Icma.az
close
up
RU
Uşaqlarda bağırsaq disbakteriozu

Uşaqlarda bağırsaq disbakteriozu

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Hal-hazırda uşaqların əksəriyyətində bağırsaqların disbakteriozu əlamətlərinə rast gəlinir. Əksər hallarda valideynlər buna lazımi dərəcədə diqqət ayırmır. Lakin bu tamamilə yolverilməz haldır.

Çünki vaxtında müalicə olunmamış disbakterioz müəyyən vaxtdan sonra ciddi bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Mədə-bağırsaq traktında yaşayan mikroorqanizmlər insan üçün çox əhəmiyyətlidir. Onlar xəstəlik törədici bakteriyaların orqanizmə daxil olaraq infeksion xəstəliklər törətməsinin qarşısını alır, həzmetmə və qidanın mikroelementlərin sorulması prosesində iştirak edir, eyni zamanda özləri də bir sıra vitaminlər və bioloji aktiv maddələr ifraz edirlər. İnsan immunitetinin qorunub saxlanması üçün bağırsaq mikroflorası böyük əhəmiyyət kəsb edir, qida allergiyasının inkişaf etməsinin qarşısını alır.

İnsan bağırsaqlarında onun orqanizmi üçün xeyirli bakteriyalar (bifidobakteriyalar, laktobakteriyalar, bağırsaq çöpləri, bakteroidlər) yaşayır. Bağırsaqlarda həmçinin “neytral” (onlar insana nə xeyir, nə də zərər verir) və zərərli bakteriyalar da məskən salmışdır. Disbakterioz zamanı bağırsaqlarda xeyirli bakteriyaların miqdarı azalır, neytral və zərərli bakteriyaların sayı isə artır.

Yenidoğulmuşların bağırsaqları sterildir. Anadan olandan sonra bağırsaqlarda bakteriyalar məskunlaşmağa başlayır. Təbii şəkildə ana südü ilə qidalanan körpənin bağırsaqlarında xeyirli bakteriyaların məskunlaşması üstünlük təşkil edir. Körpələrin rasionuna vaxtından qabaq (5 ay tamam olmamış) əlavə qidalar (sıyıqlar, meyvə-tərəvəz və s.) daxil edilərsə, onlarda disbakterioz əmələ gəlir. Disbakterioz körpələr üçün təhlükəli hesab edilir. Bu onlarda çəki artımını ləngidə bilər, hətta çəkinin azalmasına da səbəb ola bilər.

Bir qədər böyük yaşlı uşaqlarda qeyri-düzgün qidalanma, stres, antibiotiklər, hormonlar və digər preparatların qəbulu, əlverişsiz ekoloji mühit disbakterioza səbəb ola bilər.

Disbakterioz zamanı uşagın nəcisində həzm olunmamış hissələr nəzərə çarpır; nəcisin çox üfunətli, kəskin, qıcqırmış qoxusu olur. Uşağın gərginləşmiş qarnında tez-tez ağrılar, uğultu olur, onun iştahası pisləşir, tez-tez ishal, qəbizlik baş verir. Körpənin rəngi avazıyır, o süstləşir, dərisi quru, allergik səpgili olub qabıq verir, ağız bucaqlarında çatlar meydana çıxır. Disbakteriozlu uşaqlar daha tez-tez soyuqdəymə və bağırsaq infeksiyaları ilə xəstələnir, onlarda əksər hallarda uzunmüddətli üzücü qəbizlik olur.

Disbakteriozun diaqnostikası üçün aşağıdakı üsullardan istifadə edilir:

- koproqramma. Bu üsulla bağırsaq tərəfindən qidanın nə dərəcədə həzm olunması və bağırsaqda iltihab olub-olmaması dəqiqləşdirilir;

- nəcisin patogen mikroblara əkilməsi. Bu üsulla nəcisdə zərərli floranın miqdarı və onların hansı antibiotiklərə qarşı həssas olduğu təyin edilir. Nəcis analizi yığılan zaman xüsusi şərtlərə riayət edilməlidir: nəcis təzə yığılmış (2 saatdan artıq saxlanmasına icazə verilmir) və miqdarı 5-10 qramdan az olmamalıdır. Dizbakterioza analiz verilən ərəfədə bağırsaq florasını bərpaedici preparatların qəbulu dayandırılmalıdır.

Bağırsaq disbakteriozunun müalicəsi çətin və uzunmüddətli olur. Bu zaman valideynlərdən səbirli olmaları və həkim təyinatlarını dəqiqliklə yerinə yetirmələri tələb olunur. Müalicə əvvəlcə bakteriofaqlarla (təkcə zərərli mikroorqanizmləri məhv edən viruslar) və bağırsaq antiseptikləri ilə başlayır. Ağır hallarda hətta antibiotiklərdən də istifadə oluna bilər. Qidanın yaxşı həzm olunması üçün uşağa fermentlər də təyin olunur.

Bağırsaqlar əksər zərərli mikroorqanizmlərdən təmizləndikdən sonra uşaqlara bifido və laktobakteriyalardan ibarət xüsusi preparatlar təyin edilir. Bu preparatların köməyi ilə bağırsaqların xeyirli mikroflorası tədriclə bərpa olunur. Həkim məsləhəti olmadan uşaqlarınıza hətta ən etibarlı və sınaqdan keçmiş preparatları da vermək olmaz. Onlar uşaq orqanizmi üçün tam yararsız və bəzi hallarda isə təhlükəli ola bilərlər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri