Icma.az
close
up
RU
Uşaqlarda diş çürüməsinin əsas səbəbi məlumatsızlıqdır TƏDQİQAT

Uşaqlarda diş çürüməsinin əsas səbəbi məlumatsızlıqdır TƏDQİQAT

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 iyul, AZƏRTAC

Uşaqlıq dövründə diş çürüməsinin əsas səbəbləri arasında valideynlərin ağız sağlamlığı haqqında məlumatlarının kifayət qədər az olması və stomatoloji xidmətlərə məhdud çıxışdır.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmanın nəticələri “Child: Care, Health and Development” elmi jurnalında dərc olunub.

Qeyd olunub ki, müalicə edilməyən diş uşaqların həyat keyfiyyətinə mənfi təsir göstərir, kəskin ağrılar, sepsis və diş itkisi kimi ağır fəsadlara səbəb ola bilər. Bu hallar, xüsusilə uşağın qidalanma və nitq inkişafı baxımından ciddi əngəllər yaradır.

Tədqiqatçılar bildirib ki, cəmiyyətdə süd dişlərinin daimi dişlərə nisbətən daha az əhəmiyyətli olduğu barədə yanlış təsəvvür mövcuddur. Halbuki süd dişləri uşağın qidalanması və danışığı üçün mühüm əhəmiyyət kəsb edir və 10-12 yaşa qədər ağızda qala bilər. Bundan əlavə, süd dişlərindəki çürümə prosesləri daimi dişlərə də sirayət edə bilər ki, bu da gələcəkdə ümumi sağlamlıq vəziyyətinə təsir göstərə bilər.

Aparılan araşdırma xüsusilə, Qərbi Avstraliyanın kənd və region ərazilərində yaşayan əhalinin stomatoloji xidmətlərə çıxış imkanlarının məhdud olduğunu üzə çıxarıb. Bununla yanaşı, valideynlər arasında ağız gigiyenası və pəhrizlə bağlı qeyri-dəqiq və ziddiyyətli məlumatların yayılması da əsas maneə kimi qeyd olunur. Araşdırma göstərib ki, valideynlərin əksəriyyəti qazlı içkilərin dişlərə zərərli olduğunu bilsə də, qurudulmuş meyvə və yoğurt kimi məhsulların boşluq riski yaratdığı barədə məlumatlı deyil. İştirakçıların yalnız 26 faizi uşaqlarının dişlərini gündə iki dəfə fırçaladıqlarını, 70 faizi isə ümumiyyətlə, diş fırçalama vərdişinə sahib olmadıqlarını etiraf ediblər. Həmçinin, diş ipindən istifadə barədə məlumat səviyyəsi son dərəcə aşağıdır.

Vurğulanıb ki, ağız gigiyenasına dair vərdişlər erkən yaşlardan formalaşdırılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyul 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri