Icma.az
close
up
RU
Uşaqların psixologiyası pozulur Ekspertdən dərslik çağırışı

Uşaqların psixologiyası pozulur Ekspertdən dərslik çağırışı

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, martın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Hər il olduğu kimi, bu dəfə də imtahan iştirakçıları arasında sualların çətinliyi ilə bağlı müxtəlif fikirlər səslənir. 

Mövzu ilə bağlı Ölkə.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, məsələ sualların çətin və asan olmasında deyil:

"Əgər buraxılış imtahanlarından danışırıqsa, bu, şagirdlərin yekun attestasiyasıdır. Məsələn, dünən, martın ikisində tam orta təhsil səviyyəsində məzun olanların buraxılış imtahanları keçirilib. Biz bu buraxılış imtahanlarına qəbul imtahanı kimi baxırıq. Qəbul imtahanları yayda keçirilir. Ona blok imtahanı deyirik. Buraxılış imtahanı yekun attestasiyadır. Ümumtəhsil məktəblərində təhsil alanların yekun attestasiya qaydaları Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə təsdiq olunub. Orada göstərilir ki, doqquzuncu sinifdə yekun attestasiya şagirdin doqquzuncu sinifdə olan yekun qiymətləri götürülür. Eyni zamanda tam orta səviyyəsində də 11-ci sinifdə illik yekun qiymətlər, buraxılış imtahanı götürülür. Əgər ümumi ortada doqquzuncu sinif, tam ortada on birinci sinfin illik qiymətlərini yekun attestasiya kimi götürürüksə, nəyə görə doqquzuncu sinifdə beşdən doqquza qədər keçilmiş materiallar testə salınır? 11-ci sinifdə 5-dən 11-ci sinfə qədər keçilmiş materiallar salınır. Axı bu doğru deyil". 

Ekspert qeyd edib ki, buraxılış imtahanlarında tam orta təhsil səviyyəsinə yalnız 11-ci sinifdə keçilən materiallar salınmalıdır:

"Əgər belə olarsa, bu repetitorluğun da sayını azaldar. Uşaqlar hazırda gündə 14-15 saat kitab arxasındadırlar, bunların fiziologiyası, psixologiyası pozulur. Bunun qarşısını almış olarıq. 
11-ci sinifdə keçdiyi materiallar salınarsa, abituriyent da o qədər yüklənməz. Digər bir tərəfdən də imtahanın nəticələrinin 6 həftə sonra elan olunması yolverilməzdir. 34 həftəlik tədris ilinin bitməsinə 14 həftə qalmış biz imtahanı keçirdirik və 6 həftə sonra nəticələri elan edirik. Süni intellektin bu qədər geniş inkişaf etdiyi və yayıldığı bir dövrdə, geniş maliyyə resurslarına və infrastruktura malik olan Dövlət İmtahan Mərkəzinin açıq tipli sualları 6 həftə ərzində yoxlamasının nə önəmi var. 

Çox arzulanandır ki, Dövlət İmtahan Mərkəzi fəaliyyətinə müəyyən dəyişiklik eləsin. Bu fəaliyyət birinci ondan ibarətdir ki, qrup imtahanları ixtisas imtahanları ilə əvəz olunsun".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Mart 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri