Icma.az
close
up
RU
Uşaqlara oruc tutdurmaq düzgündür? Həkim və ilahiyyatçı qarşı qarşıya

Uşaqlara oruc tutdurmaq düzgündür? Həkim və ilahiyyatçı qarşı qarşıya

Icma.az, News24 saytına istinadən bildirir.

Cəmiyyətdə ailələr var ki, az yaşlı uşaqları oruc tutmağa məcbur edirlər. Uşaqlar 9-10 yaşında oruc tuturlar. Tibb mütəxəsislərinin dediyinə görə, 18 yaşdan aşağı uşaqların oruc tutması tibbi baxımdan doğru deyil. Tibbi baxımdan bu nə dərəcədə doğrudur? Uşaqların orucu tutmağı sağlamlıqları üçün zərərli ola bilər?

Bəs İslam dini bu barədə nə deyir? Uşaqların orucu tutmağı məqbuldurmu?

Bu barədə Medianews-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, həddi-buluğa çatmayan və dini bilikləri yetərsiz olan uşaqlar üçün oruc tutmaq doğru deyil.

“Oruc, insanın instinktlərinə nəzarət etmə sistemidir və sadəcə pəhriz deyil. O, insanın pis sözlər işlətməməsi, başqaları haqqında danışmaması, mərhəmətli və səmimi olması kimi keyfiyyətləri formalaşdırır. Lakin orucun mahiyyətini anlamayan şəxsin bu ibadəti yerinə yetirməsi məqsədəuyğun deyil.

Fizioloji baxımdan inkişaf edən orqanizm üçün uzun müddət ac qalmaq uyğun deyil. Psixoloji cəhətdən də uşaq orucun mənasını tam dərk etmədikdə, bu proses onun üçün formal xarakter daşıyır. Uşaq yaşda həya hissi, cinsi identifikasiya və ətraf mühiti dərk etmə prosesi yeni-yeni formalaşır. Bu biliklər müəyyən yetkinlik səviyyəsinə çatdıqda, oruc tutmaq daha məntiqli olur.

Bəzi yanlış yanaşmalar da mövcuddur. Məsələn, həya hissi formalaşmamış qız uşaqlarının başını bağlamaq bu tip yanlışlıqlara aiddir. Bu, daha çox cahilliyin göstəricisidir”.

İlahiyyatçı Rüfət Qarayev də mövzu ilə bağlı fikirlərini saytımızla bölüşdü. Onun sözlərinə görə, Ramazan ayının orucu həddi-buluğa çatan insanlar üçün vacibdir:

“Adətən İslamın şərtinə görə, qız uşaqları 9 yaşında, oğlan uşaqları isə 14-15 yaş arası həddi-buluğ həddinə çatırlar. Amma coğrafi mövqeyi nəzərə alaraq, burada qız uşaqlarını Azərbaycan mühitində 10-11 yaşında da həddi-buluğa çatdığı bildirilir. Allah Qurani-Kərimdə ayədə buyurur ki, Allah sizin üçün çətinlik deyil asanlıq istəyər. Təbii ki, rəbbimiz bizim üçün çətin, ziyan olan bir şeyi istəməzdi. Oruc tutmağın bizim üçün faydası vardır. İstər mənəvi, istərsə də fiziki faydaları olsun ki, ayədə deyildiyi kimi, oruc tutmaq sizdən əvvəlki ümmətlərə, qövmlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqva sahibi olasınız. Yəni, oruc tutmaq vasitəsilə özünüzü, rəbbinizi tanıyasınız. Rəbbinizin sizə buyurduğu qaydalara, əməllərə riayət edərək yaşayasınız. Allahın hüdudlarını biləsiniz. Orucun mənəvi hikməti, sirri bundan ibarətdir. Digər tərəfdən isə fiziki nöqteyi-nəzərdən desək, Allah rəsulu buyurur ki, oruc tutun sağlam olun”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Mart 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri