Icma.az
close
up
RU
Ölümə aparan oyun: Uşaqları necə qoruyaq?

Ölümə aparan oyun: Uşaqları necə qoruyaq?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, fevralın 5-də Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd "TOZ" markalı ov tüfəngini götürüblər.

Məlumata görə, 15 yaşlı Ələkbərin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib.

Yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda ona vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.

Bildirək ki, Ələkbər Şükürlü evin son beşiyi və beş bacının tək qardaşı olub.

Ötən gün isə Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdin (adları açıqlanmır) valideyni “Facebook” sosial şəbəkə hesabından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsini tag edərək status paylaşıb.

Bildirib ki, 5-ci sinifdə oxuyan qızına və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq bir vərəq verib. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca "mənə yaz "(напиши мне) sözləri yazılıb.

Valideyn bu oyunu “Google” axtarış sistemi üzərində araşdırıb. Oyun dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurublar amma telefonu açan şəxslər onların səsini edişib dəstəyi asıb. Valideyn bu məsələnin nəzarətə götürülməsini xahiş edib.

Maraqlıdır, nə üçün yeniyetmələr bu cür oyunlara aldanaraq intihar həddinə çatırlar? Övladlarımız nə üçün bu oyunlara meyil edir və onların psixologiyasını qorumaq üçün nə etməliyik?

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, yeniyetmələr özlərinə qarşı diqqətsizlik hiss etdikdə, bəzən təsəllini internetdə, virtual dostluqlarda və ya anonim oyunlarda axtarmağa başlayırlar.

Psixoloq qeyd edib ki, valideynlər övladları ilə münasibətlərini güvən üzərində formalaşdırmalıdırlar:

“Yeniyetməlik dövrü insan həyatının ən mürəkkəb və ziddiyyətli mərhələlərindən biridir. Bu dövrdə gənclər emosional dəyişikliklərin, kimlik axtarışının və sosial təsirlərin burulğanında öz yollarını tapmağa çalışırlar. 

Onların qavrama, dünyanı anlama və qəbul etmə bacarıqları hələ formalaşma prosesində olduğu üçün qarşılaşdıqları hər bir problem, böyüklərə əhəmiyyətsiz görünsə də, onlar üçün ciddi sarsıntılar yarada bilər. 

Cəmiyyətin gözləntiləri, ailənin tələbləri, sosial münasibətlər və texnologiyanın güclü təsiri yeniyetmələrin psixoloji vəziyyətinə mühüm dərəcədə təsir göstərir. Bu yaşda olan uşaqlar bəzən özlərini ailədən və cəmiyyətdən uzaq, anlaşılmaz və kənarda qalmış kimi hiss edirlər.

Onların daxili narahatlıqları adətən valideynlər və müəllimlər tərəfindən qeyri-ciddi qəbul olunur. Lakin məhz bu cür hisslər depressiya, aqressiya, özünəqapanma və sosial təcrid kimi hallara gətirib çıxarır. Təəssüf ki, bəzi hallarda bu yollar onların həyatını təhlükəyə atır”.

Onun sözlərinə görə, bu manipulyasiyanın məqsədi yeniyetmələri psixoloji cəhətdən izolyasiya etmək, onlarda gücsüzlük hissi yaratmaq və onları öz iradələri xaricində hərəkət etməyə vadar etməkdir:

“Son illərdə yeniyetmələrin internetdə qarşılaşdıqları təhlükələr daha mürəkkəb və gizli bir xarakter alıb. Sosial şəbəkələr, anonim oyun platformaları və bəzi manipulyativ qruplar psixoloji zəifliyi olan uşaqları hədəf alaraq onları müxtəlif tapşırıqlarla idarə etməyə başlayırlar. 

Bu cür oyunlar və qruplar mərhələli şəkildə uşaqları təsir altına alır, onların reallıq hissini təhrif edir, ətraflarından uzaqlaşmalarına və yalnız bu “oyunun” onları başa düşdüyünü düşünmələrinə səbəb olur. 

İnternetin anonimliyi bu cür oyunları təşkil edənlərin və manipulyatorların qarşısını almağı çətinləşdirir. Onlar hədəfə aldıqları uşaqları tədricən oyunun içində saxlayır, müxtəlif "tapşırıqlar" vasitəsilə onların psixoloji durumuna təsir edir və beləliklə, yeniyetmənin öz həyatını təhlükəyə atmasına səbəb ola biləcək psixoloji dövrə formalaşdırırlar. 

Reallıqla virtual dünya arasındakı sərhədlər getdikcə zəiflədiyi üçün bu oyunlara inanan və onlara aldanan yeniyetmələrin sayı artır. Onları bu vəziyyətdən çıxarmaq və həqiqi təhlükəni başa salmaq isə valideynlər, müəllimlər və cəmiyyət üçün olduqca çətin olur”.

Psixoloq vurğulayıb ki, valideynlər, müəllimlər və təhsil müəssisələri psixoloji maarifləndirmə fəaliyyətlərində daha aktiv və diqqətli olmalıdır:

“Valideynlər övladlarının internetdə hansı platformalara daxil olduğunu bilməli, lakin onları sərt nəzarətlə və qadağalarla məhdudlaşdırmaq əvəzinə, internetdən sağlam istifadə etməyi öyrətməlidirlər. 

Əsas məsələ uşaqlarla açıq ünsiyyət qurmaq, onları qorxutmadan dinləmək və problemlərinə ciddi yanaşmaqdır. Əgər yeniyetmənin davranışında ciddi dəyişikliklər, özünəqapanma, aqressiya və ya depressiya əlamətləri görünürsə, bu hallar gözardı edilməməli, vaxtında psixoloji dəstək göstərilməlidir. 

Məktəblər də bu məsələyə xüsusi diqqət yetirməlidir. Təhsil müəssisələrində psixoloji dəstək xidmətləri gücləndirilməli, uşaqların öz problemləri barədə danışa biləcəyi təhlükəsiz mühit yaradılmalıdır. 

Psixoloqların rolu artırılmalı, uşaqlar üçün açıq qapı siyasəti tətbiq olunmalı, onları maarifləndirmək məqsədilə seminarlar və interaktiv dərslər keçirilməlidir. 

Xüsusilə, rəqəmsal təhlükələr və internet manipulyasiyaları barədə uşaqlara erkən yaşlardan məlumat vermək vacibdir. Problemi yalnız qadağalar və cəza tədbirləri ilə həll etmək mümkün deyil. 

Əsas məsələ uşaqların niyə bu oyunlara meyil etdiyini anlamaq, onların psixoloji vəziyyətini diqqətlə izləmək və onlara ehtiyac duyduqları sevgi, anlayış və qayğını verməkdir. 

Cəmiyyət olaraq bu məsələyə daha həssas yanaşmalı, uşaqların sağlam düşüncədə böyümələri üçün onları diqqətlə dinləməli, onlarla ünsiyyəti daha dərin və mənalı etməliyik”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see300

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see278

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see265

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see259

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see252

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see232

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see210

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see209

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see199

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see193

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see192

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see191

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see191

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see183

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see182

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see173

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see160

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see155

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri