Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq?

Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, fevralın 5-də Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd "TOZ" markalı ov tüfəngini götürüblər.

Məlumata görə, 15 yaşlı Ələkbərin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib.

Yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda ona vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.

Bildirək ki, Ələkbər Şükürlü evin son beşiyi və beş bacının tək qardaşı olub.

Ötən gün isə Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdin (adları açıqlanmır) valideyni “Facebook” sosial şəbəkə hesabından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsini tag edərək status paylaşıb.

Bildirib ki, 5-ci sinifdə oxuyan qızına və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq bir vərəq verib. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca "mənə yaz "(напиши мне) sözləri yazılıb.

Valideyn bu oyunu “Google” axtarış sistemi üzərində araşdırıb. Oyun dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurublar amma telefonu açan şəxslər onların səsini edişib dəstəyi asıb. Valideyn bu məsələnin nəzarətə götürülməsini xahiş edib.

Bəs texnologiya dövründə uşaqlarımızı bu cür təhlükələrdən necə qoruyaq?

Bununla bağlı "Cebheinfo.az"-a açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, problemin qarşısını texniki yox, maarifləndirmə yolu ilə almalıdır.

Onun sözlərinə görə, burada proqram təminatından daha çox insan faktoru var və bu səbəbdən bunun qarşısını texniki olaraq ala bilməyəcəyik:

“Qeyd edim ki, bu tip oyunların yayımının əhatə dairəsi genişlənib. Bu cür oyunlar təkcə saytlarında yox, həmçinin sosial şəbəkələrdə də bunarın yayımı proseslər gedir. İlk öncə uşağı, yeniyetməni şirnikləndirib ondan nələrsə, ya bir şəkil, ya da şəxsi məlumatları əldə edirlər.

Daha sonra əlində olan vasitə ilə onu şantaj edirlər. Onların qarşısına müxtəlif missiyalar qoyurlar, nəticədə təsir altına düşən yeniyetməni intihara qədər sürükləyə bilirlər. Bunların hər biri dövrümüzün ciddi probleminə çevrilib. Məhz bu problemlərin həlli yolu insanları maarifləndirməkdən keçir".

O qeyd edib ki, bu tip vahid bir oyun platforması yoxdur:

“Bu detallar müxtəlif oyunların içində baş verir. Hansı ki, missiyalar qoyulur və buna “Mavi balina” (“Blue whale”) oyunları da deyilir.

Nəticə etibarı ilə bu bir oyun deyil. Bunun bir oyun olduğuna köklənməməliyik. Bu elə bir oyundur ki, internetdə axtarsaq heç nə tapa bilməyəcəyik. İnternetdə bu oyunlar vasitəsilə missiyalar həyata keçirilir. 

Sabah bu başqa bir oyun vasitəsilə ilə həyata keçiriləcək. Bu tip oyunlardan ehtiyatlı olmaq lazımdır”. 

Elvin Abbasov vurğulayıb ki, bunu həyata keçirən psixologiyası pozuq insanlar müxtəlif adlar, kateqoriyalar altında missiyalar müəyyən edərək xüsusən kiçik uşaqları hədəf alırlar və buna bir əyləncə kimi baxırlar:

“Təbii ki, onlar cinayətkardır və məsuliyyətə cəlb olunmalıdırlar. Bu gün oyunda qarşıya qoyulan təlimatlar Azərbaycan dilində verilir. Bu bir sektadır. Bu sekta da təbii ki, zorakılığa meyil edən uşaqları, gəncləri və iradəsi zəif olanları hədəfə alır. Cəmiyyət olaraq bu problemlə məşğul olmalıyıq. Bu tip hallar baş verdikdə onları tez ifşa edib məlumat vermək lazımdır.

Maarifləndirici qurumlar bu işlə ciddi məşğul olmalıdır və bu psixologiyası pozuq cinayətkarları zərərsizləşdirməlidirlər”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Fevral 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri