Icma.az
close
up
RU
Uşaqlarımızı səssizcə itiririk Bütün valideynlər OXUSUN

Uşaqlarımızı səssizcə itiririk Bütün valideynlər OXUSUN

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələr böyüklər üçün hazırlanıb

Son 10-15 ildə aparılan çoxsaylı tədqiqatlar göstərir ki, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaq və yeniyetmələrdə diqqət problemləri, yuxu pozuntuları, narahatlıq, depressiv simptomlar, özünəinam problemləri və sosial müqayisələrin artması ilə əlaqəlidir. Əlbəttə, sosial şəbəkələr birbaşa depressiya yaratmır. Lakin psixoloji həssaslığı olan uşaqlarda risk faktorlarından biri kimi çıxış edə bilir. Ən vacib məqamlardan biri budur ki, sosial şəbəkələr böyüklər üçün hazırlanmış platformalardır. Bu platformaların əsas məqsədi uşağın inkişafını dəstəkləmək deyil, istifadəçinin mümkün qədər uzun müddət ekranda qalmasını təmin etməkdir. Bir çox hallarda uşağın beyni ilə milyardlarla dollar investisiya edilmiş alqoritmlər arasında qeyri-bərabər bir mübarizə yaranır. Təbii ki, bu mübarizə zamanı uşağın beynində bir sıra dəyişikliklər yaranır, beyin hüceyrələri - neyronlar tələf olur, aralarındakı əlaqələr dəyişir. Nəticədə "zərərçəkmiş bir beyin" formalaşır. Uşaqlar kimi, yeniyetmələr də ekran məruziyyətinə və sosial şəbəkələrə çox həssasdır. Bunun səbəbi yeniyetmə beyninin inkişaf xüsusiyyətləridir. Beynin impulslara nəzarət edən, qərarvermə və nəticələri qiymətləndirmə ilə əlaqəli prefrontal korteksi tam şəkildə təxminən 20 yaşların ortalarına qədər inkişaf edir. Mükafat və həzz sistemləri isə daha erkən aktivləşir. Nəticədə yeniyetmə beynində ani mükafata yüksək həssaslıq, bəyənilmək ehtiyacının artması və sosial təsdiq axtarışı formalaşır. Belə yeniyetmələrdə riskli davranışlara meyllilik və uzunmüddətli nəticələri kifayət qədər qiymətləndirə bilməmək müşahidə olunur. "Sənə bir nəfər like atdı", "sənə mesaj gəldi", "videon izlənildi" kimi bildirişlər beyində dofamin sistemi ilə əlaqəli reaksiyalar yarada bilir. Dofamin sistemi beynin mükafat mərkəzinin aktiv maddəsidir. Sanki yeniyetmənin beyni bu "xoşbəxtlik gətirən bildirişlərdən asılı olur". Digər tərəfdən də FOMO (fear of missing out) dediyimiz hansısa bildirişdən, trenddən, yenilikdən xəbərsiz qalma qorxusu başlayır. Məhz buna görə də sosial şəbəkə istifadəsi böyüklərlə müqayisədə yeniyetmələr üçün daha güclü təsir göstərə bilir.

16 yaş həddinin problemi həll edəcəkmi?

APAK, 16 yaş həddinin problemi həll edəcəkmi? sualını qarşıya qoyur və cavab olaraq bildirir ki, burada situasiya bir qədər mürəkkəbdir. Əgər məqsəd bütün problemləri həll etməkdirsə, o zaman 16 yaş həddi bunun öhtəsindən gələ bilmək gücündə deyil. Əgər məqsəd riski azaltmaqdırsa, o zaman müəyyən müsbət nəticələr əldə edilə bilər. Araşdırmalar və gerçəklik onu göstərir ki, heç bir texnoloji qadağa təkbaşına problemi aradan qaldırmayıb. Uşaqlar müxtəlif yollarla məhdudiyyətləri keçə bilirlər. Saxta hesablar, yanlış yaş məlumatları və alternativ platformalar bunun qarşısını tam almağı çətinləşdirir. Lakin yaş məhdudiyyətləri başqa bir vacib funksiyanı yerinə yetirir. Onlar cəmiyyətə mesaj verir. Necə ki, avtomobil sürmək, nikah bağlamaq və ya müəyyən hüquqlardan istifadə etmək üçün yaş həddi mövcuddur, sosial media istifadəsinin də inkişaf psixologiyası baxımından müəyyən yaş məhdudiyyətlərinə ehtiyac duyduğu fikri formalaşır. Odur ki, ümumən müzakirə yalnız "13 yaş olsun, yoxsa 16 yaş?" səviyyəsində qalmamalıdır.

Uşaq gündə neçə saat ekrandadır?

Daha vacib suallar var, Uşaq gündə neçə saat ekrandadır? Gecələr telefonla yatırmı? Sosial şəbəkələrdən necə istifadə edir? Real dostluqları varmı? İdmanla məşğul olurmu? Ailə ilə keyfiyyətli vaxt keçirirmi? Onlayn zorakılığa məruz qalırmı?

Bunlar çox vacib və diqqət verməli olduğumuz məqamlardır. Çünki gündə 30 dəqiqə sosial şəbəkədə olan bir yeniyetmə ilə gündə 7-8 saatını ekranda keçirən yeniyetmənin riski eyni deyil. Bəzən problem platformanın özü deyil, uşağın həyatında alternativ fəaliyyətlərin olmamasıdır.

Uşağın yeganə əyləncəsi telefondursa, nəticə olmayacaq

Onuda mütləq qeyd etməliyik ki, bir çox valideynlər texnologiyanı problem kimi görürlər. Əslində problem çox vaxt texnologiyanın özü deyil, nəzarətsiz və məqsədsiz istifadəsidir. Əgər uşağın yeganə əyləncəsi telefon, yeganə dostu sosial şəbəkə, yeganə rahatlaşma üsulu isə sonsuz videolar izləməkdirsə, burada artıq psixoloji risklər yaranmağa başlayır. Uşağın həyatında sosial şəbəkələrdən daha maraqlı alternativlər yoxdursa, heç bir qadağa uzunmüddətli nəticə verməyəcək.

Sevinc MƏHƏRRƏMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyun 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri