Icma.az
close
up
RU
Uşaqlara kitab sevgisini necə aşılamalı?

Uşaqlara kitab sevgisini necə aşılamalı?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rəqəmsal texnologiyaların sürətlə yayıldığı dövrdə uşaqlarda kitab oxuma vərdişinin formalaşdırılması valideynlər üçün əsas mövzulardan birinə çevrilib.

Mütəxəssislər bildirirlər ki, uşaqlara kitab sevgisini aşılamaq üçün ən vacib amillərdən biri valideynlərin öz davranışları ilə nümunə olmasıdır.

“Cebheinfo.az” xarici mediya istinadən xəbər verir ki, kitablar uşaqların xəyal gücünü inkişaf etdirən, empati hissini gücləndirən və dil bacarıqlarını formalaşdıran ən güclü vasitələrdən biridir.

Lakin bir çox valideyn üçün uşağı ekrandan uzaqlaşdırıb kitaba yönləndirmək çətin prosesə çevrilir. Uşaqların kitablarla bağ qurması üçün 5 əsas strategiya tövsiyə olunur.

Birinci strategiya valideynin nümunə olmasıdır. Çünki uşaqlar deyilənlərdən çox, gördüklərini təqlid edirlər. Əgər onlar evdə valideynlərini kitab oxuyarkən görürlərsə, oxumağın gündəlik həyatın təbii hissəsi olduğunu qəbul edirlər. Bu baxımdan ailədə hər kəsin birlikdə kitab oxuduğu “sakit saatlar”ın yaradılması tövsiyə edilir.

İkinci mühüm məqam uşağın kitab seçiminə müdaxilə etməməkdir. Maraq göstərmədiyi kitabı uşağa məcburi oxutdurmaq, kitabı “tapşırıq” kimi qəbul etməsinə səbəb ola bilər. Buna görə uşağın kitab mağazası və ya kitabxanada öz marağına uyğun seçim etməsinə imkan yaradılması vacib sayılır. Komikslər və şəkilli kitabların oxumağa yeni başlayan uşaqlar üçün uyğun seçim olduğu bildirilir.

Üçüncü strategiya kitab oxumağı yatmazdan əvvəlki vaxtla əlaqələndirməkdir. Mütəxəssislərin fikrincə, hər gecə nağıl və ya hekayə oxumaq uşaq üçün rahat və təhlükəsiz mühit yaradır/ Bu da kitabın vəzifə deyil, rahatlıq vasitəsi kimi qəbul edilməsinə kömək edir.

Dördüncü tövsiyə hekayələri interaktiv şəkildə təqdim etməkdir. Ekspertlər valideynlərə personajların səslərini canlandırmağı, uşağa hadisələrin davamı ilə bağlı suallar verməyi və “Səncə, bundan sonra nə olacaq?” kimi fikirlərini soruşmağı məsləhət görürlər. Bu üsul uşağın özünü hekayənin bir hissəsi kimi hiss etməsinə imkan yaradır.

Beşinci vacib məqam isə evdə xüsusi kitab guşəsinin yaradılmasıdır. Rahat yastıqlar, yumşaq işıq və uşağın rahat çata biləcəyi rəflərlə təşkil olunan kiçik oxu məkanı kitab oxumağı daha cəlbedici edir.

Mütəxəssislər vurğulayırlar ki, kitab oxuma vərdişi qısa müddətdə formalaşmır. Səbirli yanaşma və prosesi maraqlı şəkildə təqdim etmək uşaqlarda uzunmüddətli kitab sevgisinin yaranmasına kömək edir.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 May 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see264

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see264

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see246

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see242

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see237

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see231

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see225

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see224

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see218

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see206

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see204

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see202

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see201

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see201

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see200

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see200

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see199

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see198

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri