Uşaqları ölümə aparan oyunlar bloklanmır: ŞOK SƏBƏBLƏR
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son illərdə uşaqlar arasında müxtəlif onlayn oyun platformalarından istifadənin genişlənməsi ilə yanaşı, bu oyunlarda qarşılaşa biləcəkləri təhlükəli və psixoloji təsir göstərən məzmunlarla bağlı narahatlıqlar da artır.
Xüsusilə uşaqların asanlıqla çıxış əldə etdiyi bəzi oyunlarda yayılan zərərli çağırışlar və məzmunlar onların davranışlarına mənfi təsir göstərə, ciddi psixoloji problemlərə səbəb ola bilər.
Belə ki, sentyabrın 13-də Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı aparılan araşdırmada onun “Roblox” oyun platformasında qarşılaşdığı zərərli məzmun və çağırışların təsiri nəticəsində intihar etdiyi müəyyən olunub.
Belə oyun və platformalarda yayılan təhlükəli məzmunların qarşısı vaxtında alınmadıqda, daha çox faciəyə yol aça biləcəyi ilə bağlı narahatlıqlar artır.
Uşaqların psixoloji cəhətdən həssas olması və qarşılaşdıqları məzmunun təhlükəsini hər zaman düzgün qiymətləndirə bilməməsi isə məsələnin ciddiliyini daha da artırır.
Uşaqlar üçün təhlükəli məzmunların yayıldığı platformaların bloklanması üçün hansı hüquqi tədbirlər görülə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında hüquqşünas Cavanşir Qasımzadə bildirib ki, uşaqların tez-tez istifadə etdiyi platformalarda zərərli məzmunların dərhal bloklana bilməməsinin bir neçə əsas səbəbi var:
“Bu şəbəkələrdə məzmunu milyonlarla istifadəçi yaradır, buna görə də avtomatik sistemlər bütün zərərli paylaşımları anında tuta bilmir. Həmçinin şirkətlərin mərkəzi xaricdə yerləşdiyindən onları ölkə ərazisində bloklamaq üçün rəsmi hüquqi prosedurlar tələb olunur.
Saytı tam bağlamaq digər təhlükəsiz istifadəçilərə də təsir etdiyi üçün qurumlar əvvəlcə təhlükəli paylaşımların silinməsini tələb edirlər. Üstəlik, bloklanma olsa belə, istifadəçilər adətən VPN ilə bu qadağanı keçə bilirlər”.
Hüquqşünas qeyd edib ki, platformada uşağı intihara və ya özünə zərər verməyə sövq edən məzmun aşkarlandıqda dərhal hüquqi addımlar atılır:
“İlk növbədə dövlət qurumları və hüquq-mühafizə orqanları platformadan həmin zərərli məzmunun silinməsini və müvafiq hesabların dondurulmasını tələb edir.
Əgər platforma rəhbərliyi bu tələbi yerinə yetirməzsə, məhkəmə qərarı ilə həmin saytın ölkədəki girişinə tam qadağa qoyula bilər. Parallel olaraq, hüquq-mühafizə orqanları cinayət işi açır, təhlükəli çağırışlar edən şəxsləri İP ünvanları vasitəsilə tapıb məsuliyyətə cəlb edir.
Zərərçəkən tərəf isə lazımi təhlükəsizlik tədbirləri görməyən platforma sahibinə qarşı məhkəmədə dəymiş zərərin ödənilməsi tələbi ilə iddia qaldıra bilər”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: oyunlar Cavanşir Qasımzadə
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Sentyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















