Icma.az
close
up
RU
Bağırsaq disbakteriozu

Bağırsaq disbakteriozu

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

İnsanın bağırsağında xeyli sayda həm “yaxşı”, həm də “pis” mikroorqanizmlər yaşayırlar.

“Yaxşı” mikroorqanizmlər (əsasən: lakto- və bifidibakteriyalar, bağırsaq çöpləri) orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.

 Onlar orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və mənimsənilməsi prosesində, immun sisteminin qurulmasında, toksinlərin, kanserogen (xərçəng əmələ gətirən) maddələrin, ağır metal duzlarının orqanizmdən xaric edilməsində, mədə-bağırsaq sisteminin selikli qişasının zərərli mikrobların hücumundan “qorunmasında” iştirak edirlər. “Pis” mikroorqanizmlər isə bunun əksinə olaraq, orqanizmə zərər vura bilərlər. Ancaq “yaxşı” mikroorqanizmlərin sayı xeyli üstün olduqda, onlar “pis” mikroorqanizmlərin sayının artmasının qarşısını alaraq öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Bu tarazlıq “pis” mikroorqanizmlərin xeyrinə dəyişdiyi halda isə insan orqanizmi xeyli dərəcədə əziyyət çəkməyə başlayır.

Beləliklə, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.

Disbakterioz zamanı bağırsaqda qida maddələrinin kifayət dərəcədə parçalanması və mənimsənilməsi normal şəkildə gedə bilmir. Bu zaman kifayət qədər həzm olunmayan qida kütlələri bağırsaqda çürüməyə başlayır ki, bunun da nəticəsində xeyli miqdarda toksinlər və zəhərli maddələr əmələ gəlir. Bağırsaq divarından qana sorulan bu toksinlər və zəhərlər qan dövranı ilə bütün orqanizmə yayılır. Tədricən orqanizmin xroniki intoksikasiyası (zəhərlənmə) baş verir, maddələr mübadiləsi pozulur, bir çox orqan və sistemlərin iltihabi xəstəlikləri inkişaf edir. Allergiya, ekzema, bronxial astma, yoğun bağırsağın xərçəngi və digər təhlükəli və ağır xəstəliklərin əsas səbəblərindən biri də bağırsaq disbakteriozudur. Bağırsaqda olan xeyirli mikroflora immunoqlobulinlərin və interferonun istehsal olunmasında iştirak edir. Buna görə də xeyirli mikrofloranın sayının xeyli azalması zamanı immunitetin də zəifləməsi baş verir. Bu zaman insan daha tez-tez və uzun müddət ərzində soyuqdəymə və digər infeksion xəstəliklərə düçar olur ki, onlar da müxtəlif fəsadlara səbəb olurlar.
Disbakteriozlar zamanı orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və sorulması prosesi pozulur. Bunun da nəticəsində anemiya, hipovitaminozlar (vitaminlərin çatışmazlığı), vacib mikroelementlərin kifayət qədər mənimsənilməməsi baş verir (məsələn, kalsium çatışmazlığı nəticəsində osteoparoz – sümüklərin kövrəkliyi baş verir).
Bağırsaq disbakteriozu 21-ci əsrin əsas sosial xəstəliklərindən biri hesab olunur. Mütəxəssislərin hesablamalarına görə Yer kürəsinin böyük yaşda olan əhalisinin təxminən 90%-i bu xəstəliyə düçar olmuşdur.

Disbakteriozun əlamətləri

- immunitetin zəifləməsi;

- kəskin bağırsaq infeksiyalarının (KBİ) baş verməsi;

- kəskin respirator xəstəlikləri (KRX) və kəskin respirator virus xəstəliklərinin (KRVX) artması (tezləşməsi);

- ishal və ya qəbizlik formasında olan nəcis ifrazı pozğunluqları;

- metiorizm – bağırsaqlarda qazların artıq miqdarda yaranması;

- qarında dartıcı və sıxıcı xarakterdə ağrıların olması;

- yoğun bağırsağa barmaqlarla təzyiq edərkən xeyli səsli qurultu və şırıltının eşidilməsi;

- tez hirslənmə, məyusluq, əhvalın tez-tez dəyişməsi, depressiya, başgicəllənmə, yuxunun pozulması, tez yorulmaq, səbəbsiz olan ağlağanlıq, əhvalın kədərli olması;

- ağızdan pis qoxunun gəlməsi;

- bədəndən pis qoxunun gəlməsi;

- dəri elastikliyini itirir, sallanır və dəridə xeyli dərəcədə qırışlar əmələ gəlir;

- saçların deformasiyası və tökülməsi;

- selikli qişalarda və dəridə çatların əmələ gəlməsi;

- dəridə səpgilər, sızanaqlar və civzələrin, ekzemanın əmələ gəlməsi, qaşınmanın olması ilə müşayiət olunan -- xroniki qida allergiyası vəziyyəti;

- bəzi hallarda temperaturun bir qədər yüksəlməsi qeyd edilir.

Bu əlamətləri özündə hiss edən kimi, dərhal həkimə müraciət edin.

Bağırsaq disbakteriozunun yaranmasının səbəbləri

- Düzgün olmayan və qeyri-rasional qidalanma. Yağlı, şirin, konservləşdirilmiş, rafinəolunmuş qidaların çox qəbul ediməsi, həmçinin qəbul edilən qidaların tərkibində süd məhsullarının və bitki sellülozunun kifayət miqdarda olmaması bağırsağın mikroflorasına çox pis təsir edir. Kəskin pəhrizlər də bağırsaq florasına xeyli dərəcədə zərər vurur;

- Mədə-bağırsaq sisteminin kəskin və xroniki xəstəlikləri (xolesistit, hepatit, pankreatit, qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, bağırsaq xəstəlikləri);

- Hormonal pozğunluqlar;

- Xeyli miqdarda alkoqollu içkilərin qəbul edilməsi;

- Tez-tez baş verən streslər;

- Nəzarətsiz olaraq güclü antibiotiklərin qəbul edilməsi nəticəsində bağırsaqda olan xeyirli bağırsaq bakteriyalarının məhv edilməsi;

- Bağırsaqda qurdların (helmintlərin) və infeksiya törədici mikrobların (dizenteriya, salmonellyoz və s.) olması. Onların hamısı xeyirli mikrobları məhv edən maddələr ifraz edirlər;

- İmmunitetin zəifləməsi;

- Ekoloji mühitin pisləşməsi;

- Kimyəvi və radioloji terapiya və s.

Disbakterioz diaqnozu – xəstənin müayinə edilməsi və aparılan müvafiq laborator müayinələr nəticəsində qoyulur. Disbakteriozun müalicəsi - ilk növbədə onu yaradan səbəbin aradan qaldırılmasına və əsas xəstəliyin müalicə edilməsinə yönəldilir. Müalicənin sonrakı mərhələsi – patogen mikroorqanizmlərin aradan götürülməsi və bağırsağın normal mikroflorasının bərpa edilməsindən ibarətdir.

Bağırsaq disbakteriozunun profilaktikası

- Tərkibində, bağırsaq mikroflorası üçün vacib olan süd məhsullarının, meyvə və tərəvəzlərin də mütləq şəkildə daxil edilməsi şərti ilə düzgün və rasional qidalanma rejiminə əməl edilməsi;

- Mədə-bağırsaq sistemi üzvlərinin hər bir xəstəliyinin vaxtında və düzgün müalicə edilməsi;

- Stres vəziyyətlərindən uzaq olmaq;

- Antibiotikləri yalnız həkim təyinatı üzrə qəbul etmək və bununla eyni bir zamanda mütləq antibiotiklərin pozmuş olduğu bağırsaq mikroflorasının bərpa edilməsi üçün

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri