Icma.az
close
up
RU
Ən yaxşı kitabları uşaqlara verək!

Ən yaxşı kitabları uşaqlara verək!

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalı açılıb. Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Nəşriyyatçılar Assosiasiyasının (ANAİB) birgə təşkilatçılığı ilə keçirilən kitab bayramının sponsoru qismində “Expressbank” çıxış edir.

Festivalın açılış mərasimində bayramın artıq ənənəvi hal aldığı və kitab nəşri, yayımı sahəsində uğurlara təkan verdiyi vurğulanıb. ANAİB-nin sədri Şəmil Sadiqin festivalın uşaq kitab nəşrində də canlanma yaratdığını diqqətə çatdırıb. 

Layihənin direktoru, uşaq yazıçısı Fatimə Alxazlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları Elnarə Akimova və Mehriban Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli və başqaları bu tədbirin hər il keçirilməsinin təqdir edərək bildiriblər ki, kitab bayramı uşaqları mütaliəyə həvəsləndirir, seçim imkanı yaradır və zövq aşılayır. 

İdman sarayındakı qələbəlikdən də görünür ki, festivalı mədəniyyətə, ədəbiyyata dəyər verən hər kəs üçün sevindirici hadisədir, Azərbaycanda kitab nəşrinin inkişafına töhfə verir. Bizimlə söhbətində yazıçı, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli dedi ki, analoji tədbirlər uşaqların kitaba bağlanmasında, təlim-tərbiyəsində, onların mənəvi inkişafında mühüm rol oynayır. 

– Elçin müəllim, bir neçə il əvvəl sizin uşaqlar üçün yazdığınız “Dənizin nağılları (Skazki morya)” kitabı nəşr olunub və maraqla qarşılandığını öz evimizdə uşaqların həmin nağıl-hekayələri dönə-dönə oxumalarından bilirəm. Balacalar üçün daha hansı əsərləriniz var? 

– Çox sağ olun! Uşaqlar üçün yazmaq nə qədər çətin olsa da, hər kəs ədəbiyytın bu sahəsinə töhfəsini əsirgəməməlidir. Mənim 12 nağıl-hekayəmin yer aldığı həmin kitabım Azərbaycan türkcəsində və rus dilindədir. Bundan başqa, “Banuçiçəyin rəngli yuxuları” kitabım var. Hər ikisi bu festivalda təqdim olunur. Mənim məktəblilər üçün “Şrek Azərbaycana gəlir” adlı bir pyesim də var, hələ çap olunmayıb. Eyni zamanda “Şah Abbas” romanım da uşaqlar üçün nəşrə hazırlanır. Bilirsiniz, balaca oxucular üçün yazmaq, onların həmin kitabları sevə-sevə oxuduqlarını görmək bir ayrı zövqdür. Baxın, burada nə qədər uşaq ədəbiyyatı nümunəsi sərgilənir. Özü də güzəştli qiymətlərlə. Uşaqları sevindirən təşkilatçılara təşəkkür edirəm! 

Filologiya elmləri doktoru Elnarə Akimova jurnalistlərə müsahibəsində mütaliə nəslinin formalaşması üçün festivalların böyük önəm daşıdığını bildirdi:

– Belə tədbirlər uşaqların yazıçıları tanımasına, kitaba marağının artmasına kömək edir. Böyüklər üçün onlar ədəbiyyat və təhsilin müzakirə meydanına çevrilirlər: “Orxan Pamukun dediyi kimi: “Bir gün kitab oxudum və bütün həyatım dəyişdi. Bu baxımdan mən belə festival və sərgiləri əsl bayram kimi qəbul edirəm. Bu, tədricən müsbət ənənəyə çevrilir. Qoy festivalda alınan kitablar uşaqlar üçün də eyni təsiri göstərsin”. 

Qeyd edək ki, festivala həm ANAİB üzvləri, həm də digər şirkətlər daxil olmaqla, 30-dan çox nəşr evi qatılıb. Ziyarətçilərə müxtəlif janrlarda nəfis kitablar təklif olunur.

Bayram çərçivəsində kitab təqdimatları, yazıçılarla görüşlər, şeir qiraətləri və əyləncə proqramları təşkil olunur. Ustad dərsləri, müsabiqələr, teatrlaşdırılmış səhnəciklər və interaktiv fəaliyyətlər də həmçinin. 

Sumqayıt məktəblisi Roman Əliyev qucağında bir neçə təzə kitab yanımızdan ötərkən bizimlə həmsöhbət oldu. Hansı kitabları aldığını soruşduq. Bir-bir üzqabıqlarına baxaraq oxudu: 

– Bəhram Bağırzadənin “Davranış qaydaları”, “Şirekin əhvalatı”, “Şuşa”, Encoy Leynin “Gənc Şerlok.Qara buz” kitablarıdır. Hamısını oxuyub sinif yoldaşlarıma verəcəyəm ki, onlar da oxusunlar…

Qeyd edək ki, festival ümumiyyətlə, 3 tematik gündən ibarətdir: Dünən Milli Geyimlər Günü idi. Uşaqlar bayrama elə milli libaslarda gəlmişdilər. Balaca ziyarətçilərə milli dəyərlərin aşılanması və mədəni irsin qorunması məqsədilə milli geyimlərimiz barədə ətraflı bilgilər verildi. Bu gün Peşələr Günü qeyd olunacaq. Səhnədə müxtəlif peşə sahibləri uşaqlarla ünsiyyətə girəcək, peşələrinin özəllikləri ilə tanış edəcək, çeşidli sənətlərə maraq oyadacaqlar. Sabah – aprelin 13-də isə uşaqların təxəyyülünün inkişafına və onlarda müsbət keyfiyyətlərin formalaşdırılmasına həsr olunmuş Nağıl Qəhrəmanı Günü olacaq. Uşaqlar obrazlara girərək, sevdikləri nağılların qəhrəmanlarına çevriləcəklər.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:341
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri