Icma.az
close
up
RU
Uşaqlara tok verdilər, beyinləri daha yaxşı işləməyə başladı

Uşaqlara tok verdilər, beyinləri daha yaxşı işləməyə başladı

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Oksford Universitetində aparılan araşdırmada tələbələrin beyninə çox zəif elektrik cərəyanı verildikdə riyaziyyat bacarıqlarının artdığı müşahidə edilib. Xüsusilə beynin müəyyən bölgələri arasında əlaqəsi zəif olan şəxslərdə bu metod daha güclü təsir göstərib.

Milli.Az xəbər verir ki, 72 universitet tələbəsinin qatıldığı araşdırmada iştirakçıların başına elektrodlar yerləşdirilib və onların beyninə hiss olunmayacaq qədər zəif elektrik siqnalları göndərilib. Bu siqnallar beynin riyaziyyatla bağlı iki bölgəsinə - ön alın payı (dlPFC) və arxa parietal korteksə (PPC) yönləndirilib. Nəzarət qrupuna isə gerçək olmayan, yəni təsirsiz siqnallar tətbiq olunub.

Beş gün ərzində ümumilikdə 150 dəqiqə davam edən bu stimullaşdırma müddətində tələbələr müxtəlif riyaziyyat testlərindən keçib. Testlər həm hesablama bacarığını, həm də əzbərləmə qabiliyyətini ölçüb. Nəticələrə görə, dlPFC bölgəsinə edilən stimullaşdırma yeni hesablama bacarıqlarının inkişafında effektiv olub. Lakin PPC bölgəsinə verilən siqnallar əzbərləmə yönümlü öyrənmədə nəzərəçarpacaq fayda verməyib.

Tədqiqatçılar həmçinin iştirakçıların beyinlərindəki ön və üst paylar arasında əlaqənin gücünü də qiymətləndiriblər. Bu iki bölgənin birlikdə işləməsi riyaziyyat öyrənməsində əsas rol oynayır. Əvvəlcədən bu bağlantısı zəif olan tələbələrin testlərdə daha çox çətinlik çəkdiyi, lakin onlara tətbiq olunan dlPFC stimullaşdırmasının ən böyük irəliləyişə səbəb olduğu ortaya çıxıb.

Araşdırma həmçinin göstərib ki, bu cür stimullaşdırma artıq yüksək riyaziyyat səviyyəsində olan şəxslərə mənfi təsir edə bilər. Alimlər izah edir ki, beynin artıq effektiv işləyən sisteminə xaricdən siqnal göndərmək performansı azalda bilər.

Tədqiqatı aparan nevroloq Roi Cohen Kadosh bu texnologiyanın ev şəraitində istifadəyə yaxın olduğunu və öyrənmə çətinliyi və diqqət pozğunluğu kimi problemləri olan insanlar üçün ümidverici nəticələr verdiyini deyib. Lakin müstəqil mütəxəssislər bu texnologiyanın geniş istifadəyə verilməzdən əvvəl daha çox sınaqdan keçirilməsinin vacib olduğunu bildirib.

Binghamton Universitetindən psixoloq Sung Joo Kim isə qeyd edib ki, belə cihazların hər insanın beyin quruluşuna uyğun tənzimlənməsi vacibdir. Onun sözlərinə görə, "əgər beynin müəyyən bölgələrinə siqnal göndərmək istəyirsinizsə, fərdi beyin anatomiyasını nəzərə almalısınız."

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri