Icma.az
close
up
RU
Uşaqları yalandan necə çəkindirmək olar? ARAŞDIRMA

Uşaqları yalandan necə çəkindirmək olar? ARAŞDIRMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Psixoloqların apardığı yeni araşdırma göstərib ki, uşaqlara birbaşa yalan danışmağa icazə verildikdə, onlar əslində daha az yalan danışırlar.

Redaktor.az xəbər verir ki, bu nəticə "Developmental Science" jurnalında dərc olunan tədqiqatda ortaya çıxıb.

Araşdırmada alimlər mənəvi normaların, yalanın formal olaraq icazəli olduğu situasiyalarla necə qarşılıqlı təsirə girdiyini öyrəniblər. Təcrübədə Sinqapurdan 3-7 yaş arası uşaqlar iştirak edib. Onlara sadə oyun təqdim olunub: uşaq stikeri iki stəkandan birinin altında gizlədir və böyüyün onu tapması üçün istiqamət göstərir. Oyunda qalib gəlmək üçün yalan danışmaq lazım olurdu.

Uşaqların bir hissəsinə əvvəlcədən bu oyunda yalan danışmağın mümkün olduğu bildirilib, digər qrup isə belə bir məlumat almadan oyuna başlayıb.

Nəticələr maraqlı olub. Ümumilikdə uşaqlar 60–80 faiz hallarda yalan danışsa da, yalan danışmağa icazə verilən uşaqlar bunu daha az ediblər. Bu nəticə üç ayrı eksperimentdə də təsdiqlənib.

Tədqiqat müəlliflərinin sözlərinə görə, bu fakt uşaqlarda mənəvi dəyərlərin erkən yaşlardan davranışa təsir etdiyini göstərir. Hətta qaydalar yalanı qadağan etməsə belə, daxili etik meyarlar önəmli rol oynayır.

Alimlər bunu bir neçə səbəblə izah edir. Birincisi, “adətən bu pisdir” kimi izahlar yalan mövzusunun uşaqlar üçün əhəmiyyətini artırır. İkincisi, uşaqlar böyüklərin gözləntilərini anlamağa çalışır və icazə verildikdə bunu bir sınaq kimi qəbul edib doğru danışmağı seçə bilər. Üçüncü ehtimala görə isə uşaq əgər ondan yalan gözlənildiyini düşünürsə, qazanmaq üçün əks davranış nümayiş etdirir.

Tədqiqat göstərir ki, uşaqların davranışı yalnız məntiqi hesablamalarla deyil, həm də daxili mənəvi dəyərlərlə formalaşır.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Aprel 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri