Icma.az
close
up
RU
Uşaqlar və oyuncaqlar

Uşaqlar və oyuncaqlar

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Oyuncaqlar əsasən iki qrupa ayrılırlar. Birinci qrup oyuncaqlar oyun məqsədi ilə düzəldilməyən, ancaq uşağın oyun vasitəsi kimi istifadə etdiyi oyuncaqlardır. Məsələn, qaşıqlar, boşqablar, qələmlər, kağızlar, stullar və s. İkinci qrup oyuncaqlar isə oyun məqsədi ilə düzəldilən oyuncaqlardır. Məsələn, oyuncaq maşınlar, gəlinciklər, alətlər, konstruktorlar və s.
Bundan başqa, əyləncə, təlim və sosial xarakterli oyuncaqlar da var:
- Əyləncə xarakterli oyuncaqlar - Bu oyuncaqlar əsasən vaxt keçirmək üçün nəzərdə tutulan oyuncaqlardır.
- Təlim xarakterli oyuncaqlar - Bu oyuncaqlara əsasən boyama kitabları, maketlər, konstruktorlar və s. daxildir.
- Sosial xarakterli oyuncaqlar - Bu oyuncaqlar uşağın ətraf mühitlə ünsiyyət qurmasına kömək edən oyuncaqlardır.
Hansı yaşa, hansı oyuncaq?
Uşağın yaşına görə oyuncaq seçmək çox çətindir. Ümumiyyətlə, oyuncaq seçərkən uşağın xüsusiyyətlərini bilmək çox vacibdir. Bundan başqa, oyuncaq alarkən öz arzu və istəkləriniz əvəzinə uşağınızın yaş və xüsusiyyətlərini nəzərə alsanız, daha yaxşı olar. Eyni zamanda, oyuncaq alarkən uşağın fikrini öyrənmək də pis olmaz. İndi isə yaşa görə oyuncaqların təsnifatını nəzərdən keçirək:
- 6 aydan kiçik uşaqlar səsə və rəngə qarşı həssasdırlar. Bu dövr üçün müxtəlif rəngləri olan səsli və zınqırovlu oyuncaqlar xarakterikdir.
- Uşaq oturmağa başlayırsa, əli çatan hər şeyi götürməyə və ağzına aparmağa çalışır. Bu dövrdə uşaqların diqqətini daha çox yumşaq oyuncaqlar, rəngli halqalar, plastik kublar, kauçuk fiqurlar cəlb edir (yeri gəlmişkən deyək ki, kauçuk fiqurlar uşaqların dişlərinin bərkiməsi üçün də çox vacibdir).
- Uşaq ayaq üstə durmağa başladıqda əlinə keçən hər şeyi tullamağa başlayır. Ona görə də, bu dövrdə uşaqlara elastik, həmçinin səs çıxaran oyuncaqlar almaq daha yaxşıdır. Bunlar rəngli toplar, iç-içə girən qutular və s. ola bilər.
- Uşaq artıq evin içərisində rahat hərəkət etməyə başlayırsa, artıq ona minmək üçün böyük oyuncaqlar almaq məsləhətdir. Həmçinin, bu yaşda olan uşaqlara kiçik sandıqçalar, səbətlər, çantalar və s. də almaq olar.
- Əgər uşağın 2 yaşı varsa, ona daha çox hissələrə ayrılan oyuncaqlar alın. Bir şərtlə ki, bu hissələr kiçik olmamalıdır. Uşaqlar, adətən, bu dövrdə qutuları doldurub boşaltmaqdan, müxtəlif qüllə və körpülər düzəltməkdən zövq alırlar. Bu yaşda olan uşaqları mətbəx dəstləri, müxtəlif ölçülü plastik fiqurlar, gəlinciklər də cəlb edir.
- Uşaqlar ata-analarını təqlid etməyə başladıqda onlara miniatür dülgər və ya mətbəx dəstləri də almaq olar.
- 3 yaşından yuxarı uşaqlar üçün üçtəkərli velosipedlər daha maraqlıdır. Həmçinin, bu dövrdə uşaqlar yaradıcılığa daha çox meyilli olduqları üçün onlara plastik kublar və ya plastilin də almaq olar.
- 3-5 yaş arasında olan uşaqlara onların fantaziyasını inkişaf etdirən oyuncaqlar almaq məsləhətdir (məsələn, gəlinciklər, mətbəx dəstləri, rəngli klavişli pianinolar, həkimlər üçün alətlər və s. kimi).
- 6-8 yaşlı uşaqlara isə toplar, miniatür maşınlar, maketlər, konstruktorlar, plastilinlər, sulu və ya yağlı boyalar almaq olar.
- 9-11 yaşlı uşaqlar üçün stolüstü oyunlar, video oyunları, kiçik hissələrə ayrılan konstruktorlar, üçölçülü təyyarə modelləri, məsafədən idarə edilən oyuncaqlar, tennis və s. daha maraqlıdır.
- 12 yaşdan yuxarı uşaqlar üçün konkret düşüncə tələb edən oyuncaqlar məsləhətdir. Bunlar sadə mikroskoplar, teleskoplar, kimya və ya elektronikaya aid dəstlər və s. ola bilər. Bundan başqa, velosiped də bu yaşda olan uşaqların ən sevimli əyləncəsidir. Unutmaq olmaz ki, oyun vaxt itkisi yox, əyləncədir. Digər tərəfdən, istər sosial, istərsə də iqtisadi vəziyyətindən asılı olmayaraq oyun bütün uşaqların hüququdur.
Aygün Vəliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 Avqust 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri