Uşaqları ölümə aparan infeksiya ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
5 yaşınadək uşaqlar üçün ciddi təhlükə yaradan Hemofilus influenza tip b (Hib) bakteriyası meningit, pnevmoniya və sepsis kimi ağır xəstəliklərə səbəb ola bilər. Hib peyvəndi uşaqları bu infeksiyanın yaratdığı təhlükəli fəsadlardan qorumağın effektiv vasitələrindən biridir.
“Yeni Sabah” xəbər verir ki, hava-damcı yolu ilə yayılan Hib infeksiyası beyin qişalarının iltihabına (meningit), kəskin pnevmoniyaya, qan dövranı infeksiyalarına (sepsis) və boğaz nahiyəsində təhlükəli şişməyə səbəb ola bilər. Bu xəstəliklər əlillik və hətta ölümlə nəticələnə bilər.
Azərbaycanda Hib komponenti milli peyvənd təqviminə daxildir. Peyvənd uşaqlara beşli və ya altılı kombinə olunmuş peyvəndlərin tərkibində vurulur. Tam immunitetin formalaşması üçün körpələrə 2, 3 və 4 aylığında olmaqla üç doza peyvəndin vurulması tövsiyə edilir. Pepperoni pizza
Hib peyvəndinin geniş tətbiqi nəticəsində dünyada bu bakteriyanın törətdiyi ağır və ölümcül xəstəliklərin sayı əhəmiyyətli dərəcədə azalıb. Uşaqların peyvənd təqviminə uyğun immunizasiyası onların sağlamlığının qorunmasında mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 10 Oktyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















