Icma.az
close
up
RU
Uşaqlarda bağırsaq disbakteriozu və müalicəsi

Uşaqlarda bağırsaq disbakteriozu və müalicəsi

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hal-hazırda uşaqların əksəriyyətində bağırsaqların disbakteriozu əlamətlərinə rast gəlinir. Əksər hallarda valideynlər buna lazımi dərəcədə diqqət ayırmır. Lakin bu tamamilə yolverilməz haldır.

Sağlamolun.az bildirir ki, vaxtında müalicə olunmamış disbakterioz müəyyən vaxtdan sonra ciddi bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Mədə-bağırsaq traktında yaşayan mikroorqanizmlər insan üçün çox əhəmiyyətlidir. Onlar xəstəlik törədici bakteriyaların orqanizmə daxil olaraq infeksion xəstəliklər törətməsinin qarşısını alır, həzmetmə və qidanın mikroelementlərin sorulması prosesində iştirak edir, eyni zamanda özləri də bir sıra vitaminlər və bioloji aktiv maddələr ifraz edirlər. İnsan immunitetinin qorunub saxlanması üçün bağırsaq mikroflorası böyük əhəmiyyət kəsb edir, qida allergiyasının inkişaf etməsinin qarşısını alır.

İnsan bağırsaqlarında onun orqanizmi üçün xeyirli bakteriyalar (bifidobakteriyalar, laktobakteriyalar, bağırsaq çöpləri, bakteroidlər) yaşayır. Bağırsaqlarda həmçinin “neytral” (onlar insana nə xeyir, nə də zərər verir) və zərərli bakteriyalar da məskən salmışdır. Disbakterioz zamanı bağırsaqlarda xeyirli bakteriyaların miqdarı azalır, neytral və zərərli bakteriyaların sayı isə artır.

Yenidoğulmuşların bağırsaqları sterildir. Anadan olandan sonra bağırsaqlarda bakteriyalar məskunlaşmağa başlayır. Təbii şəkildə ana südü ilə qidalanan körpənin bağırsaqlarında xeyirli bakteriyaların məskunlaşması üstünlük təşkil edir. Körpələrin rasionuna vaxtından qabaq (5 ay tamam olmamış) əlavə qidalar (sıyıqlar, meyvə-tərəvəz və s.) daxil edilərsə, onlarda disbakterioz əmələ gəlir. Disbakterioz körpələr üçün təhlükəli hesab edilir. Bu onlarda çəki artımını ləngidə bilər, hətta çəkinin azalmasına da səbəb ola bilər.

Bir qədər böyük yaşlı uşaqlarda qeyri-düzgün qidalanma, stres, antibiotiklər, hormonlar və digər preparatların qəbulu, əlverişsiz ekoloji mühit disbakterioza səbəb ola bilər.

Disbakterioz zamanı uşagın nəcisində həzm olunmamış hissələr nəzərə çarpır; nəcisin çox üfunətli, kəskin, qıcqırmış qoxusu olur. Uşağın gərginləşmiş qarnında tez-tez ağrılar, uğultu olur, onun iştahası pisləşir, tez-tez ishal, qəbizlik baş verir. Körpənin rəngi avazıyır, o süstləşir, dərisi quru, allergik səpgili olub qabıq verir, ağız bucaqlarında çatlar meydana çıxır. Disbakteriozlu uşaqlar daha tez-tez soyuqdəymə və bağırsaq infeksiyaları ilə xəstələnir, onlarda əksər hallarda uzunmüddətli üzücü qəbizlik olur.

Disbakteriozun diaqnostikası üçün aşağıdakı üsullardan istifadə edilir:

- koproqramma. Bu üsulla bağırsaq tərəfindən qidanın nə dərəcədə həzm olunması və bağırsaqda iltihab olub-olmaması dəqiqləşdirilir;

- nəcisin patogen mikroblara əkilməsi. Bu üsulla nəcisdə zərərli floranın miqdarı və onların hansı antibiotiklərə qarşı həssas olduğu təyin edilir. Nəcis analizi yığılan zaman xüsusi şərtlərə riayət edilməlidir: nəcis təzə yığılmış (2 saatdan artıq saxlanmasına icazə verilmir) və miqdarı 5-10 qramdan az olmamalıdır. Dizbakterioza analiz verilən ərəfədə bağırsaq florasını bərpaedici preparatların qəbulu dayandırılmalıdır.

Bağırsaq disbakteriozunun müalicəsi çətin və uzunmüddətli olur. Bu zaman valideynlərdən səbirli olmaları və həkim təyinatlarını dəqiqliklə yerinə yetirmələri tələb olunur. Müalicə əvvəlcə bakteriofaqlarla (təkcə zərərli mikroorqanizmləri məhv edən viruslar) və bağırsaq antiseptikləri ilə başlayır. Ağır hallarda hətta antibiotiklərdən də istifadə oluna bilər. Qidanın yaxşı həzm olunması üçün uşağa fermentlər də təyin olunur.

Bağırsaqlar əksər zərərli mikroorqanizmlərdən təmizləndikdən sonra uşaqlara bifido və laktobakteriyalardan ibarət xüsusi preparatlar təyin edilir. Bu preparatların köməyi ilə bağırsaqların xeyirli mikroflorası tədriclə bərpa olunur. Həkim məsləhəti olmadan uşaqlarınıza hətta ən etibarlı və sınaqdan keçmiş preparatları da vermək olmaz. Onlar uşaq orqanizmi üçün tam yararsız və bəzi hallarda isə təhlükəli ola bilərlər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri