Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Nitq ləngiməsi olan uşaqlarla, autizmli uşaqları necə fərqləndirək? ARAŞDIRMA

Nitq ləngiməsi olan uşaqlarla, autizmli uşaqları necə fərqləndirək? ARAŞDIRMA

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Autizmin oğlan uşaqlarında daha çox rast gəlinməsi faktı elmi ədəbiyyatda geniş müzakirə olunur. Araşdırmalar göstərir ki, genetik mexanizmlər, xüsusilə X xromosomu ilə əlaqəli faktorlar bu fərqin yaranmasında rol oynayacaq.

SİA mövzu ilə bağlı araşdırma edib.

Niyə autizm daha çox oğlan uşaqlarında müşahidə olunur?

Eyni zamanda, bəzi mütəxəssislər qız uşaqlarında autizmin daha gec və ya daha yüngül simptomlarla üzə çıxdığını, buna görə də diaqnostikadan yayınma ehtimalının yüksək olduğunu vurğulayırlar. Bu isə statistik göstəricilərdə oğlan uşaqlarının üstünlük təşkil etməsinə səbəb olur və cəmiyyətdə autizmin cinsiyyətlər üzrə real yayılma nisbətinin olduğundan fərqli qavranılmasına gətirib çıxarır.

Digər mühüm məqam valideynlərin erkən xəbərdarlıq əlamətlərinə münasibətidir. Uşağın “gec danışacağı”, “atasına çəkdiyi” və ya “xasiyyəti belədir” kimi izahlarla nitq gecikməsinin normallaşdırılması diaqnozun gecikməsinə səbəb ola bilər.

Autizm xəstəlikdir, yoxsa xarakter dəyişikliyi?

Halbuki müasir elmi yanaşma göstərir ki, vaxtında aparılan skrininq və qiymətləndirmə uşağın inkişafında geri dönməz boşluqların qarşısını ala bilər. Buna görə də uşaq inkişafı yalnız fiziki deyil, sosial və kommunikativ göstəricilər əsasında da dəyərləndirilməli, cəmiyyət səviyyəsində valideyn maarifləndirilməsi gücləndirilməlidir.

Autizm spektr pozuntusu (ASP) nevroinkişaf pozuntularının qrupuna daxil olan, uşaq davranışının, sosial qarşılıqlı əlaqənin və kommunikasiya bacarıqlarının formalaşmasında çətinliklərlə müşayiət olunan bir haldır. Son illərdə aparılan epidemioloji tədqiqatlar göstərir ki, autizm daha çox oğlan uşaqlarında qeyd olunur; bu nisbət qızlarla müqayisədə təxminən 4:1-ə qədərdir. Bu fərqin səbəbləri genetik, bioloji və ətraf mühit amillərinin mürəkkəb qarşılıqlı təsiri ilə əlaqədardır və hələ tam dəqiq izah olunmayıb.

Autizm spektr pozuntusunu erkən mərhələdə müəyyən etmək uşaq üçün çox vacibdir, çünki erkən müdaxilə daha yaxşı inkişaf nəticələrinə gətirib çıxara bilər. Uşağın nitq və kommunikasiya bacarıqlarının inkişafı valideynlər və mütəxəssislər tərəfindən daim izlənilməlidir.

Nitq ləngiməsi olan uşaqlarla, autizmli uşaqları necə fərqləndirək?

Normal uşaqlarda danışma prosesi mərhələli şəkildə inkişaf edir: 12-18 aylıq uşaqlar adətən ilk sözlərini söyləyir, 18-24 aylıq dövrdə isə söz ehtiyatı sürətlə artır və sadə cümlələr əmələ gəlməyə başlayır.

Uşaq 18 aydan yuxarıdırsa və hələ də heç bir söz demirsə, bu vəziyyət tibbi risk siqnalı hesab olunur və uşağın nitq inkişafının daha dərindən qiymətləndirilməsi üçün səbəbdir. Eyni zamanda, 24 aylıq dövrdə sadə cümlələr deməməsi də narahatlıq doğura bilər. Bu yaşlarda uşağın çevrəsi ilə göz kontaktı qurma səviyyəsi, jest və mimikalardan istifadə etməsi, ad qoyma və cavab vermə bacarıqları da diqqətlə müşahidə olunmalıdır.

Erkən danışma gecikməsi təkcə autizmlə bağlı olmaya bilər; nitq gecikməsi müxtəlif səbəblərdən yarana bilər , eşitmə problemləri, intellektual inkişaf gecikməsi, çevresel stimullaşmanın azlığı və s. Buna görə də uşaqda nitq gecikməsi aşkarlanarsa, pediatr, nevroloq və nitq-dil patologiyası mütəxəssisi kimi bir neçə mütəxəssisin qiymətləndirməsi tövsiyə olunur. Bu qiymətləndirmə uşağın fərdi inkişaf profili əsasında xəstəlik risklərini ayırd etməyə kömək edir.

Autizm spektr pozuntusunun digər ümumi simptomları arasında sosial qarşılıqlı əlaqənin çətinliyi, məhdud və təkrarlanan davranışlar, ətraf mühitə həssaslıq və qeyri-adi maraqların olması qeyd edilir. Məsələn, uşaq adətən valideynlərlə göz kontaktı qurmaqda çətinlik çəkə, ad çağırıldıqda cavab verməyə bilər. Bu tip davranışlar autizmin mümkün əlamətləri kimi nəzərdən keçirilməlidir və vaxtında müayinə tələb edir.

Autizm sindiromunun müalicəsi varmı?

Müasir tibb və reabilitasiya sahəsində autizm üçün spesifik dərman müalicəsi yoxdur, lakin erkən mərhələdə tətbiq olunan davranış terapiyaları, nitq terapiyası və sosial bacarıqların inkişafına yönəlmiş proqramlar uşağın cəmiyyətə inteqrasiyasını və ümumi funksional səviyyəsini yaxşılaşdıra bilər. Erkən diaqnoz və fərdi yanaşma uşağın potensialını artırır, ailənin dəstəkləyici rolu bu prosesdə böyük əhəmiyyətə malikdir.

Autizm sindromu və danışma gecikməsi kimi nevroinkişaf pozuntuları müasir tibbin diqqət mərkəzindədir. Valideynlərin və mütəxəssislərin əməkdaşlığı, uşağın erkən inkişaf mərhələsində müşahidə və qiymətləndirməni prioritetə çevirməsi uşağın gələcək inkişaf perspektivini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Uşağın heç bir söz demədiyi hallarda vaxt itirmədən mütəxəssislə məsləhətləşmək və fərdi inkişaf planı hazırlamaq vacibdir

utizmin oğlan uşaqlarında daha çox rast gəlinməsi faktı elmi ədəbiyyatda geniş müzakirə olunur. Araşdırmalar göstərir ki, genetik mexanizmlər, xüsusilə X xromosomu ilə əlaqəli faktorlar bu fərqin yaranmasında rol oynayacaq.

Niyə autizm daha çox oğlan uşaqlarında müşahidə olunur?

Eyni zamanda, bəzi mütəxəssislər qız uşaqlarında autizmin daha gec və ya daha yüngül simptomlarla üzə çıxdığını, buna görə də diaqnostikadan yayınma ehtimalının yüksək olduğunu vurğulayırlar. Bu isə statistik göstəricilərdə oğlan uşaqlarının üstünlük təşkil etməsinə səbəb olur və cəmiyyətdə autizmin cinsiyyətlər üzrə real yayılma nisbətinin olduğundan fərqli qavranılmasına gətirib çıxarır.

Digər mühüm məqam valideynlərin erkən xəbərdarlıq əlamətlərinə münasibətidir. Uşağın “gec danışacağı”, “atasına çəkdiyi” və ya “xasiyyəti belədir” kimi izahlarla nitq gecikməsinin normallaşdırılması diaqnozun gecikməsinə səbəb ola bilər.

Autizm xəstəlikdir, yoxsa xarakter dəyişikliyi?

Halbuki müasir elmi yanaşma göstərir ki, vaxtında aparılan skrininq və qiymətləndirmə uşağın inkişafında geri dönməz boşluqların qarşısını ala bilər. Buna görə də uşaq inkişafı yalnız fiziki deyil, sosial və kommunikativ göstəricilər əsasında da dəyərləndirilməli, cəmiyyət səviyyəsində valideyn maarifləndirilməsi gücləndirilməlidir.

Autizm spektr pozuntusu (ASP) nevroinkişaf pozuntularının qrupuna daxil olan, uşaq davranışının, sosial qarşılıqlı əlaqənin və kommunikasiya bacarıqlarının formalaşmasında çətinliklərlə müşayiət olunan bir haldır. Son illərdə aparılan epidemioloji tədqiqatlar göstərir ki, autizm daha çox oğlan uşaqlarında qeyd olunur; bu nisbət qızlarla müqayisədə təxminən 4:1-ə qədərdir. Bu fərqin səbəbləri genetik, bioloji və ətraf mühit amillərinin mürəkkəb qarşılıqlı təsiri ilə əlaqədardır və hələ tam dəqiq izah olunmayıb.

Autizm spektr pozuntusunu erkən mərhələdə müəyyən etmək uşaq üçün çox vacibdir, çünki erkən müdaxilə daha yaxşı inkişaf nəticələrinə gətirib çıxara bilər. Uşağın nitq və kommunikasiya bacarıqlarının inkişafı valideynlər və mütəxəssislər tərəfindən daim izlənilməlidir.

Müəllif: Günay Hacıyeva

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

Mağazada təsadüfən qırılan məhsulun pulunu müştəri ödəməlidir? -HÜQUQŞÜNAS DANIŞDI

Sosial

Bu gün Yasamalın 8 küçəsində qaz olmayacaq- XƏBƏRDARLIQ

Sosial

Milli mətbəximizin təbliğinə töhfə verən şef...

Sosial

Uzunömürlülüyün gözlənilməz bir sirri aşkar edilib...

Sosial

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Sosial

Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

Sosial

TikTok-da təhlükəli davranışları çəkib paylaşmaq niyə trendə çevrilir?

Sosial

Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

Sosial

Bankomat qarşısında təhlükəsizlik: insanlar daha çox hansı səhvləri edir? - AÇIQLANDI

Sosial

Ekoloji problemlər qlobal təhlükəyə çevrilir -ARAŞDIRMA

Sosial

Artıq çəki ilə mübarizədə pəhrizlə yanaşı idman məşğələləri də vacibdir - FOTO

Sosial

Bakının bu iki rayonu işıqsız qalacaq - XƏBƏRDARLIQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Sentyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri