsi inkişafın və biliklərin hələ tamamlanmadığı bir dövrdür. Bu dövrdə o, hər hansı cinsi zorakılıq hərəkətini ya anlamayacaq, ya da gizlədilməsi vacib bir vəziyyət kimi xarakterizə edəcək.

Uşaqlar arasında mənəvi və fiziki zorakılıq

Uşaqlar və ya yeniyetmələr arasında mənəvi-emosional və fiziki zorakılıq məktəblərdə rast gəlinə bilən bir hadisədir. Bu bullinq adlandırılır, şagirdin bir və ya bir neçə şagird tərəfindən təkrar və davamlı olaraq mənfi davranışa məruz qalması kimi müəyyən edilir. Uşaq və yeniyetmələr arasında kənarlaşdırma, lağ etmə, təcrid etmə, başqalarına aqressiv davranma, problemləri fiziki güclə həll etməyə çalışmaq fiziki və emosional zorakılığa nümunədir. Bu cür fiziki və psixoloji aqressiv davranışlara məruz qalan uşaqlar zaman keçdikcə özünü gücsüz hiss etməyə başlayır, müti olur.

Zorakılığa məruz qalan uşaq hədələndiyi, qorxudulduğu və ya utandığı üçün başına gələnləri valideynlərinə deməyə bilər. Ancaq valideynlər bəzi əlamətlərdən övladının zorakılığa məruz qaldığını anlaya bilər. Uşağın yırtılmış paltarı, bədənində kəsiklər, yaralar, qançırlar, əşyalarını itirməsi, yaxın dostlarından uzaqlaşması, məktəbə getmək istəməməsi, yuxu və yemək pozğunluqları, dərslərində geriləmə, ünsiyyətdən qaçması, sosial münasibətlərinin zəifləməsi, yatağını islatması, aqressiv film və mahnılara meyilliliyi onun başına gələnlərdən xəbər verir.

Uşaq zorakılığının qarşısının alınması mərhələsinə gəlincə, deyə bilərik ki, bunun ən sınanmış yolu cəmiyyətin təhsil səviyyəsi və cəzalandırma sisteminin möhkəmlidir. Təhsil, gələcəkdə uşaqlarına qarşı zorakılıq və laqeyd münasibət göstərəcək ailələri bəri başdan dəyişdirmək deməkdir. İctimai maarifləndirmə tədbirləri, ailəyə dəstək proqramları, sosial çarxlar və posterlər bu mübarizə üsullarına daxildir. Cəza sistemi də ədalətin göstəricisidir, bu cinayətə görə həbs edilən şəxs ağırlaşdırılmış cəza ilə cəzalandırılmalıdır ki, zorakılığa meyilliyi olan şəxslər üçün dərs olsun.

Uşaqlar böyüklərin qayğısına və müdafiəsinə ehtiyac duyurlar. Onların edəcəyi heç bir hərəkət döyülməyə və ya zorakılığa məruz qalmaqlarına haqq qazandırmaz. Uşaqlar zorakılıqdan dərs almırlar, əksinə, mütəmadi zorakılıq onların həyat tərzinə çevrilə bilər. Unutmayın, uşaqlar valideynlərini təqlid edərək doğru ilə yanlışı ayırd edirlər. Onlar gələcəyin qurucularıdır, o gələcəyin sağlam təməllər üzərində qurulması üçün isə sağlam ruhlu uşaqlara ehtiyac var.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri