Icma.az
close
up
RU
Uşaqlarda boy artımı niyə zəifləyib?

Uşaqlarda boy artımı niyə zəifləyib?

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Son illər Azərbaycanda uşaqların fiziki inkişaf göstəriciləri, xüsusilə boy artımı ilə bağlı səsləndirilən narahatlıqlar təsadüfi deyil. Müasir tibb elmi göstərir ki, uşağın boyu yalnız genetik göstərici deyil, əksinə, genetik potensialın nə dərəcədə reallaşması uşaqlıq və yeniyetməlik dövründə qidalanma, həyat tərzi, hormonal balans, fiziki aktivlik və erkən profilaktik tədbirlərlə birbaşa bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, boy artımında müşahidə edilən geriləmə, əslində, cəmiyyətin sağlamlıq, qidalanma və sosial mühit göstəricilərinin güzgüsüdür: “Bu gün uşaqlar arasında boy artımının zəifləməsinin əsas səbəbləri sırasında keyfiyyətsiz və balanssız qidalanma xüsusi yer tutur. Şəkərli içkilər, ultra-emal olunmuş məhsullar, fast-food mədəniyyəti kalorili, lakin bioloji dəyəri zəif qidalanma forması yaradır. Bu isə sümüklərin inkişafı üçün vacib olan zülal, kalsium, D vitamini, sink və digər mikroelementlərin xroniki çatışmazlığına gətirib çıxarır. Bunun üzərinə fiziki hərəkətsizliyi, ekran asılılığını, yuxu rejiminin pozulmasını və erkən yaşlarda vitamin-mineral profilaktikasının sistemli aparılmamasını əlavə etdikdə, problemin miqyası daha aydın görünür”.

R.Mahmudov əlavə edib ki, bəzən bu məsələnin həlli kimi məktəb ətrafında qida satışına inzibati məhdudiyyətlərin tətbiqi təklif olunur. Halbuki bu yanaşma təkbaşına problemin köklü həlli ola bilməz: “Əsl və davamlı həll yolu uşaqlara hələ bağça yaşlarından etibarən sağlam qidalanma vərdişlərinin və qidanın bioloji dəyərinin nə olduğunu öyrətməkdən keçir. Uşaqlar anlamalıdırlar ki, şəkər əlavəli və süni qidalar tez doyma və ani enerji hissi yaratsa da, orqanizm üçün real fayda daşımır, əksinə, metabolik pozuntuların və xroniki xəstəliklərin əsasını qoyur. Erkən yaşda bu şüurun formalaşdırılması elə bir nəsil yetişdirə bilər ki, onlar təkcə öz sağlam seçimlərini etməsin, eyni zamanda sağlam qidalanmanı dərk etməkdə çətinlik çəkən böyüklər üçün də yolgöstərən mövqeyinə yüksəlsin”.

Millət vəkilinin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, bu cür problemlər fərdi deyil, məhz dövlət siyasəti səviyyəsində həll olunur. Bir çox ölkələr uşaqların sağlam böyüməsini milli prioritet kimi qəbul edib: “Türkiyədə məktəblərdə uzun illərdir dövlət tərəfindən süd paylanması proqramları həyata keçirilir, erkən yaş dövründə D vitamini və dəmir preparatları sistemli şəkildə verilir. Skandinaviya ölkələrində məktəb yeməkləri dietoloqlar tərəfindən hazırlanmış balanslı menyular əsasında təqdim olunur. Yaponiyada isə məktəb qidalanması sadəcə sosial layihə deyil, gələcək insan kapitalının qorunması strategiyasıdır. Bu yanaşmaların hamısını birləşdirən əsas fikir ondan ibarətdir ki, uşağa qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir.

Məktəblərdə uşaqlar üçün xüsusi menyuların hazırlanması yalnız sağlamlıq məsələsi deyil, bu, sosial bərabərliyin təmin edilməsi, regionlararası fərqlərin azaldılması və gələcək nəsillərin fiziki və intellektual potensialının qorunması deməkdir. Belə menyular yüksəkkeyfiyyətli zülalları, süd və süd məhsullarını, təbii tərəvəz və meyvələri, tam taxılları əhatə etməli, şəkərli və zərərli qidaların payı minimuma endirilməlidir.

Boy artımının əsasən qızlarda 16-17, oğlanlarda isə 18-19 yaşa qədər mümkün olduğu nəzərə alınarsa, məktəb və yeniyetmə dövrü həlledici mərhələdir. Bu dövrdə düzgün qidalanma, fiziki aktivlik və sağlam həyat tərzi yalnız boy göstəricilərini deyil, gələcəkdə ürək-damar xəstəliklərinin, metabolik pozuntuların və bir çox xroniki xəstəliklərin riskini də əhəmiyyətli dərəcədə azaldır”.

R. Mahmudov bildirib ki, bəzən bu cür proqramlar dövlət üçün əlavə iqtisadi yük kimi təqdim olunur. Halbuki strateji və uzunmüddətli baxış göstərir ki, sağlam böyüyən uşaq gələcəkdə daha məhsuldar işçi qüvvəsi, daha az səhiyyə xərci və daha yüksək iqtisadi dəyər deməkdir. Sağlam insan daha çox yaradır, daha az itirir və cəmiyyətə daha böyük töhfə verir. Bu baxımdan məktəb qidalanması və uşaq sağlamlığına yönəlmiş proqramlar xərc deyil, ölkənin iqtisadi və sosial dayanıqlılığına edilən ağıllı investisiyadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri