Icma.az
close
up
RU
Uşaqlara yaxşı nümunə olmalıyıq

Uşaqlara yaxşı nümunə olmalıyıq

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bir neçə gün əvvəl Elm və təhsil naziri brifinqdə ona verilən suala cavab olaraq bildirdi ki, orta məktəblərdə yol hərəkəti qaydalarının ayrıca fənn kimi tədrisinə ehtiyac görmür. Şagirdlərin tədris yükünün kifayət qədər ağır olduğunu nəzərə aldıqda hörmətli Emin müəllimin bu mövqeyi başadüşüləndir.
Nazir öz mövqeyini şərh edərkən maraqlı bir fikir səsləndirdi. Təxminən belə dedi ki, ölkəmizdə yol hərəkəti qaydaları var və cəmiyyət bundan az-çox məlumatlıdır. Sadəcə əksəriyyət bu qaydalara laqeyd yanaşır, onalara məhəl qoymur...
Ən böyük problemimiz məhz budur: qaydalar, özü də təkcə yol hərəkəti qaydaları yox, gündəlik həyatımızda riayət etməli olduğumuz əksər qaydalar (məsələn, zibili hara gəldi atmağın düzgün olmadığı) barədə məlumatımız var. Məsələn, orta statistik sürücünün svetoforun qırmızı işiğının nə demək olduğunu, təhlükəsizlik kəmərini bağlamaığın məcburiliyini və s. bildiyinə şübhə etmirəm. Amma ən böyük dərdimiz odur ki, az-çox bildiyimiz həmin qaydalara əməl etmirik.
Bunun iki əsas səbəbi var. Birinci səbəb odur ki, qaydalar haqqında məlumatı olan şəxs onun nə üçün olduğunu, nəyə lazım olduğunu, niyə nəzərdə tutulduğunu ya bilmir, ya da lazımı dərəcədə dərk etmir. Hətta bəziləri bu barədə tamamilə yanlış fikrə malikdirlər (məsələn, bu gün də qaydaların onları pozanlara cərimə yazmaq üçün nəzərdə tutulduğunu düşünənlər kifayət qədərdir).
Qaydalara laqeyd yanaşmanın ikinci səbəbi isə uzun müddət formalaşan və nəsildən-nəslə ötürülən pis nümunələrdir (pis təcrübədir). Məsələn, sinifdə şagirdlərə yolu piyada olaraq necə keçmək lazım olduğunu izah edən müəllim dərsdən sonra yolu keçiddən kənar necə gəldi keçirsə, uşaqların yadında dərsdə deyiləndən çox, gözləri ilə gördükləri mənzərə qalacaq. Eyni səhvləri valideyn, böyük qardaş-bacı, əmi-dayı, xala-bibi, qonşu və s. olaraq da buraxırıq. Həyatda etdiklərimizin mütləq əksəriyyətinin təqlidlərdən ibarət olduğunu nəzərə alanda aydın olur ki, bu pis nümunələr də intizamsızlığı nəsildən-nəslə ötürür...
Lakin yollarda və hər yerdə intizamlı və mədini davranış tərzinin formalaşmasında məktəbin, təhsilin rolu həlledicidir. Ona görə də orta məktəblərdə, hətta bağçalarda uşaqlara yol hərəkəti qaydaları da öyrədilməlidir. Ayrıca fənn kimi olmasa da, hər hansı fənn daxilində zəruri həyati vərdişlər, bacarıqlar kimi qaydalar mütləq öyrədilməlidir, özü də həm nəzəri olaraq, həm də yaxşı davranış nümunələri ilə. Unutmaq olmaz ki, bağçada və orta məktəbdə formalaşan dünyagörüşü sonrakı yaşlarda əxz edilən biliklərin ümumi zəminidir. Bu dövrdə yaranan zəmini sonra dəyişmək çox çətin olur.
Uşaqların və gələcək nəsillərin intizamlı olması üçün həm də onlara yaxşı nümunə olmalıyıq. Ona görə də hər kəs yollarda və hər yerdə intizamlı və mədəni olmaq üçün sadacə özündən başlasa, belə davranışı həyat tərzinə çevirsə, həm də başqalaraını öyrətmiş olacaq.
Ərşad Hüseynov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri